Axtarış
The search found 106374 results in 0.03 seconds.
Search results
SON DƏQİQƏ! Əhaliyə sarı xəbərdarlıq edildi
Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda dekabrın 15-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Salyan, Hacıqabul, Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Muxalifet2 - 14-12-2025
Pənah Hüseyn partiya sədrliyindən istefa verdi - YENİ SƏDR SEÇİLDİ
Azərbaycan Xalq Partiyasının VII (növbədənkənar) qurultayı keçirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə partiyanın sabiq sədri Pənah Hüseyn paylaşım edib.
Paylaşımda bildirilir ki, qurultay Pənah Hüseynin istefasını qəbul etdi. Sadıqov Qiyas Böyükağa oğlu AXP sədri seçilib.

Muxalifet2 - 14-12-2025
Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman "Barselona"nı 10 milyard avroya almaq istəyir.
Muxalifet.az "El Chiringuito"ya istinadən xəbər verir ki, lakin "Barselona"nın tam hüquqlu üzvləri, həmçinin klubun prezident seçkilərində iştirak etmək hüququna malik şəxslər, azarkeşlər və digər həmtəsisçilər bu alışa maneə yarada bilərlər.
Çünki kataloniya təmsilçisi onların da qanuni mülkiyyəti hesab olunur. Seçkilərə və klubun idarə olunmasına nəzarət edirlər. Buna baxmayaraq Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu "Barselona"ya vəsait yatırmaq niyyətindədir.
Muxalifet2 - 14-12-2025
QUSARDA DƏHŞƏTLİ QƏZA - 2 nəfər ölüb , 4 nəfər xəsarət alıb
Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Muxalifet2 - 14-12-2025
Naxçıvanın keçmiş fövqəladə hallar naziri vəfat etdi
Naxçıvan Muxtar Respublikasının keçmiş fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəfat edib.
63 yaşlı general bir müddət əvvəl infarkt keçirib.
Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Ş. Abdullayev 2023-cü ildə vəzifəsindən azad olunub.
Muxalifet2 - 14-12-2025
“UKRAYNA DONBASI VERMƏKDƏN İMTİNA EDİB” - “Rusiya “Koreya varinatı”nı müzakirə etmir”
Ukraynanın amerikalılara təqdim etdiyi 20 maddəlik əks-sülh planında Kiyev Donbasa nəzarəti Rusiyaya verməkdən imtina edib.
“AzPolitika” xəbər verir ki, bunu “The New York Times” nəşri iki yüksək vəzifəli Avropa rəsmisinə istinadla yazıb.
Muxalifet2 - 15-12-2025
Rusiya İrandan muzdlu əsgər yığır? -Səfirlik təkzib edir, amma... - FOTO
Muxalifet2 - 15-12-2025
Bu axşam “Nar”da böyük həyəcan – növbəti avtomobil səni gözləyir
Sərfəli mobil operator “Nar”ın “Çoox Şanslı” stimullaşdırıcı lotereyasının bu axşam növbəti qalibləri müəyyən ediləcək. Belə ki, lotereyaya qoşulan şanslı “Nar” abunəçilərindən biri səkkizinci “Haval H6 Ultra” avtomobilini, üçü isə Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanacaq.
Muxalifet2 - 15-12-2025
Müxalif partiya Krım dövlətinin yaradılmasını təklif edir
ADP hesab edir ki, danışıqlar səmərə vermədiyi halda Rusiyaya qarşı beynəlxalq sanksiyalar gücləndirilməlidir
Muxalifet2 - 15-12-2025
Gültəkin Hacıbəyli Azərbaycana deport olunur
Ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim edilib
Muxalifet2 - 15-12-2025
Maliyyə Nazirliyi bu qurumda milyonlarla yeyinti faktını üzə çıxardı, amma... - ŞOK İDDİA
Bakı sakini Xanəhməd Əsgərovdan şok iddia: “Nazirlik Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində mənimsənilən dövlət vəsaitinin bölünməsində “ortaq məxrəcə” gələ bilmirlər”
Bakı şəhər sakini, ixtisasca aqronom olan Əsgərov Xanəhməd Əli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
“Hörmətli Prezident!
Muxalifet2 - 15-12-2025
Bəylər Əyyubovun general qardaşı oğlu vəzifəsindən azad edildi – FOTO
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.
Muxalifet.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.
Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general–polkovnik Bəylər Əyyubovun qardaşı oğludur.
Muxalifet2 - 16-12-2025
Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyev işi böyüyür
Sabiq baş nazirin birinci müavini Abbas Abbasov axtarışa verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində "dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər" ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
Muxalifet2 - 16-12-2025
“Nar” Gəncədə növbəti regional mağazasını təqdim edib
Sərfəli xidmətləri və bölgələrə diqqəti ilə seçilən mobil operator “Nar” növbəti regional mağazasını Gəncə şəhərində istifadəyə verdi. Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 359c ünvanında açılan yeni mağazada abunəçilərə müştəri xidmətləri, mobil nömrələrin satışı, mobil telefon və aksesuarların təqdim olunması xidmətləri göstərilir.
Muxalifet2 - 16-12-2025
QADAĞA, YOXSA SİFARİŞ? - Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar
Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin dekabrın 16-da keçirilən birgə iclasında “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklik qəbul edilərsə, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan ediləcək.
Muxalifet2 - 17-12-2025
Türkiyə S-400 raketlərini Rusiyaya qaytarmağı təklif edir
Ankara Moskva ilə təxminən 10 il əvvəl alınan Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin qaytarılmasını müzakirə edir.
APA xəbər verir ki, “Bloomberg“in məlumatına görə, bu, Türkiyənin ABŞ və NATO-nun təzyiqini azaltmaq və ABŞ hərbi proqramlarına, xüsusən də F-35-ə çıxışı bərpa etmək məqsədi daşıyan diplomatik addımının bir hissəsidir.
Hələlik rəsmi qərar verilməyib, lakin Türkiyə strateji mənfəət üçün əvvəlki müqaviləni yenidən nəzərdən keçirmək istəyini getdikcə daha çox ifadə edir.
Muxalifet2 - 17-12-2025
Abramoviçin 2,5 milyardı Ukraynaya verilir
Londondan Ukrayna ilə bağlı mühüm humanitar qərar açıqlanıb.
Muxalifet.az xəbər verir ki, Böyük Britaniya hökuməti iş adamı Roman Abramoviçin “Çelsi” futbol klubunun satışından əldə etdiyi 2,5 milyard funt sterlinqin (təxminən 3 milyard dollar) Ukraynanın humanitar ehtiyacları üçün istifadə olunmasına icazə verən lisenziya təqdim edib.
Lisenziyanın şərtlərinə əsasən, vəsait yalnız Ukraynada humanitar məqsədlərə yönəldilməlidir. Gələcəkdə yarana biləcək əlavə gəlirlər isə dünyada münaqişələrdən zərər çəkənlərə yardım üçün istifadə oluna bilər.
Muxalifet2 - 17-12-2025
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib.
Bu barədə APA-ya ailəsindən xəbər verilib.
Partiya sədrinin nəvəsi Fəttayev Müşfiq Mirmehdi oğlu bu gün saat 20.00 radələrində avtomobildə olarkən özünü pis hiss edib. Həmin vaxt avtomobildə olan ailə üzvləri onu Sumqayıtda xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Ancaq həkimlərin səyinə baxmayaraq, Müşfiq Fəttayev həyatını itirib.
Muxalifet2 - 17-12-2025
Həsən Eyyubov belə ifşa olunub... - Şok faktlar ÜZƏ ÇIXDI
Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, general Cəbrayıl Usubovun oğlu Fərid Usubov və digər şəxslərin qəfil həbsi ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.
Muxalifet.az xəbər verir ki, “Qafqazinfo” cinayət hadisəsinin ictimaiyyətdə maraq doğuran səbəblərini öyrənə bilib.
Əldə etdiyimiz məlumata görə, cinayət işlərinin başlanmasına əsas Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən ərazidə şübhəli hərəkətlər barədə Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatları olub.
Muxalifet2 - 17-12-2025
Tanınmış televiziya aparıcısı həbs edildi - NARKOTİK İTTİHAMI / FOTO
Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı narkoloji testdən keçirilən televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Bildirilir ki, test nəticəsi müsbət çıxmış Cebecinin məhkəmə ifadəsi alındıqdan sonra o, "narkotik maddə istifadəsini asanlaşdırma" ittihamı ilə həbs edilib.
Televiziya aparıcısı test nəticəsinin səhv olduğunu iddia edərək, həyatı boyu narkotik maddədən istifadə etmədiyini qeyd edib.
Muxalifet2 - 18-12-2025




















