Xalq Hərəkatının fəalları Əbülfəz Elçibəyin məzarını ziyarət edib - FOTO

Baxış sayı:
232

Bu gün 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Xalq Hərəkatının fəalları Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edib, abidə önünə çələng qoyublar.

Muxalifet.az xəbər verir ki, Dövlət Himninin oxunuşundan sonra tədbirin təşkilatçısı, Bəhram İsmayıl sərhəd hərəkatının yaranması və Əbülfəz Elçibəyin Bütöv Azərbaycan mübarizəsi haqda qısa məlumat verib.

Daha sonra sərhəd hərəkatının təşkilatçıları və öncülləri Mirhadi Yusifli, Fərəc Ulusoy, Səyavuş Mustafayev, tanınmış jurnalist-bloger Rayət İmaməliyev və başqaları o dövrün hadisələrini yada salıb, xalqın bütövlük hərəkatı və Elçibəyin fəaliyyəti haqqında düşüncəlırini bölüşüblər.

Tədbir xatirə fotolarının çəkilməsi ilə başa catıb.