Ukrayna-Rusiya arasında yeni böhran

Ukrayna və Rusiya arasında yaşanan böhrana daha biri əlavə olunub. İki ölkə arasında artıq "biometrik viza rejimi" tətbiq olunacaq.
Rusiyanın Krımı işğal etməsi və Ukraynadakı separatçılara dəstək verməsi səbəbiylə Rus vətəndaşlarını ölkəyə qəbul etməyən Ukrayna hökuməti yeni bir tətbiq həyata keçirməyə hazırlaşır.
Viza rejimi artıq olmayacaq
Ukraynanın xarici işlər naziri Pavel Klimkin keçirdiyi mətbuat konfransında, “Rusiya ilə aramızda normal viza rejimi artıq olmayacaq. Viza məsələsinə dair qərar qəbul olunacaqsa, yeganə variant “biometrik viza rejimi” olacaq” deyib. Nazirliyin qərar üzərində işlərə başladığını bildirən Klimkin, "Bu sistemin rəsmi olaraq dövrəyə girməsi üçün də təbii ki, siyasi qərara ehtiyac var" deyərək, qanunverici orqan olan Rada-nın qəti qərarı verəcəyini açıqlayıb.
Qeyd edək ki, biometrik viza üçün lazımi infrastrukturun olmaması səbəbiylə bunun həyata keçməsinin yaxın zamanda olması gözlənilmir.
Müxalifət.az




















