Saleh Məmmədova villa tikən məmur dövlətin texnikalarını özü üçün işlədirmiş

Baxış sayı:
163

Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA)  aparılan yoxlamalar zamanı keçmiş sədr Saleh Məmmədovun və komandasının yüz milyonlarla talama faktı üzə çıxıb.

Qeyd edək ki, bu yoxlamalar Sahil Babayevin maliyyə naziri təyinatından sonra başlanılıb.

Yoxlamaların nəticəsi olaraq Saleh Məmmədov tutduğu postdan kənarlaşdırılsa da, proseslər onun və komandasındakı əksər şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağını göstərir.

Saleh Məmmədovun bağ evində yol istismar idarələrinin rəisləri ilə topplantı keçirməsi də bu narahatçılığın ifafəsidir.

Bu arada Gununsesi.info–ya “5 saylı Magistral Yolların İstismarı” MMC-nin rəisi olan Arif Abbasov haqqında da məlumatlar daxil olub.

Bildirilir ki, fəaliyyəti yoxlanılan idarələrdən birinin rəisi də məhz Arif Abbasovdur.

İlkin məlumatlara görə, adıçıkilən idarədə 40 nəfərdən çox işçinin adları ştatds getsə dər, onların maaş kartı özlərində deyil:

“Qalan işçilərin əksəriyyəti Salehin villasında, Kür qırağında yerləşən bağlarında, özünə məxsus “Dəli Kür” restoranında və Gəncədə oğlunun adına olan “Minlayıt” şirkətində işlədilir.

Hətta idarənin “Ford” markalı asfalt təmir maşını Gəncədə “Minlayıt” şirkətinin işini görməyə gedərkən yolda aşıb yararsız hala salınıb”.

Bildirilir ki, Kür çayının sahilində Baş nazirin birinci müavini Yaqub Eyyubov və Saleh Məmmədovla qonşu olan Arif Abbasov indiyədəkk adıçəkilən şəxslərlə dostluq münsabətini açıq söyləyib.

Hər iki şəxsin villasının da məhz Arif Abbasov tərəfindən inşa olunduğu deyilir.

“Bütün hər kəsə Yaqub Eyubovun adı ilə hədə-qorxu gəlinir. Özünün əmlakının sayı-hesabı yoxdur. 20-yə yaxın bahalı maşını var ki, əksəriyyəti bronlaşdırılmış maşınlardır” deyə mənbəmiz əlavə edib:

“Həmçinin, idarənin texnikalarının əksəriyyəti müxtəlif şirkətlərdə icarədədir”./Gununsesi.info