Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT

Baxış sayı:
155

Bakıda qətl hadisəsi törədilib.

Hadisə paytaxtın Nizami rayonunun Qara Qarayev prospekti, Ş.Mirzəyev küçəsində baş verib.

Prospekt ərazisindəki obyektlərdən birində dörd nəfər birlikdə yeyib-içiblər. Daha sonra həmin şəxslər arasında gərginlik yaranıb. Onlar küçəyə çıxaraq mübahisəni davam etdiriblər. Bu zaman Kamran Əhmədovla dostu Emil Əmirbəyov bir-birlərini bıçaqlayıblar. Nəticədə E.Əmirbəyov hadisə yerində ölüb, K.Əhmədov isə ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.