Axtarış

The search found 106374 results in 0.084 seconds.

Search results

  1. ​Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başladı

    Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb.
    Muxalifet.az apa-ya istonadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
    Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 7-nə təyin edilib.

    Muxalifet2 - 29-12-2025

  2. Keçmiş baş prokuror qətlin təşkilində ittiham olunur - FOTO

    Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze Levan Canqveladzenin qətlə yetirilməsi işi üzrə məsuliyyətə cəlb olunub.
     
    Bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.
     
    Onun sözlərinə görə, istintaqla Partsxaladzenin cinayətkar qrupun başçısı kimi Levan Canqveladzenin qəsdən öldürülməsinə rəhbərlik etdiyi müəyyən edilib.
     
    Sabiq baş prokuror qəsdən adam öldürmənin təşkilində ittiham olunur. Bu cinayət əməlinə görə 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

    Muxalifet2 - 29-12-2025

  3. PROBLEMLİ KREDİTLƏRİN HƏCMİ 102 MİLYON ARTDI - Əhali borc bataqlığında / VİDEO

    Bu ilin 10 ayında ölkədə problemli kreditlərin həcmi 805.5 milyon manata çatıb. Nəzərə alsaq ki, ilin son iki ayının nəticələri hələ açıqlanmayıb, bu məbləğin artacağı istisna edilmir. Məlumata görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14.5 faiz çoxdur. Beləliklə, son bir il ərzində problemli kreditlərin həcmi təxminən 102 milyon manat artıb.

    Muxalifet2 - 29-12-2025

  4. “MƏNƏ ZƏNG ETDİLƏR, DEDİLƏR Kİ, İMZA AT...” – Misir Mərdanov işdən çıxarılmasından DANIŞDI

    Xəbər verditimiz kimi, sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb.

    Yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov vəzifəsini itirmiş olub.

    Muxalifet2 - 29-12-2025

  5. İranda bir ildə 2 minə yaxın insan edam olunub – 10 EDAM AÇIQ İCRA EDİLİB

    İranda bir ildə 1 min 922 nəfər edam edilib, onlardan 1 min 681-i kişi, 59-u qadın, ikisi isə yetkinlik yaşına çatmayanlar olub.
    Muxalifet.az
    xəbər verir ki, bu iddia "Human Rights Activists News Agency" (HRANA) hüquq müdafiə təşkilatının illik hesabatında yer alıb.
    Hesabata görə, bu ilin edam sayı 2024-cü ildəkindən iki dəfə çoxdur, son 11 ilin ən yüksək səviyyəsidir.

    Muxalifet2 - 29-12-2025

  6. Nazarbayev-Putin görüşü Qazaxıstanda hiddət doğurdu – Ölkədən çıxışına qadağa qoyulması təklif edilir

    Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü Astanada birmənalı qarşılanmayıb.

    Qazaxıstan mediasının məlumatına görə, bir sıra deputatlar Nazarbayevin xarici səfərlərinə qadağa qoyulmasını tələb ediblər.

    Muxalifet2 - 29-12-2025

  7. Milyonları mənimsəməkdə ittiham olunan ​İlqar Hacıyevin məhkəməsi başladı

    Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilən İlqar Hacıyevin cinayət işi üzrə məhkəmə başlayıb.
    Muxalifet.az
    xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
    Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 12-nə təyin edilib.

    Muxalifet2 - 29-12-2025

  8. “Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

    Sərfəli mobil operator “Nar”ın “Çoox Şanslı” stimullaşdırıcı lotereyasının növbəti qalibləri bu axşam müəyyən ediləcək. Belə ki, lotereyaya qoşulan şanslı “Nar” abunəçilərindən biri 10-cu “Haval H6 Ultra” avtomobilini, üçü isə Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanacaq.

    Muxalifet2 - 29-12-2025

  9. Köhnə maşınlar üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq - Prezident təsdiqlədi

    Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq.

    Muxalifet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

    Muxalifet2 - 29-12-2025

  10. NƏSİMİNİN İCRA BAŞÇISI İŞDƏN ÇIXARILDI - Ötən ay təyin edilmişdi / Yenilənib

    Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.

    Muxalifet.az "Unikal"a istinadla xəbər verir ki, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.

    Onun şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.

    Qeyd edək ki, bir neçə gün əvvəl onun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da işdən çıxarılıb.

    ***

    Muxalifet2 - 29-12-2025

  11. Sevinc Osmanqızının məhkəməsi başlayır

    Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov, Beydulla Manafovun məhkəməsi başlayır.

    Muxalifet.az Oxu.az-a istinadla xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən proseslərdə araşdırılacaq. Məhkəmənin ilk hazırlıq iclası dekabrın 30-na təyin edilib.

    Muxalifet2 - 29-12-2025

  12. “Ramiz Mehdiyev barəsində cinayət təqibinə xitam verilə bilər” - MÜSAHİBƏ

    Taryel Əliyev: “Ramiz Mehdiyevin anlaqsız olduğu məlum olarsa belə, bu, iş üzrə keçən digər şəxslərin də anlaqsız olduğu qənaətinə gəlməyə əsas vermir”

    Muxalifet2 - 30-12-2025

  13. QARABAĞ QAZİSİNDƏN BAYRAM GÜNÜNDƏ MÜHÜM MÜRACİƏT - Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olmuş dəyərli qazimiz Süleyman Heydərov bayram günündə vətəndaşlarımıza həm müraciəti, həm də ürəkdən gələn bir xahişi var. Hansı ki, Vətən uğrunda iki gözünü və bir qolunu qurban verən bir igidin səsi bu gün hamımız üçün dərs olmalıdır.

    S.Heydərov müraciətində bildirir ki, petarda, pirotexnika bizə əyləncə kimi görünə bilər, amma bir çox qazimiz üçün o səs travmanı yenidən yaşadan ağrıdır.

    Muxalifet2 - 31-12-2025

  14. Xalq Hərəkatının fəalları Əbülfəz Elçibəyin məzarını ziyarət edib - FOTO

    Bu gün 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Xalq Hərəkatının fəalları Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edib, abidə önünə çələng qoyublar.

    Muxalifet.az xəbər verir ki, Dövlət Himninin oxunuşundan sonra tədbirin təşkilatçısı, Bəhram İsmayıl sərhəd hərəkatının yaranması və Əbülfəz Elçibəyin Bütöv Azərbaycan mübarizəsi haqda qısa məlumat verib.

    Muxalifet2 - 31-12-2025

  15. "SİSTEM FAKTİKİ OLARAQ ÇÖKÜB..." - Ekspert minlərlə insanın niyə qazsız qaldığını AÇIQLADI

    “Artıq iki gündür ki, “Azəriqaz”ın smart kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. Vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsaiti yükləməkdə problemlərlə üzləşdiklərini, kartlardakı balansı sayğaclara yükləmək istədikdə “kart boşdur” mesajı ilə qarşılaşıblar. Bu isə açıq şəkildə göstərir ki, problem kartdan sayğaca ötürülmədə deyil, “Azəriqaz”ın mərkəzi sistemində olub”.

    Bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

    Muxalifet2 - 2-01-2026

  16. Ağcabədidə ölən doqquzaylıq körpənin atası: “Xəstəxana hava balonu tapmadı”

    Ağcabədi rayonunda doqquz aylıq körpənin öldükdən sonra ayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Oxu.Az-a körpənin atası Pərviz İsgəndərli məlumat verib.

    O bildirib ki, yayılan məlumatlarda yanlışlıq var:

    Muxalifet2 - 2-01-2026

  17. Budanov Ukrayna Prezident Ofisinə rəhbərlik etməyə razılaşıb - YENİLƏNİB

    Kirill Budanov Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezident Ofisini idarə etmək təklifini qəbul etdiyini bildirib.

    Ukrayna KİV-ləri xəbər verir ki, o, vəzifəni ölkəsi qarşısında məsuliyyətin daha bir mərhələsi kimi qəbul etdiyini əlavə edib.

    "Ukrayna üçün tarixi bir anda dövlətimizin strateji təhlükəsizliyinin həlledici məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir", - deyə Budanov vurğulayıb.

    15:59

    Ukrayna Prezidenti Volodimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Prezident Ofisinə başçılıq etməyi təklif edib.

    Muxalifet2 - 2-01-2026

  18. Azərbaycanda tonlarla yanacağı mənimsəyən vəzifəli şəxs HƏBS EDİLDİ

    "Azərbaycan Dəmir Yolları" QSC-də Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və ADY-nin İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti Famil Soltanov həbs ediliblər.

    Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar lokomotivlərin hərəkəti üçün ayrılmış tonlarla dizel yanacağı və yağı mənimsəyib satmaqda təqsirli biliniblər.

    Muxalifet2 - 2-01-2026

  19. "ÖLÜMLƏRİN QEYDƏ ALINDIĞI ETİRAZLARI DAYANDIRIN" - Pezeşkian anlaşma təklif edir

    Lazım olsa, mən özüm etiraz edən birliklərlə danışıqlar aparacam və əgər onlar haradasa haqlıdırlarsa, biz səhv etmişiksə, bunu düzəltməyə çalışacağıq.

    Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

    Dinc aksiyaların hər bir İran vətəndaşının hüququ olduğunu deyən Pezeşkian İslam Respublikasında etirazları dayandırmaq üçün prolemləri həll etmək və əhalinin rifahını yaxşılaşdırmağı vacib sayıb.

    Muxalifet2 - 2-01-2026

  20. "Turbo.az”ın sahibinin sərvəti açıqlandı - MİLYARDLARLA DOLLAR...

    "Blumberq" agentliyinin məlumatına görə, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün - "turbo.az", "tap.az", "boss.az" və "bina.az"ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti 5,1 milyard dollar təşkil edib.

    Muxalifet.az yeniavaz.com-a istinadla xəbər verir ki, dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes"in hesablamasına görə isə Mixail Lomtadzenin sərvəti 5,8 milyard dollara yüksəlib.

    Qeyd olunur ki, hər iki reytinqdə o, Gürcüstanın ən varlı şəxsi kimi qeyd olunur.

    Muxalifet2 - 3-01-2026

Pages