Axtarış
The search found 106385 results in 0.021 seconds.
Search results
ABŞ-dan İrana “əsir” xəbərdarlığı
ABŞ-ın xarici işlər naziri Pompeo 1979-cu ildəki girov böhranına istinadla Twitter hesabından açıqlama verib.
Pompeo, "40 il əvvəl bu gün İrandakı ifratçı qüvvələr 444 gün girov saxladıqları 52 Amerikalı diplomatı sərbəst buraxdılar. İran bu gün hələ də günahsız Amerikalıları girov saxlayır" deyib.
İran lideri Ayətullah Əli Xamneyi, İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Cavad Zərifin Twitter hesablarına "mention" atan Pompeo, "İran Bob Levinson, Xiyue Wang, Baquer və Siamak Namazi ilə digər girovları azad etməlidir" deyə bildirib.Muxalifet3 - 21-01-2019
Güzəştli mənzilləri əldə etmək daha RAHAT OLACAQ: Qaydalar DƏYİŞDİ
Prezidentin 14 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib.
Muxalifet - 21-01-2019
Azərbaycanda nə qədər xəstə var? - ARAŞDIRMA
Ötən il Azərbaycanda 18 yaşdan yuxarı əhalinin 77,4 faizi tibbi müayinələrdən keçirilib. Onların 6 faizində ilkin xəstəliklər aşkar olunub, 1,1 faizi dispanser nəzarətə alınıb, 2,9 faizi sağlamlaşdırılıb, 32,1 faizi əlavə müayinələrə cəlb edilib, 0.5 faizi hospitalizasiya olunub.
Muxalifet - 21-01-2019
İsrail təyyarələri vurdu: Rejim əsgərləri öldü
Rusiya Müdafiə Nazirliyi Suriya hava müdafiə sistemlərinin İsrailin atdığı 30-dan çox “kruiz” raketi və idarə olunan bombanı məhv etdiyini bildirib. İranın Suriyadakı hədəflərinə qarşı bu gecə həyata keçirilən hücumlarda, 4 rejim əsgərinin öldüyü, 6-nın da yaralandığı açıqlanıb.
Müxalifət.azMuxalifet3 - 21-01-2019
İsrailin Suriyanı bombalama anı - VİDEO
İsrail Suriyaya hava zərbələri endirib.
Muxalifet.az Sputniknews-a istinadla xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb. Bunun İranın hücumuna cavab olduğu qeyd edilib.
İsrail hərbiçiləri İranın Suriyadakı "hərbi bazasına" raket atıblar. İsrail Silahlı Qüvvələrinin rəsmi Tvitter səhifəsində hücumla bağlı videogörüntü də yüklənib.
Onlar, həmçinin Suriyadakı hədəflərlə bağlı da foto paylaşıblar. Hədəflər arasında Dəməşq beynəlxalq aeroportu da var.Muxalifet - 21-01-2019
Azərbaycanda 6 məhkum həbsdə öldü
Azərbaycanda daha 6 məhkum ölüb.
Son vaxtlar Penitensiar Xidmətin müalicə müəssisəsində daha bir neçə məhkum dünyasını dəyişib.
Məlumata görə, müəssisədə müalicə alan məhkumlardan - İlham Cəfərov, Şakir Babayev, Eldari Qişqayev, Azər Hüseynov, Vahid Vəliyev və Mehdi Məmmədov xəstəlikdən vəfat ediblər.Muxalifet - 21-01-2019
Ukrayna səfirliyi təcili işə qarışdı, Bakı mağazalarından Krım dondurmaları yığışdırıldı - ÜSTƏLİK KİTABLAR...
Ukraynanın Bakıdakı səfirliyi mağazalardan Krımda istehsal olunmuş dondurmaların və Krımın Rusiya ərazisi kimi göstərildiyi kitabların satışdan yığışdırılmasına nail olub. virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ötən ilin sonlarında Azərbaycanda olan Ukrayna vətəndaşları ticarət şəbəkələrində etiketində aşağıdakı qeydlər olan dondurmaları aşkar ediblər: “Dobroe” MMC: 295034 Rossiya, Krım Respublikası, Simferepol, ulitsa Kuybışeva, dom 29, kvartira 107” Ukraynalı turistlər bu dondurmanı aldıqları supermarketə geri qaytarıblar.
Muxalifet - 21-01-2019
SON DƏQİQƏ: Bakıda daha bir yol ÇÖKDÜ - VİDEO
Paytaxtın Babək prospekti istiqamətində asfalt örtüyü çöküb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, yolun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilib.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, sözügedən istiqamətdə yolun təxminən 2-3 kv. metr hissəsində asfalt örtüyü deformasiyaya uğrayıb.Muxalifet - 21-01-2019
20 Yanvar günü tankın altında qalaraq ağır yaralanan alim həmin gün vəfat etdi - ACI TƏSADÜF
AMEA Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru, böyük kimyaçı alim, dəyərli elm adamı, səmimi və mehriban insan İdris Əhmədov vəfat edib. Muxalifet.az azedu.az-a istinadən xəbər verir ki, bu barədə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə doktoru Əfsun Şucayev bildirib. O, vurğulayıb ki, "Qanlı 20 Yanvar" faciəsində ölümlə burun-buruna qalan alim məhz 29 ildən sonra elə bu gün dünyaya vida deyib: "Bu gün çox üzücü bir xəbər aldıq. Azərbaycan elmi ictimaiyətinə böyük itki üz verib.
Muxalifet - 21-01-2019
Ermənilər Qarabağda AĞIR İTKİ VERDİ: 3 ölü, 1 yaralı
Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda ağır avtomobil qəzası baş verib.
Muxalifet.az “news.am” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 erməni ölüb, biri yaralanıb.
Qəza yanvarın 20-də gecə saatlarında baş verib. “Niva” markalı avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb və çaya düşub. Sürücü və onun 2 sərnişini hadisə yerində ölüblər, daha bir sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.Muxalifet - 21-01-2019
"Savaşçı"nın NÖVBƏTİ SERİYASINDA: "Yaşasın Qarabağ, yaşa Mübariz!" - VİDEO
Türkiyənin FOX TV kanalında yayımlanan "Savaşçı” serialının növbəti bölümü Qarabağdan, Mübariz İbrahimovdan bəhs edəcək.
Muxalifet.az Sfera.az-a istinaden xəbər verir ki, artıq serialın fraqmanı adıçəkilən kanalda yayımlanıb.
Terrorçularla mübarizə aparan, Vətən naminə vuruşan savaşçı ruhlu aktyorların rol aldığı serialın 60-ci bölümü yanvarın 27-də Bakı vaxtı ilə saat 10-da FOX TV-də yayımlanacaq.
Qeyd edək ki, bundan əvvəl də serialda dəfələrlə Mübariz İbrahimovdan, Azərbaycanın işğal altında olan Qarabağdakı torpaqlarından bəhs edilib.Muxalifet - 21-01-2019
Polis əməliyyat keçirdi - 49 nəfər saxlanıldı
Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən verilən məlumata görə, yanvarın 19 və 20-də ölkədə 208 cinayət faktı qeydə alınıb, onların da 51-i "isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Muxalifet - 21-01-2019
ABŞ-ın hərbi gəmisi Gürcüstandadır - SƏBƏB
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Donald Cook” adlı hərbi gəmi (esmines) Gürcüstanın Batumi dəniz limanına yanvarın 21-də dostluq səfəri edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcütsnın “İmedi” televiziyası bildirib.
“ABŞ Hərbi Dəniz Qüüvələrinə məxsus “Doland Cook” hərbi gəmisinin Gürcüstana son bir ildə ikinci səfəridir. Bu iki ölkə arasında dənizdə təhlükəsizlik və sabitlik sahəsində əməkdaşlığa çağırışıdır”, - TV hadisə ilə bağlı reportajında bildirib.
Məlumata görə, hərbi gəmi yanvarın 24-də səfərini başa vuracaq.Muxalifet - 21-01-2019
Ankara - Vaşinqton xəttində intensiv diplomatiya
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Tramp ilə apardığı telefon danışığından sonra Suriya məsələsində tərəflər arasında razılıq əldə olunub.
Ankara-Vaşinqton xəttində son iki ayda olduqca intensiv diplomatik danışıqları baş verir. Xüsusən dekabr ayından bu yana həyata keçirilən telefon danışıqları Suriyada "Fəratın şərqi" məsələsinin taleyini həll edib.
Donald Trampın əvvəllər "çəkilirik" dediyi, sonra isə təhdid ünsürü olaraq istifadə etdiyi ABŞ-ın “Fəratın şərqi” siyasəti, dünən etibarilə dəqiqləşib.
Muxalifet3 - 21-01-2019
MİNSK FORMATI DƏYİŞDİRİLƏ BİLƏR - Ərazilərin qaytarılması üçün Putinlə RAZILAŞMA
Dövlət başçısı olacağı halda, Donbasda atəşin dayandırılması haqqında Rusiya tərəfiylə razılaşmağa çalışacaq.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bunu “Ukrainskiy Pravda” qəzetinə müsahibəsində Ukrayna prezidentliyinə namizəd, şoumen Vladimir Zelenski bildirib.
“Hər şeydən əvvəl istəyirəm ki, atəş dayandırılsın. Bu razılaşma, düşünürəm ki, çox da çətin deyil. Fikrimcə, razılaşmaq olar. Birinci, öldürməyi dayandırmaq lazımdır. İnsanlarımızı qorumaq əhəmiyyətlidir”, - o deyib.Muxalifet - 21-01-2019
Göyçayda AĞIR QƏZA: 1 nəfər öldü, 5-i isə yaralandı
Bakı-Şamaxı-Yevlax yolunda ağır qəza baş verib.
"Ölkə.Az" Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 188 km-də Göyçayın Şahsoltanlı kəndi yaxınlığında qeydə alınıb.Muxalifet - 21-01-2019
95 il öncə bu gün: ev dustağı edilmiş Leninin ölümü, saray intriqaları – 60 İLDƏN SONRA FAŞ OLMUŞ HƏQİQƏT
95 il öncə, 21 yanvar 1924-cü ildə SSRİ-nin qurucusu Vladimir İliç Lenin 53 yaşında vəfat edib. İlk sosialist dövlətini yaratmaqla dünyanın siyasi mənzərəsinə yenilik gətirən Lenin çəkdiyi “əziyyət”in bəhrəsini çox da görməyib, yaratdığı dövlətə uzun müddət rəhbərlik edə bilməyib. Artıq 1922-ci ildən Lenin, demək olar ki, öz vəzifəsinin icrasından təcrid olunub. Vladimir İliç Leninin ömrünün son illərində Stalin hakimiyyətə sahib olmaq uğrunda bütün vasitələrə əl atıb.
Muxalifet - 21-01-2019
Məhkum olunmuş əcnəbilərə arayış veriləcək - Ramil Usubov qərar imzaladı
Daxili İşlər Nazirliyinin Kollegiyası "Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”da dəyişikliklər edib.
BakuPost-un məlumatına görə, dəyişiklik biri əvvəllər Azərbaycan ərazisində yaşamış əcnəbilərlə bağlıdır.
Muxalifet - 21-01-2019
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət məhdudlaşdı
Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət məhdudlaşdırılıb.
Muxalifet.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məhdudiyyət bir günlük tətbiq ediləcək.
Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyyə olunur.Muxalifet - 21-01-2019
Yüksək vəzifə verilən Mustafa Abbasbəyli KİMİN OĞLUDUR? - DOSYE
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir vəzifəsinə təyin edilib. Mustafa Abbasbəyli Milli Məclisin 1-ci çağırış (Gəncə şəhərindən) deputatlarından olan Aslan Abbasovun oğludur. A.Abbasov hazırda Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsini tutur. Mustafa Abbasbəylinin böyük qardaşı Məmməd Abbasbəyli isə Azərbaycan Alpinizm Federasiyasının prezidentidir. O, "Xəzər" Universitetini, ABŞ-ın Purdue və George Washington Universitetlərinin məzunudur.
Muxalifet - 21-01-2019




















