Axtarış

The search found 106385 results in 0.033 seconds.

Search results

  1. 105 milyard sərvəti olan Bill Qeytsin 3 dollar üçün etdiyi hər kəsi şoka saldı - FOTO

    Qeyts Setl şəhərində görüntülənib.

    Belə ki, milayrder 3 dollarlıq hamburger almaq üçün bir müddət növbədə gözləyib.

    Şəxsi sərvəti 105,1 milyard dollar olan 63 yaşlı amerikalının 3 dollarlıq yemək üçün növbədə gözləməsi ətrafdakıları şoka salıb.

    Həmin anların görüntüləri şəhər sakini tərəfindən feysbukda paylaşılqdan sonra “Microsoft” kollektivi də internetdə yayımlayıb.

    Muxalifet4 - 20-01-2019

  2. Qarabağ Çexiya klubuna qalib gəldi

    "Qarabağ" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununa çıxıb.

    Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, rəqib Çexiya "Bohemians"ı olub.

    "Gloria Sports Arena"da təşkil olunan qarşılaşma Azərbaycan klubunun əzmkar qələbəsi ilə yekunlaşıb - 3:1.

    Hesabı 24-cü dəqiqədə rəqib komandadan Yakub Nekas açıb. Lakin Filip Ozobiç 36, Donald Gerrye 62, Simeon Slavçev isə 90-cı dəqiqədə fərqlənərək fərqi "Qarabağ"ın xeyrinə dəyişiblər.

    Muxalifet4 - 20-01-2019

  3. Qorbaçov niyə Bakıya hücum əmri verdi? – Vaşinqtondan göndərilən məktubun SİRRİ

    29 il öncə, 1990-cı il 19 yanvar. Qorbaçovun sovet ordusunu Bakıya göndərməyinə bir gün qalıb. Hərçənd buna qədər Bakıda “qətliam ssenarisi” hazır idi.
     
    Həmin tarixdən 3 gün öncə, yanvarın 17-də şimaldan hərbi eşelonun daxil olmaq cəhdi də bunu təsdiqləyir. O vaxt şimal bölgəsində yerli əhali hərbi qatarın Bakıya doğru irəliləməsinə imkan vermədi. Lakin eyni ssenari fərqli istiqamətdən daxil edilən qoşunla gerçəkləşdirildi.
     

    Muxalifet4 - 20-01-2019

  4. İmişlidə yük maşını avtomobilin üstünə aşdı - ÖLƏN VƏ YARALANANLAR VAR

    İmişli rayonunda baş verən avtomobil qəzasında 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

    Hadisə rayonun girişində baş verib.

    "Qazel" markalı avtomobil yoldan çıxaraq, İmişli sakini, 1957-ci il təvəllüdlü Allahverdiyev Hidayət Şəkəralı oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb. Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişinlər - İmişli sakinləri, 1962-ci il təvəllüdlü Əhmədov Ramiz Əhməd oğlu və 1967-ci il təvəllüdlü Məmmədova Kəmalə Qaraş qızı xəsarət alıblar. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

    Muxalifet4 - 20-01-2019

  5. Afrində DƏHŞƏTLİ PARTLAYIŞ: 2 ölü, 10 yaralı

    Suriyanın Afrin şəhərində bələdiyyə binası yaxınlığında bombalı hücum gerçəkləşib.

    Hadisə nəticəsində 2 nəfər ölüb, ən az 10 nəfər yaralanıb.

    Muxalifet4 - 20-01-2019

  6. Mahaçqaladan Sabirabada qədər uzanan qisasın TƏFƏRRÜATLARI

    Həmyerlisini xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb və onun cəzası azaldılıb.

    Belə ki, 1993-cü il təvəllüdlü Sabirabad şəhər sakini Vüqar Süleymanov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlqıla qəsdən adam öldürməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsi ilə təqsirli bilinib.

    Muxalifet4 - 20-01-2019

  7. Ermənilər Paşinyandan hansı islahatları gözləyir? - TƏHLİL

    İnqilab dalğasında hakimiyyətə gələn, erkən parlament seçkisi ilə qanunverici orqanda mövqeyini gücləndirən Nikol Paşinyan Ermənistanın yeni baş naziri kimi hələ hökumət proqramını təqdim etməyib.

    Amma ondan ciddi islahatlara yönəlik proqram gözləyənlər var.

    Siyasi məsələlər üzrə təhlilçi Hayk Xalatyan deyir ki, Paşinyandan vergi və məhkəmə islahatları, o cümlədən korrupsiya ilə mübarizə gözlənir.

    Muxalifet4 - 20-01-2019

  8. “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”

    “Bu tarix Milli şəhidliyimizin doğum günü, Azərbaycan xalqınlın özünü təsdiq günüdür” “20 Yanvar Azərbaycan xalqının kütləvi qəhrəmanlıq tarixidir. Milli şəhidliyimizin doğum günü, Azərbaycan xalqınlın özünü təsdiq günüdür”. Bu barədə Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən olan Nemət Pənahlı 1990-cı ilin 20 Yanvarında keçmiş SSRİ Ordusunun Azərbaycanda dinc əhaliyə qarşı silahlı divan tutmasının tarixi dərsləri ilə bağlı müsahibəsində bildirib.

    Muxalifet4 - 20-01-2019

  9. Kraliça və əri qanunları pozur - Şahzadə Filipə polis xəbərdarlıq edib

    92 yaşlı kraliça II Elizabetin 97 yaşlı həyat yoldaşı Filip Mauntbettenə polis rəsmi xəbərdarlıq edib. O, yenə də avtomobil sürərkən təhlükəsizlik kəmərini taxmayıb.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, bu məlumatı "Reuters" agentliyi yayıb.

    Polis bildirib ki, "sürücüyə gərəkən məsləhətlər verilib". Bu, "sürücülərlə münasibətdə gündəlik praktikada olan işlərimizdən biridir".

    Muxalifet4 - 20-01-2019

  10. 80 min nəfər küçələrə axışdı - “Sarı jiletlilər” 10-cu dəfə mitinq keçirdi

    Bu gün Fransada ümumilikdə 80 min adam "sarı gödəkçəli"lərin keçirdiyi etiraz aksiyasında iştirak edib. Artıq 10-cu dəfədir ki, belə bir aksiya baş tutur. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, bugünkü aksiya zamanı etirazçılar polislə əvvəlcədən razılaşdırılmış marşrut üzrə hərəkət ediblər. Parisdə keçirilən aksiyaya isə 7 min nəfər qatılıb. Aksiya zamanı zorakılıq halları müşahidə olunmayıb. Yalnız mitinqə başladıqları meydana qayıtdıqdan, yəni aksiya əslində bitdikdən sonra etirazçılarla polislər arasında qarşıdurma qeydə alınıb.

    Muxalifet4 - 20-01-2019

  11. "20 Yanvar faciəsinin baş verəcəyi əvvəlcədən bəlli idi” – İXTİYAR ŞİRİN

    Keçmiş baş prokuror İxtiyar Şirin hesab edir ki, 20 Yanvar faciəsinin baş verəcəyi əvvəlcədən bəlli idi. Muxalifet.az xəbər verir ki, onun fikrincə, sadəcə dövlət rəsmiləri öz səlahiyyətlərini yerinə yetirmədikləri üçün bu qətliam qaçılmaz oldu: “1990-cı ildə mən Bakı şəhəri Qaradağ rayonunun prokuroru oldğum üçün baş verən hadisələr barədə məlumatlı idim. Artıq sovet qoşunlarının Bakıya, başqa şəhər və rayonlarımıza yeridiləcəyi məlum idi. Həmin gün axşam ordunun müxtəlif istiqamətlərdən Bakıya doğru irəlilədiyi barədə polis postlarından məlumatlar gəlməyə başladı.

    Muxalifet4 - 20-01-2019

  12. ​Trampdan vətəndaşlara: Evdən çölə çıxmayın!

    ABŞ Prezidenti Donald Tramp ölkənin bir sıra bölgələrində yağan güclü qar səbəbindən vətəndaşlara diqqətli olmağı və evlərindən çıxmamağı məsləhət görüb. Muxalifet.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter mikrobloqunda yazıb. “Ehtiyatlı olun və çalışın ki, evdə qalasınız. Ölkənin böyük bir hissəsi yağan güclü qardan və rekord şaxtadan əziyyət çəkir. Təəccüblüdür, olduqca şiddətli çovğundur. İndi keçmiş qlobal istiləşməni hiss etmək pis olmazdı”, - deyə Tramp bildirib.

    Muxalifet3 - 20-01-2019

  13. ​Ərdoğandan dünyaya Afrin MESAJI: “Bunu bilsinlər ki,…”

    Türkiyə Müdafiə naziri Hulusi Akar Hatay vilayətində Afrin qəhrəmanları ilə görüş zamanı ölkə başçısı Rəcəb Tayyib Ərdoğana zəng edib.
    Muxalifet.az xəbər verir ki, Ərdoğan hərbçilərə müraciətində bu gün Afrində törədilən terakta işarə edərək, düşmənlərə qarşı daha da qətiyyətli olacaqlarını deyib:
    "Onlar bizi Afrindəki yolumuzdan çəkindirə bilməyəcəklər. Afrində, Cerablusda, Əl Babdakı mübarizəmiz davam edəcək".
    Qeyd edək ki, bu gün Afrində valilik binasında törədilən partlayış nəticəsində 4 nəfər həlak olub, 11 nəfər yaralanıb.
     

    Muxalifet3 - 20-01-2019

  14. ​ABŞ-da öldürülən azərbaycanlının meyiti vətənə gətirildi

    ABŞ-da öldürülən azərbaycanlı Elçin Xəlilovun meyiti Azərbaycana gətirilib.
    Muxalifet.az femida.az-a istinadən xəbər verir ki, Elçinin cənazəsi Bakı vaxtilə səhər 8:30-da Heydər Əliyev adına hava limanına çatdırılıb.
    Meyiti qəbul etmək üçün Elçinin qardaşı və yaxın dostları Bakı aeroportuna gediblər. Mərhumun cəsədi dəfn olunmaq üçün doğulduğu Sumqayıt şəhərinə aparılıb. Dəfn mərasimi bu gün günorta saatlarında baş tutacaq.

    Muxalifet3 - 20-01-2019

  15. "Mən rüşvət almağı alçaqlıq hesab edirəm" - MƏRKƏZİ NEFTÇİLƏR XƏSTƏXANASININ BAŞ DİREKTORU

    Bir neçə gün öncə redaksiyamıza şikayət ərizəsi daxil oldu. Neftçilər Mərkəzi Xəstəxanasının tibb bacısı olan Könül Abdullayeva adlı xanım öz ərizəsində qeyd etmişdi ki, xəstəxananın baş direktoru, kardioloq Ülvi Mirzəyev rüşvət alır, işçiləri incidir və sairə. Dərhal məsələni aydınlaşdırmaq üçün Neftçilər Mərkəzi Xəstəxanasına yollandıq. Biz xəstəxananın bir neçə işçisi, bir neçə xəstə və baş direktorun özü ilə görüşdük.

    Muxalifet4 - 20-01-2019

  16. ​Netanyahudan tarixi qərar: 47 ildən sonra...

    İsrail və Çad arasında 1972-ci ildən bəri dayandırılan diplomatik münasibətlərə yenidən start verilib. Muxalifet.az xəbər verir ki, bu barədə Çad mətbuatı İsrail Baş naziri Benyamin Netanyahunun ölkəyə səfərindən sonra məlumat yayıb. Medianın yazdığına görə, Netanyahu və Çad lideri İdris Debi ikitərəfli əlaqələrin qurulması və inkişafı üçün razılığa gəliblər.

    Muxalifet3 - 20-01-2019

  17. ​Ərəb ölkələrindən inanılmaz addım: Kriptovalyuta yaradılır

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi çərçivəsində birgə kriptovalyutanın yaradılması planlarını elan ediblər.

    Muxalifet3 - 20-01-2019

  18. ​Kraliçanın 97 yaşlı əri cəzalandırıla bilər - Səbəb

    Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Şahzadə Filip cəzalandırıla bilər.
    Muxalifet.az xəbər verir ki, buna səbəb 97 yaşlı Filipin avtomobil sürərkən təhlükəsizlik kəməri taxmamasıdır.
    Polis bununla bağlı şahzadəyə xəbərdarlıq edildiyini açıqlasa da, ona hansısa cəzanın tətbiq edilməsi haqda məlumat verməyib.
    Yerli vətəndaşlar isə qanunların hamı üçün eyni olduğunu və pozuntuya yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.
    Qeyd edək ki, Şahzadə Filip iki gün əvvəl avtomobil qəzasına düşmüşdü.
     

    Muxalifet3 - 20-01-2019

  19. ​20 yanvar xatirəsi: Fotoaparatı Sovet əsgərinə tuşlayanda...

    Tbilisidə, Gürcüstanın Milli Parlament Kitabxanasında bu ölkənin əməkdar jurnalisti, 27 ildir "Assoşeyited Press" agentliyinin Qafqaz üzrə fotomüxbiri olan Şahvələd Eyvazovun 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərindən ibarət sərgi keçirilib.

    Muxalifet3 - 20-01-2019

  20. ŞOK: ​Rusiya İsrailə MEYDAN OXUDU - HÜCUM

    İsrail qırıcılarının Dəməşqin cənub-şərqində yerləşən Duvali hava limanı istiqamətində hücumunun qarşısının alınması zamanı “Pansir” və “Buk” komplekslərindən istifadə edilib.
    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
    Rusiya istehsalı zenit raket kompleksləri 7 İsrail raketini zərərsizləşdirib. Hava limanının infrastrukturuna ziyan dəyməyib. Hadisə nəticəsində ölən və yaralılar olmayıb.
     

    Muxalifet3 - 20-01-2019

Pages