QARABAĞ QAZİSİNDƏN BAYRAM GÜNÜNDƏ MÜHÜM MÜRACİƏT - Video

Baxış sayı:
172

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olmuş dəyərli qazimiz Süleyman Heydərov bayram günündə vətəndaşlarımıza həm müraciəti, həm də ürəkdən gələn bir xahişi var. Hansı ki, Vətən uğrunda iki gözünü və bir qolunu qurban verən bir igidin səsi bu gün hamımız üçün dərs olmalıdır.

S.Heydərov müraciətində bildirir ki, petarda, pirotexnika bizə əyləncə kimi görünə bilər, amma bir çox qazimiz üçün o səs travmanı yenidən yaşadan ağrıdır.

Odur ki, gəlin qazilərimizi nəzərə alaq, bayram günlərini daha mədəni və daha təhlükəsiz keçirək. Sevincimiz Vətən oğullarına hörmət və ehtiram, səsimiz dua, niyyətimiz mərhəmət olsun. Gəlin bir olaq, həmrəy olaq, bir-birimizi düşünək.

Yeni iliniz mübarək olsun!

Muxalifet.az