Axtarış
The search found 106374 results in 0.032 seconds.
Search results
"Oleq Bakinski"yə Amnistiya aktı şamil olunub - Konstantin Kuçerin işinə baxılacaq
Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinə Amnistiya aktı şamil olunub.
Bu barədə APA-ya açıqlamasında onun vəkili Xeyransa Babayeva məlumat verib.
Məlumata görə, Ədliyyə Nazirliyi Probasiya xidmətinin bununla bağlı təqdimatına Xətai rayon məhkəməsində baxılıb. Məhkəmə onu şərti cəzadan azad edib.
Muxalifet2 - 12-01-2026
“Tarqovu”da məşhur restoranın tavanı uçdu - YARALANAN VAR
Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən “Bonte” restoranının tavanı uçub.
Muxalifet.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində işçilər xəsarət alıb.
Restorana çağırılmış Təcili Tibbi Yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırıb, onların başlarına tikiş qoyulub.
Sayt hadisə ilə bağlı “Bonte”nin sahibi ilə əlaqə saxlaya bilməyib, lakin restoranın administratoru Sani Quliyev faktı təsdiq edib. O bildirib ki, tavanın çökməsi nəticəsində 1 nəfər yaralanıb.
Muxalifet2 - 12-01-2026
1418 BİR-BİRİNDƏN DƏHŞƏTLİ GÜN... – “SVO” 1941-1945 müharibəsini ötüb keçdi: kim qalib, kim məğlubdur?
SSRİ-nin ən məşhur rejissorlarından biri olan Eldar Ryazanov hələ çox illər əvvəl Rusiyanın birinci Prezidenti Boris Yeltsini “o dünyada da bağışlamayacağını” demişdi. Özünə Vladimir Putin kimi varis qoyub getdiyinə görə: "Yeltsinin bir çox hərəkətlərini bəyənirəm. Amma onu belə bir varis qoyduğuna görə o dünyada da bağışlaya bilməyəcəyəm. Elə bir varis ki, tarixin kənara atdığı qorxunc zamanları təmsil edən, arxasında qətlə yetirilmiş, qana bulanmış izdihamları buraxan acgöz, dəhşətli şər qüvvələri yenidən ayağa qaldırdı.
Muxalifet2 - 12-01-2026
Tehran–Vaşinqton gizli xətti açıqlandı: Əraqçi ilə Tramp administrasiyası arasında birbaşa əlaqə var
İranla ABŞ arasında pərdəarxası diplomatik təmasların mövcudluğu rəsmən təsdiqlənib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bağai Tehranın aparıcı diplomatlarından Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi arasında aktiv əlaqə kanalının açıq olduğunu bəyan edib.
Bağainin sözlərinə görə, bu kanal vasitəsilə zərurət yarandıqda tərəflər arasında vacib mesajlar ötürülür. O, açıqlamasında bildirib:
Muxalifet2 - 12-01-2026
PREZİDENT MÜŞAVİRƏ KEÇİRDİ - Çıxışların tam MƏTNİ / FOTOLAR
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.
Müşavirədə dövlət başçısı çıxış edib.
Muxalifet2 - 12-01-2026
“ORDU VƏZİYYƏTİ NƏZƏRDƏN KEÇİRİR” – “İran bunu edərsə, misli görünməmiş zərbə alacaq”
"Öldürülməməli olan insanlar öldürülüb... Əgər onları belə adlandırmaq olarsa, bu "liderlər" zorakılıqla idarə edirlər və biz buna çox ciddi yanaşırıq. Ordu vəziyyəti nəzərdən keçirir və biz bir neçə çox çətin variantı nəzərdən keçiririk".
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O, İran rəhbərliyinin ABŞ ilə danışıqlar istədiyini və "görüşün hazırlıq mərhələsində olduğunu" bildirib. Lakin o, Vaşinqtonun bundan əvvəl "hərəkətə keçməli" olacağını istisna etməyib.
Muxalifet2 - 12-01-2026
Gimnaziya direktoru kabinetində yaralandı- 1000 MANAT CƏRİMƏLƏNDİ
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov kabinetində tavanın uçması nəticəsində xəsarət alıb.
Muxalifet.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə 3 noyabr 2025-ci il tarixində gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində, direktorun iş otağında baş verib.
Nizami Əhmədov otağında olarkən tavan qoparaq üzərinə düşüb. Nəticədə məktəb direktoru baş, boyun və əl nahiyələrindən ciddi xəsarətlər alıb. Eyni zamanda, otaqda olan gimnaziyanın fiziki tərbiyə müəllimi İ.Ə.-də yaralanıb.
Muxalifet2 - 12-01-2026
Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu- FOTO
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev məlumat yayıb.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgəri Ruslan Vaqif oğlu Muradov döyüşdə həlak olub.
1987-ci il təvəllüdlü Ruslan sabah doğulub böyüdüyü Pyatixatsk rayonunun Jovte kəndində dəfn ediləcək.
ukrayna-ordusunda-doyusen-azerbaycanli-helak-oldu
Muxalifet2 - 12-01-2026
Etirazlarda ölənlərin sayı 572 nəfərə çatdı - 10600 NƏFƏR SAXLANILIB
İranda artıq üçüncü həftədir davam edən etirazlar zamanı ölənlərin sayı 572 nəfərə çatıb.
"Sky News" xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən HRANA hüquq müdafiə təşkilatı məlumat yayıb.
Təşkilat həmçinin qeyd edib ki, ölənlərin dəqiq sayı daha yüksək ola bilər.
Ölənlərin 503 nəfəri nümayişçi, 69 nəfəri isə təhlükəsizlik qüvvələrinin nümayəndələridir.
Həmçinin etirazların başlanğıcından bəri 10 600-dən çox insanın saxlanıldığı bildirilib.
Muxalifet2 - 12-01-2026
Fuad Qəhrəmanlı da DTX-ya çağırıldı - "RAMİZ MEHDİYEV İŞİ"
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb.
Bu barədə F.Qəhrəmanlı özü məlumat yayıb.
“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”.
Muxalifet2 - 12-01-2026
Ağ Ev: Tramp İrana hərbi güc tətbiqini istisna etmir
ABŞ Prezidenti Donald Tramp lazım gəldikdə, o cümlədən İranda hərbi metodlardan istifadə etməkdən çəkinmədiyini göstərib.
"Sky News" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib.
"Ola bilsin ki, Prezident Trampın ən güclü tərəfi budur: o, həmişə bütün mümkün variantları hazır saxlayır və hava zərbələri onun nəzərdən keçirdiyi çoxsaylı variantlardan yalnız biridir", – o qeyd edib.
Muxalifet2 - 13-01-2026
Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb
İran hakimiyyəti ölkədə baş verən etirazları etiraf edib və nümayişçilərlə dialoqa başlayıb.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə şəxsən görüşüb.
“Hökumət etirazları qəbul edib və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb. Prezident isə onlarla birbaşa görüşüb”, – deyə nazir qeyd edib.
Muxalifet2 - 13-01-2026
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bakıda fəaliyyət göstərən "Pak Dad" restoranlar şəbəkəsi fəaliyyətini dayandırıb.
Hurriyyet.az "Yeni Sabah"a istinadla xəbər verir ki, iaşə obyektinin Koroğu Rəhimov (Abu Arena), Sarayevo ("Əhmədli" metrostansiyası), M.Qardaşları ("Torqovı"), A.M Şərifzadə küçələri, "Gənclik Mall", "28 Mall", "Park Bulvar" ticarət mərkəzlərindəki filialları xeyli müddətdir bağlıdır.
Restoranların daxil olduğu "Pakdad 2008" MMC ləğv olunub. Şirkətin ləğv edilmə səbəbi məlum deyil.
MMC-nin sahibi Babaşov Şöhrət Adışirin oğlu idi.
Muxalifet2 - 13-01-2026
İran xalqından çağırış: “Trump, help” - FOTO
İranda davam edən kütləvi etirazlar fonunda sosial şəbəkələrdə və aksiyalar zamanı ABŞ prezidenti Donald Trampa ünvanlanan mesajlar yayılmağa başlayıb.
Paylaşılan görüntülərdə etirazçıların “Trump, help” yazıları qaldırdıqları görünür. Bu müraciət İran cəmiyyətinin bir hissəsinin mövcud rejimdən çıxış yolu kimi beynəlxalq dəstəyə ümid etdiyini göstərir.
Qeyd olunur ki, ölkədə ağır iqtisadi vəziyyət, azadlıqların məhdudlaşdırılması və zorakılıq fonunda etirazlar səngimir və artıq açıq siyasi xarakter alıb.
Muxalifet2 - 13-01-2026
Trampdan İranla ticarət edənlərə ZƏRBƏ: Azərbaycan bazarına nə vəd edir?
Artıq xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın qərarına əsasən İranla ticarət aparan bütün ölkələr bundan sonra ABŞ-la ticarətində 25 faiz gömrük rüsumu ödəyəcəklər.
Qərarın icra mexanizmi hələ açıqlanmayıb. Böyük ehtimalla, onu qərar veriləndən sonra İranla ticarəti dayandırmayan ölkələrə qarşı tətbiq edəcəklər.
Muxalifet2 - 13-01-2026
“Ermənistan Ukraynaya canlı qüvvə baxımından köməklik göstərə bilər” - ŞOK İDDİA
Rusiya-Ukrayna müharibəsi artıq klassik hərbi qarşıdurma mərhələsini geridə qoyaraq daha mürəkkəb və çoxşaxəli geosiyasi fazaya qədəm qoyub. Cəbhə xəttində nisbi durğunluq yaransa da, münaqişənin təsir dairəsi genişlənir və bu təsirlər birbaşa postsovet məkanına, xüsusilə də strateji baxımdan həssas olan Cənubi Qafqaza sirayət edir.
Muxalifet2 - 13-01-2026
PƏHLƏVİ QAYIDIR?... – O, bir çox İran müxalifəti və siyasi məhbusları tərəfindən də “xain” adlandırılır
Trampın açıqlamaları ABŞ-nin də Reza Pəhləvini dəstəkləmədiyini göstərir
Prof. Ramazan SİRACOĞLU
Muxalifet2 - 13-01-2026
Mehdiyevin xanımını sabiq nazir əvəzləyəcək – MİSİR MƏRDANOVA YENİ VƏZİFƏ VERİLİR
Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir.
Muxalifet.az xəbər verir ki, o, daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi və hazırda boş qalan Hesablama riyaziyyat kafedrasına rəhbərlik edəcək.Muxalifet2 - 13-01-2026
Adnan Əhmədzadə barəsində növbəti MƏHKƏMƏ QƏRARI
SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Muxalifet2 - 13-01-2026
Ərinin qətlini sifariş verən qadına ağır cəza verildi - MƏHKƏMƏ HÖKMÜ
Ərinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Seyidova 17 il, sifarişlə sözügedən qətli törətməkdə təqsirli bilinən Mehdi Məmmədov 18 il 6 ay, Elvin Əliyev 17 il 6 ay , Bəxtiyar Fərzəliyev 17 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə 2023-cü ilin martında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Muxalifet2 - 13-01-2026




















