Axtarış
The search found 106374 results in 0.041 seconds.
Search results
İranda polisə hücum nəticəsində daha 2 nəfər öldü - 30 NƏFƏR YARALANIB
İranın cənub-qərbindəki Lurdigan və Bəxtiyariyə şəhərlərində etirazçıların təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açması nəticəsində iki nəfər ölüb, daha 30 nəfər yaralanıb.
Bu barədə "Fars News Agency" məlumat yayıb.
Qeyd edilir ki, bir neçə etirazçı odlu silahlardan istifadə edib və etirazın ən qızğın vaxtında onlar polisə atəş açmağa başlayıblar. Məlumata görə, etirazçılar bir neçə inzibati binaya da ziyan vurublar.
İran hakimiyyəti əvvəllər əhalinin etiraz hüququnu tanıdıqlarını bildirsə də, etirazları iğtişaşlardan ayırmağın vacibliyini vurğulayıb.
Muxalifet2 - 7-01-2026
İranda daha bir şəhər etirazçıların ƏLİNƏ KEÇDİ
İranın Nişabur şəhəri etirazçıların əlinə keçib.
Muxalifet.az xəbər verir ki, şəhərdə polis postları yandırılıb. Bundan başqa, Məşhəd şəhərində repressiv qüvvələrlə etirazçılar arasında qarşıdurma yaranıb.
Qeyd edilib ki, Kermanşah əyalətinin Gelanqərb şəhərində hiddətlənmiş insanlar repressiv qüvvələri qovub şəhərdən çıxarıblar.
Etirazlar hazırda da davam edir.
Muxalifet2 - 8-01-2026
Prezident medal verdikdən 2 saat sonra öldü - SEVİNC KƏRİMOVA KİM İDİ?
Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bu gün Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmiş Kərimova Sevinc Kərim qızı vəfat edib.
Muxalifet.az xəbər verir ki, bu barədə sosial şəbəkədə S.Kərimovanın yaxınları məlumat paylaşıblar.
S.Kərimova Prezidentin Sərəncamından bir neçə saat sonra dünyasını dəyişib.
Muxalifet2 - 8-01-2026
YENİ METRO STANSİYASI BU ƏRAZİLƏRDƏ OLACAQ - Xırdalan sakinlərinə şad xəbər / VİDEO
Bakı metrosunda ciddi dəyişikliklər həyata keçirilir.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Azərbaycan Televiziyasının (AzTV) videomaterial hazırlayıb.
Bildirilir ki, hazırda metronun ən zəif inkişaf edən istiqaməti "bənövşəyi" xətdir. Cəmi dörd stansiyası olan bu xətt sərnişin axınının cəmi üç faizini həyata keçirir. Bu səbəbdən metroda inkişaf əsasən "bənövşəyi" xətt üzrə nəzərdə tutulur.
Muxalifet2 - 9-01-2026
PREZİDENT YENİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ - Natiq Həsənov kimdir? + DOSYE / Yenilənib
Həsənov Natiq Namiq oğlu maliyyə nazirinin yeni müavini təyin olunub.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.
O, bu təyinata qədər Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, N.Həsənov 1979-cu ildə anadan olub.
Muxalifet2 - 9-01-2026
TƏBRİZDƏ “FIRTINA ÖNCƏSİ SƏSSİZLİK” – Pezeşkianın çətin imtahanı
İranı bürüyən iqtisadi və siyasi etirazlar dalğası yanvarın 9-da yeni bir mərhələyə qədəm qoyub. Paytaxt Tehran və digər mərkəzi şəhərlərdə toqquşmaların şiddətləndiyi bir vaxtda, Cənubi Azərbaycanın paytaxtı Təbrizdə fərqli və daha dərin bir taktika müşahidə olunur.
Beynəlxalq mənbələr və milli fəalların bəyanatları xəbər verir ki, Güney Azərbaycanda etirazlar artıq "kortəbii aksiya" səviyyəsindən çıxaraq mütəşəkkil hərəkata çevrilir.
Muxalifet2 - 9-01-2026
PİRATLA QAÇAQMALÇININ SAVAŞI... - Putinin “dvijuxası” Trampa niyə sərf edir?
Bəşəriyyət ağlını itirmiş və bir-birinə “pas verən” iki qoca şizofrenikin girovuna çevrilib
Bu başıpozuqların hansısa qərarı hər an bütün planeti alova bürüyə bilər
Muxalifet2 - 9-01-2026
"MedAura" Klinikasında xəstə komaya düşdü - Cərrah və anestezioloqla bağlı cinayət işi açılıb
Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında cinayət işi başlanılıb.
APA-nın əldə etdiyi xəbərə görə, cinayət işi ilə bağlı istintaq aparılıb və istintaq tamamlanaraq məhkəməyə göndərilib.
Muxalifet2 - 9-01-2026
İrandakı etirazlarla bağlı son durum - ÖLÜMCÜL TOQQUŞMALAR GEDİR
İranın iqtisadi böhran səbəbindən başlayan ölkə miqyaslı etirazlar davam edir və getdikcə şiddətlənir.
Xarici media vasitələri xəbər verir ki, dekabrın sonundan başlayan nümayişlərdə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar nəticəsində hüquq müdafiəçilərinin məlumatına görə ən azı 45 nəfər həlak olub, minlərlə insan həbs edilib. Etirazlar Tehranın böyük bazarından başlayaraq bütün ölkəyə yayılıb, mağazalar bağlanıb, ümumi tətilə çağırışlar olunub.
Muxalifet2 - 9-01-2026
Neft 2026-cı ildə 54 dollaradək ucuzlaşacaq – Qiymətlər çökür
Niderlandın ING Group maliyyə qrupu ilə yanaşı, bir sıra beynəlxalq agentliklər Brent neftinin qiyməti üzrə 2026-cı il proqnozunu aşağı salıb və illik orta qiymətin 55-57 ABŞ dolları civarında olacağını gözləyir.
Bu barədə ING, EIA (ABŞ Enerji İnformasiya Administrasiyası) və IEA-nın son hesabatlarında bildirilib.
Muxalifet2 - 9-01-2026
"BU, FƏRQLİ BİR XƏSTƏLİKDİR" - Ceyhun Əsgərov Nəsimi Nəbizadənin qaçmasından danışdı
“Aldığım müalicə davranışla bağlıdır, yəni insanın psixoloji durumu ilə əlaqəlidir. Tibbi və ya bildiyimiz medikamentoz müalicə deyil. Bu, tamamilə fərqli - “12 addım proqramı” üzrə aparılır”.
Muxalifet.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında dörd aydır “Qurtuluş” Reablitasiya Mərkəzində müalicə olunan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov deyib.
O bildirib ki, müalicəsinin bitməyinə az bir vaxt qalıb:
Muxalifet2 - 9-01-2026
Mübariz Mənsimov "çirkli pullar"ın yuyulmasında İTTİHAM OLUNUR - YENİLƏNİB
Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu tərəfindən barəsində istintaq başladılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Stopnarkotik.az xəbər verir ki, o, bu barədə özünü Feysbuk hesabında paylaşım edib.
Muxalifet2 - 9-01-2026
İranda etirazlar qanlı mərhələyə keçdi: ölənlərin sayı 45-ə çatdı
İranda davam edən etiraz aksiyaları nəticəsində həlak olanların sayı 45 nəfərə yüksəlib. Demonstrasiyalar artıq 12 gündür fasiləsiz davam edir və ölkənin bütün 31 vilayətini əhatə edib.
Muxalifet.az xəbər verir ki, toqquşmalar zamanı onlarla insan xəsarət alıb, 2 217 nəfər saxlanılıb. Yaralanmaların böyük hissəsi pelot və plastik güllələrin tətbiqi nəticəsində baş verib.
Muxalifet2 - 9-01-2026
Həbsdə olan partiya sədrinin məhkəməsində QALMAQAL
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Anar Əsədlinin vəkili Zibeydə Sadıqova vəsatətlər verib. O, təqsirləndirilən şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini xahiş edib. Digər vəsatətində isə Anar Əsədlinin şüşə arxasından çıxarılaraq yanında əyləşməsini xahiş edib.
Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib, digər vəsatət təmin edilib.
Muxalifet2 - 9-01-2026
Anar Mehdiyevə cinayət işi açıldı - Yarım milyondan çox yeyinti
"Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri olmuş Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
Muxalifet.az Qafqazinfo.az-a istinadla xəbər verir ki, Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur.
A.Mehdiyev barəsində məhkəməyə qədər - ilkin istintaq müddətdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinin təfərrüatı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib.
Muxalifet2 - 9-01-2026
İranda 25 məscid yandırılıb, 26 bank talan edilib
İran paytaxtında baş verən kütləvi iğtişaşlar şəhər infrastrukturunun əhəmiyyətli dərəcədə dağılmasına səbəb olub.
Bunu Tehran meri Əlirza Zəkani bildirib.
"Bir xəstəxana zərər görüb, iki tibb mərkəzi və 26 bank talan edilib, 25 məscid yandırılıb, hüquq-mühafizə orqanlarının postlarına və Bəsic qərargahına hücum edilib", - o, İranın dövlət televiziyasında bildirib.
Zəkani əlavə edib ki, paytaxtın təcili yardım xidmətləri dağıntıların nəticələrini aradan qaldırır.
Muxalifet2 - 9-01-2026
ABŞ prezidenti öz səhifəsində “Kanal 13”-ün videosunu paylaşdı – FOTO/VİDEO
ABŞ prezidenti Donald Tramp özünün “TRUTH” sosial şəbəkə hesabında Azərbaycanın ən çox baxılan və dünya səviyyəsində izlənilən yeganə ingilisdilli “Yotube” internet telekanalı olan “Kanal 13”-ün videosunu paylaşıb.
Muxalifet2 - 9-01-2026
Xameneinin portreti dövlət binası qarşısında cırıldı - VİDEO
İranda etiraz dalğası getdikcə daha açıq və simvolik xarakter alır.
Muxalifet.az xəbər verir ki, Gilan əyalətində etirazçılar Təhsil İdarəsinin binası önündə İranın ali rəhbəri Əli Xameneinin təsviri olan banneri kütləvi şəkildə cıraraq yerə atıblar.
Muxalifet2 - 9-01-2026
Ramiz Mehdiyev dosyesində azyaşlı qızların oğurlanması epizodu - DTX-ya MÜRACİƏT
Ramiz Mehdiyevin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunması onun adıyla bağlı cinayətlərin də açılacağına ümidlər yaradıb.
Musavat.com xəbər verir ki, belə işlərdən biri 2007-ci ildə Şabran rayonunun Dağbilici kəndində iki azyaşlı qızın, 1 qadının oğurlanması, işdə adı keçən bir nəfərin sirli şəkildə itkin düşməsi, şahidlərdən birinin müəmmalı şəkildə ölməsi və digər xüsusilə ağır cinayətləri əhatə edir.
Hadisənin xronologiyası belədir:
Muxalifet2 - 9-01-2026
İrandakı etirazları yatırmaq üçün SEPAH qüvvələrindən istifadə olunur
İranın Kirmanşah əyalətində və ehtimal ki, digər bölgələrdə etirazları yatırmaq üçün SEPAH-ın quru qüvvələrindən istifadə olunub.
Bu barədə ABŞ-nin Müharibə Tədqiqatları İnstitutunun ("Institute for the Study of War" - ISW) hesabatında üeyd olunub.
Bu, 22 yaşlı gənc Məhsa Əmini ilə bağlı etirazlardan sonra nadir baş verən hadisədir.
Eyni zamanda, insan haqları təşkilatları bəzi təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açmaqdan imtina etdiyini bildirir.
Muxalifet2 - 9-01-2026




















