Terrorçuların Əsədlə bazarlığının “yol xəritəsi” sızdırıldı

Terror təşkilatı PKK/YPG-nin örtük təşkilatı DSG-nin ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra Dəməşq rəhbərliyi ilə müzakirə üçün hazırladığı qeyd edilən yol xəritəsi sızdırılıb.
Kürd və Ərəb mətbuatındakı xəbərlərə görə, 10 maddəlik planda unitar dövlət çətiri altında muxtariyyət, DSG-nın Suriya ordusuna qatılaraq sərhədi qoruması, mərkəzi parlamentdə təmsilçilik və ana dildə təhsil başlıqları yer alır.
ANHA və Səudiyyə qəzeti “Şərq ül Evsat”-ın yayımladığı yol xəritəsində irəli çıxan təkliflər belədir:
-Suriya torpaqlarının birliyi,
-Suriyada demokratik Respublikanın qurulması və muxtar bir Kürd bölgəsinin bu sistemin parçası olması,
-Muxtar rəhbərliyin Şamdakı parlamentdə təmsil edilməsi,
-Bu qurumun Suriya dövlətinin bayrağının yanında dalğalandıracağı bir bayrağının olması,
-Muxtar rəhbərliyin diplomatik əlaqələrinin Suriya xalqının və konstitusiyasının maraqları ilə zidd gəlməməsi, Dəməşqin xarici siyasətinin tanınması,
-Suriya ordusunun tanınması, SDG-nin Suriya ordusuna qatılaraq sərhədləri qorumağı öz üzərinə götürməsi,
-Muxtar rəhbərlikdəki daxili təhlükəsizlik qurumlarının Suriya konstitusiyasına zidd olmayaraq yerli şuralara bağlı olaraq çalışması,
-Ərəb dilinin Suriyanın hamısının rəsmi dili olduğunun qəbul edilməsi və ana dili tədrisinin muxtar bölgədə təhsilin əsasını təşkil etməsi,
-Muxtar bölgədə tarix, mədəniyyət və ədəbiyyat kimi dərsliklərdə təhsilin yerli dillərdə aparılması,
-Suriyanın yeraltı və yerüstü mənbələrinin bölgələrə ədalətli şəkildə paylanması.
Nələr baş vermişdi?
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarını açıqlamasından qısa müddət sonra terrorçular Rusiyaya nümayəndə heyəti göndərmiş, YPG komandanı Sipan Hemo-nun da Dəməşqlə mümkün danışıqlar üçün Moskvaya bir yol xəritəsi təqdim etdiyi bildirilmişdi. Tərəflər arasında müzakirə açıldığına dair xəbərlərə Rusiya və Şamdan təsdiqləmə gəlmiş, ancaq mövzu başlıqları haqqında məlumat verilməmişdi.
Müxalifət.az




















