"ÖLÜMLƏRİN QEYDƏ ALINDIĞI ETİRAZLARI DAYANDIRIN" - Pezeşkian anlaşma təklif edir

Baxış sayı:
118

Lazım olsa, mən özüm etiraz edən birliklərlə danışıqlar aparacam və əgər onlar haradasa haqlıdırlarsa, biz səhv etmişiksə, bunu düzəltməyə çalışacağıq.

Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Dinc aksiyaların hər bir İran vətəndaşının hüququ olduğunu deyən Pezeşkian İslam Respublikasında etirazları dayandırmaq üçün prolemləri həll etmək və əhalinin rifahını yaxşılaşdırmağı vacib sayıb.

"Iran İnternational"ın məlumatına görə, İranda ötən həftə bazarlarda başlayan etirazlar artıq bütün ölkəyə yayılıb. Buna səbəb iqtisadi böhran, rialın dəyərdən düşməsi və ölkədə köklü islahatların aparılmamasıdır.

"Al Jazeera"nin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında toqquşmalarda 7 nəfər həlak olub. Bundan başqa, 44 etirazçı həbs olunub.