Axtarış

The search found 106374 results in 0.029 seconds.

Search results

  1. Məktəblilər arasında yayılan "snus" saqqızı narkotik tərkiblidir? - RƏSMİ AÇIQLAMA

    Son günlərdə məktəblilər arasında "snus" adlanan saqqızabənzər məhsulun yayılması ilə bağlı narahatlıqlar artıb.

    Stopnarkotik.az xəbər verir ki, bu məhsulun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar hələ də davam edir. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edirlər. Ekspertlər arasında bu məhsulun narkotik və ya psixotrop maddə kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi barədə fikir ayrılıqları var.

    Muxalifet2 - 18-12-2025

  2. Bu gün Azərbaycandan Ermənistana 22 vaqon benzin yola salınacaq

    Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanacaq.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınacaq.

    Muxalifet2 - 18-12-2025

  3. "BƏƏ-nin işğaldan azad edilmiş ərazilərimizə sərmayə yönəltməsi kifayət qədər realdır" - ELŞAD MİRBƏŞİR

    Siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir Sozcu.info-ya müsahibə verib. Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:
     
    - Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti  Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etməsi rəsmi Bakının Əbu-Dabi ilə münasibətlərin inkişafına önəm verdiyini göstərir. BƏƏ ilə yaxın əlaqələr Azərbaycan üçün nə vəd edir?

     

    Muxalifet2 - 18-12-2025

  4. Adnan Əhmədzadə həbsdən azad oluna bilər

    Azərbaycanın tanınmış iş adamı, SOCAR-ın İnvestisiya departamentinin keçmiş rəis müavini Adnan Əhmədzadənin yaxın vaxtlarda həbsdən azad edilə biləcəyi ilə bağlı rəsmi olmayan mənbələrdən məlumat əldə edilib.

    Muxalifet2 - 19-12-2025

  5. ELDAR QƏRİBOVUN FRANSADAKI 34 MİLYONLUQ VİLLASI VƏ... - Cavabsız suallar / FOTOLAR

    UNİBANK-ın Müşahidə Şurasının sədri Eldar Qəribovun Fransanın Nitsa şəhəri yaxınlığındakı əsrarəngiz villası bir ildən artıqdır ki, müştəri tapa bilmir.

    Muxalifet.az-ın "Qaynarinfo"-ya istinadən verdiyi xəbərə görə, təxminən 34 milyon manata (17 milyon avro) təklif olunan villaya müştəri tapmaq üçün E.Qəribovun əmlak agentləri yenidən fəallaşıb. Artıq elana Avropanın ən lüks elan saytlarından tutmuş, ərəb və rus saytlarında da rast gəlmək olur.

    Muxalifet2 - 19-12-2025

  6. Daha bir azərbaycanlı Ukraynaya qarşı savaşda həlak olub - FOTO

    Rusiya-Ukrayna müharibəsi zamanı daha bir Azərbaycan vətəndaşı həlak olub.

    Muxalifet.az xəbər verir ki, Rusiya ordusunda döyüşən Xaçmaz rayon sakini Rafiq Aydın oğlu Məmmədov aldığı yaralardan vəfat edib.

    O, Rusiya Müdafiə Nazirliyinin tərkibində olan "Axmat" Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib.

    Muxalifet2 - 19-12-2025

  7. “Məlumatlar var ki, ölkə daxilində də psixotrop maddələr hazırlanır” – SENSASİON MÜSAHİBƏ

    Arzuxan Əlizadə: "Narkotik vasitələrin dövriyyəsinə nəzarət edən qanundankənar qurumlar var ki, onlar bu prosesin inkişafında maraqlıdırlar”

    “...onlara qarşı nə qədər sərt mübarizə aparılırsa, bir o qədər də əlavə yollar axtarmaqla, imkanlar əldə etməklə bu prosesi aparmaq istəyirlər”

    “Elektron siqaretlərin qadağan olunması insan sağlamlığına zərərli komponentlərin aradan qaldırılması ilə bağlı atılan növbəti addımdır”

    Muxalifet2 - 19-12-2025

  8. Bu axşam “Nar”da böyük həyəcan – 9-cu avtomobil sahibini tapır

    Sərfəli mobil operator “Nar”ın “Çoox Şanslı” stimullaşdırıcı lotereyasında bu axşam daha bir qalib müəyyənləşəcək. Lotereyanın 9-cu “Haval H6 Ultra” avtomobilinin sahibi elə bu gün açıqlanacaq. Bununla yanaşı, üç “Nar” abunəçisi də “Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanmaq şansı əldə edəcək.

    Muxalifet2 - 22-12-2025

  9. Azadlığa çıxanlar arasında klub prezidenti də var

    Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil olunub.

    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, o, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

    Muxalifet2 - 22-12-2025

  10. Vəzifə verdiyi şəxsi bir neçə gün sonra işdən çıxardı

    Bir neçə gün əvvəl sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Əli Mahmudovun Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayımlamışdıq.

    Muxalifet.az unikal.az-a istinadən xəbər verir ki, xəbər ictimailəşdikdən sonra Ə.Mahmudov işdən çıxarılıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

    Muxalifet2 - 22-12-2025

  11. Bakı metrosunda maliyyə labirinti - 100 milyon manat haradadır?

    "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) aparılmış audit yoxlamaları zamanı bir sıra qeyri-müəyyənliklər aşkar edilib. Bu, əmlak və avadanlıqların qiymətləndirilməsi, eləcə də sərnişindaşıma gəlirlərinin uçotu ilə bağlı bir sıra qeyri-müəyyənliklər ortaya çıxıb.

    Milli.Az QSC-nin maliyyə sənədlərinə istinadən xəbər verir ki, dəyərsizləşmə yoxlaması çərçivəsində bəzi əsas vəsaitlərin ədalətli dəyəri keçmiş dövrlərin satınalma qiymətlərinə əsasən hesablanıb, lakin bu aktivlərə dair sənədlər saxlanılmayıb.

    Muxalifet2 - 22-12-2025

  12. Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb - Fonddakı fəaliyyətinə görə...

    Ötən il Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına sədr təyin edilən Araz Paşayev 2 ay sonra Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarıldı.

    Muxalifet.az xəbər verir ki, Araz Paşayevin Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarılmasına səbəb Hesablama Palatasının bu qurumun fəaliyyətində aşkarladığı qanunsuzluqlar idi.

    Muxalifet2 - 6-03-2025

  13. “Qarabağ separatçılarını siyasi məhbuslarla eyni statusda dəyərləndirmək yolverilməzdir” – MÜXALİF PARTİYA AVROPA PARLAMENTİNƏ ETİRAZ ETDİ

    ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
    Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sülh yolu ilə başa çatdırılması istiqamətində ABŞ-ın moderatorluğu ilə ötən həftə ərzində davam edən danışıqlar ətrafında fikir mübadiləsi aparıb.

    Muxalifet2 - 22-12-2025

  14. ​QAZİLƏR ACLIQ AKSİYASI KEÇİRƏCƏK – Baş redaktorun həbsinə etiraz

    Qarabağ qaziləri “zərərçəkənlərə” dəyən “ziyanı” ödəməyə də hazırdırlar

    Muxalifet2 - 23-12-2025

  15. DSMF YOXSULUQLA MÜBARİZƏ APARIR, YOXSA YOXSULLARLA? - Ödənilmiş vəsaitləri niyə geri tələb edir?

    Dövlət Sosial Müdafiə Fondu (DSMF) ünvanlı sosial yardım (ÜSY) almış bəzi ailələrə məktub göndərərək, indiyədək ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb edib.

    “AzPolitika”ya müraciət edən vətəndaşların bildirdiyinə görə, Fondun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialının göndərdiyi məktubda ÜSY alan şəxslərin qanunvericiliyi pozduğu, gəlirlərini gizlətdiyi qeyd olunur.

    Muxalifet2 - 23-12-2025

  16. İcra başçısı Ağdam sakinindən üzr tələb etdi, MƏHKƏMƏ İDDİANI QƏBUL ETMƏDİ - Cavabdeh Əziz Əzizova 100 manat ödəyəcək

    Beyləqanının icra başçısı Əziz Əzizov "TikTok"da onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib.

    Muxalifet.az Teleqraf-a istinadla bildirir ki, icra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təkzib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

    Muxalifet2 - 24-12-2025

  17. İDMAN “KƏNDXUDALIĞI”... – Dünya şöhrətli idmançımıza qarşı ədalətsizliyin arxasında nə durur?

    Azərbaycanda məmur-nazir zümrəsinin çoxsaylı sağalmaz, ümidsiz xəstəliklərindən biri də bu zümrəyə aid olanların özlərini onlara tapşırılan sahənin ağası, yiyəsi, “kəndxudası” hesab etmələridir. Bu adamlar onlara verilən vəzifəni, kreslonu, statusu dövlətin etimadı yox, sanki ata-babalarının miras qoyduğu, peşkəş etdiyi mal-mülk kimi görürlər. Bu səbəbdən dövlət ərkanı, davranışı, mədəniyyəti kimi anlayışları şəxsi eqo, hikkə, əda və yekəxanalıqlarına çoxdan qurban veriblər...

    Muxalifet2 - 26-12-2025

  18. PARTİYA SƏDRİ GÖMRÜK KOMİTƏSİNİ HƏDƏF ALDI - "Rüşvət, korrupsiya vicdan məsələsi deyil..."

    Dövlət Gömrük Komitəsində son günlər aşkarlanan korrupsiya faktları və həbslər bu qurumun indiki strukturda nə dərəcədə effektiv olması mövzusunu yenidən gündəmə gətirib

    Muxalifet2 - 26-12-2025

  19. QAZAXISTAN GÖZLƏNİLƏN HESABATI AÇIQLADI - Azərbaycan təyyarəsinin vurulduğunu təsdiqlədi!

    AZAL-ın sərnişin təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.

    Muxalifet.az xəbər verir ki, bu, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi qəzasını araşdıran komissiyanın aralıq hesabatında yer alıb.

    Muxalifet2 - 26-12-2025

  20. RUSLAN EYYUBOVUN HƏBSİNİN ŞOK DETALLARI – Rəhbərlik etdiyi boya zavodunda sintetik narkotik hazırlanır?

    İki gün əvvəl 6,4 milyon manatdan artıq aksizsiz siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı, “NB” Şirkətlər Qrupunun və “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov saxlanıldı. Dünən isə o, Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindəki malikanə və oradakı limanı ilə gündəmə gəldi.

    Muxalifet2 - 26-12-2025

Pages