Axtarış
The search found 106374 results in 0.03 seconds.
Search results
Azərbaycanlı iş adamı Yeni ildə 3 milyard dollara yaxın pul İTİRDİ
Rusiyanın "Lukoyl" şirkətinin sahibi Vahid Ələkbərov üçün 2026-cı il uğursuzluqla başlayıb.
Modern.az xəbər verir ki, 75 yaşlı Azərbaycan əsilli rus iş adamının sərvəti yanvarın 1-dən bəri 2,72 milyard dollar azalıb.
Hazırda "Lukoyl" şirkətinin əsas səhmdarının sərvəti 27,4 milyard dollar təşkil edir.
Muxalifet2 - 3-01-2026
ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - ŞOK AÇIQLAMA
ABŞ qüvvələri Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirib.
Qafqaz.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı böyük bir hücumu uğurla həyata keçirib. Maduro həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılıb. Əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Təfərrüat daha sonra açıqlanacaq. Diqqətinizə görə təşəkkür edirik!", - Tramp bildirib.
Qeyd edək ki, bu gün ABŞ ordusu Venesuelaya zərbələr endirib.
Muxalifet2 - 3-01-2026
MADURO ABŞ-də MÜHAKİMƏ OLUNACAQ - Həbsindən sonrakı ilk görüntüləri yayıldı / FOTO
Maduro ABŞ məhkəməsində cinayət ittihamları ilə mühakimə olunacaq.
Bu barədə senator Mayk Linin Dövlət katibi Rubioya istinadən məlumat verib.
O, əlavə edib ki, ABŞ-ın Venesuelaya qarşı bundan sonra zərbələr endirməyi planlaşdırmır.
Bu arada sosial şəbəkələrdə Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılmasına dair iddia olunan fotoşəkil yayılıb.
Görüntülərdə Maduronun ABŞ xüsusi təyinatlılarının nəzarəti altında olduğu əks olunub.
Qeyd edək ki, Qərb mediasının məlumatına görə, Maduronun yaxın ətrafından biriləri satıb.
Muxalifet2 - 3-01-2026
Maduro tutularkən ABŞ hərbçilərindən bunu xahiş edib... - TƏFƏRRÜAT
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən saxlanılmasının bəzi detalları məlum olub.
Xarici KİV-lər xəbər verir ki, Venesuela prezidenti Maduro və onun xanımı Cilia Flores rəsmi iqamətgahda yox, şəxsi malikanələrindən birində saxlanılıblar.
Mənbənin bildirdiyinə görə, Maduro və həyat yoldaşının paytaxt Karakasdan kənarda yerləşən həmin malikanəndə olmalarını az adam bilirmiş. Prezident və xanımı burada 1 gün qaldıqdan sonra yerlərini dəyişməyi planlaşdırıblarmış. Lakin ani hücum onların bu planını pozub.
Muxalifet2 - 3-01-2026
Ali təhsili olmayan rəqqasə necə rektor oldu?
Azərbaycan təhsil sistemində son illər müşahidə olunan kadr təyinatları artıq tək-tək istisna yox, sistemli problemə çevrilib. Bu problemin ən bariz nümunələrindən biri isə Bakı Xoreoqrafiya Akademiyasında baş verənlərdir. Bakı Xoreoqrafiya Akademiyası sıradan mədəniyyət müəssisəsi deyil. Bu akademiya ölkənin peşəkar xoreoqraflarını, baletmeysterlərini, pedaqoqlarını yetişdirən ali təhsil ocağıdır. Belə bir qurumun tədris prosesinə cavabdeh olan şəxsin elmi-pedaqoji hazırlığı, akademik təcrübəsi, ali təhsili və idarəçilik bacarığı olmalıdır.
Muxalifet2 - 3-01-2026
İranda gərginlik ARTDI - Küçələrdə “Xameneiyə ölüm” şüarları səslənir
İranın bir sıra şəhərlərində yenidən hökumət əleyhinə etiraz aksiyaları keçirilir.
Muxalifet.az xəbər verir ki, aksiyalar Tehran, Şiraz, Kermanşah, Məşhəd və digər yaşayış məntəqələrində qeydə alınıb. Etirazçılar küçələrə çıxaraq nəqliyyatın hərəkətini məhdudlaşdırıb və ölkənin ali rəhbərliyinə qarşı, o cümlədən “Xameneiyə ölüm!” şüarları səsləndiriblər. Bəzi ərazilərdə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verdiyi bildirilir.
Muxalifet2 - 4-01-2026
Tramp Maduroya Türkiyəyə sığınmağı təklif edib - O İSƏ...
ABŞ 2025-ci il dekabrın 23-də Venesuela Prezidenti Nikolas Maduroya ölkəsini tərk edərək Türkiyəyə getməyi təklif edib.
Bu barədə “The New York Times”-a (NYT) adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.
Lakin Venesuela Prezidenti bu planı “qəzəblə rədd edib”. Nikolas Maduronun reaksiyasından aydın olub ki, o, Vaşinqtonun təkliflərini ciddi şəkildə nəzərdən keçirməyi planlaşdırmır.
Muxalifet2 - 4-01-2026
BEYNƏLXALQ NİZAMIN TAM ÇÖKÜŞÜ BAŞLAYIR – Bəşəriyyət üçün təhlükəli və xaotik gələcəyin mesajı verildi
ABŞ-nin Venesueladakı əməliyyatı beynəlxalq hüququn ayaqlar altına atılması, işğal cəhdi və bir millətin ləyaqətinə təcavüzdür!
Trampın Venesuela neftini sataraq ABŞ-nin borclarını ödəyəcəklərini bəyan etməsi kolonial talan niyyətinin etirafıdır
Muxalifet2 - 4-01-2026
"Akkord"un Gürcüstanda tikdiyi körpü çökdü, CİNAYƏT İŞİ AÇILDI
Gürcüstanda Rioni çayı üzərində inşa edilən körpünün uçması ilə bağlı cinayət işi üzrə prokurorluq yeni ittihamlar irəli sürüb. İttiham olunanlar arasında Gürcüstan Avtomobil Yolları Departamenti sədrinin keçmiş müavini Levan Kupataşvili ilə yanaşı, Azərbaycanın “Akkord” tikinti şirkətinin direktoru da var.
Muxalifet2 - 5-01-2026
“Mənim Oğlum Qəhrəmandır!” layihəsi qardaş Türkiyənin efirlərində - VİDEO, FOTO
Muxalifet2 - 5-01-2026
MƏCNUN MƏMMƏDOV İŞDƏN ÇIXARDI... - Qoşqar Təhməzli vəzifə verdi / FOTO
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsi işdən çıxarılıb, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işə düzəlib.
Muxalifet2 - 5-01-2026
DOLLAR 2026-cı İLDƏ NEÇƏ MANAT OLACAQ? - Maliyyə Nazirliyi açıqladı
2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi - manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək.
Bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Belə ki, 2026-cı ildə ÜDM real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM real ifadədə 5 faiz artaraq 101,7 milyard manat təşkil edəcək.
ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 75,8 faizə çatacağı gözlənilir.
Muxalifet2 - 5-01-2026
“TRAMP MADURONU DEVİRMƏKLƏ PUTİNİ ALÇALTDI” – “O, indi regionda zəif Kuba və Nikaraquanın ümidinə qalıb”
Rusiya ABŞ-nin Venesueladakı hərbi əməliyyatını və Nikolas Maduronun devrilməsini sərt şəkildə pisləyib. Kremlin ritorikası onun Maduro rejimi ilə güclü tərəfdaşlığını və Qərbin hərbi müdaxilələrini pisləmək kimi zamanla sınaqdan keçirilmiş modelini əks etdirir.
“The Telegraph”-da dərc edilən yazıda belə deyilir.
"Lakin bu, Moskva üçün başqa bir üzücü həqiqəti də ortaya qoydu. Maduronun şərəfsiz şəkildə süqutu Rusiyanın beynəlxalq nüfuzuna və Latın Amerikasında təsir gücünə alçaldıcı zərbə vurdu", - qəzet yazır.
Muxalifet2 - 5-01-2026
Rusiya ABŞ-ı Nikolas Maduronu azad etməyə çağırıb
"Rusiya ABŞ-ın Venesuelaya qarşı beynəlxalq təcavüz aktını pisləyir".
Rusiya KİV-ləri xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.
Nebenzyanın sözlərinə görə, ABŞ-ın Karakasda etdiklərinə heç cür haqq qazandırmaq mümkün deyil.
O qeyd edib ki, "Rusiya ABŞ-ı Venesuelanın seçilmiş prezidenti Nikolas Maduronu azad etməyə çağırır".
"Rusiya ümid edir ki, Amerikanın bu hərəkətləri digər ölkələr tərəfindən obyektiv qiymətləndiriləcək", - daimi nümayəndə əlavə edib.
Muxalifet2 - 5-01-2026
Rusiya 20 azərbaycanlı miqrantı zorla Ukrayna ilə müharibəyə göndərir
Rusiyada çalışan miqrantların, o cümlədən Azərbaycan vətəndaşlarının zorla Ukrayna ilə davam edən müharibəyə göndərildiyi barədə yeni məlumatlar ortaya çıxıb.
Məlumata görə, son olaraq Azərbaycan vətəndaşı olan 20 nəfər Ukrayna ilə müharibəyə cəlb olunub.
Məlumatda bildirilir ki, 3-4 il əvvəl Rusiyaya tikinti sahəsində işləmək üçün gedən azərbaycanlılardan biri son illər müharibə zonasından kənarda, Donetsk ərazisində müxtəlif obyektlərin tikintisində çalışıb.
Muxalifet2 - 5-01-2026
Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanır
“Mənim iki azyaşlı qızımın qanının batmasına imkan verməyin. Hamı bilir ki, qızlarımın oğurlanması və bu günə qədər cinayətin üstünün açılmaması birbaşa Ramiz Mehdiyevin adı ilə bağlıdır”.
Bu sözləri Musavat.com-a Şabran rayonunun Dağbilici kənd sakini Zamir Məcidov deyib.

Muxalifet2 - 6-01-2026
“SƏRT SSENARİ SEÇİLSƏ REJİM ÖZÜNÜ QORUYA BİLMƏYƏCƏK” – “Moskva regionda öz təsir imkanlarını itirmək istəmir...”
Xaləddin İbrahimli: “Bu cür addımlar digər böyük dövlətlər üçün də analoji davranışlara “yaşıl işıq” yandıra bilər”
“Güney Azərbaycanın etirazlara qoşulmaması daha çox təhlükəsizlik və qorunma instinkti ilə bağlıdır”
Tanınmış azərbaycanlı tarixçi alim, professor Xaləddin İbrahimli dünyada və regionda cərəyan edən hadisələr, onların bölgəmizə mümkün təsirləri ilə bağlı sualları cavablandırıb.
Muxalifet2 - 7-01-2026
Professor oğlunun dələduzluq əməlləri ilə bağlı ŞOK FAKTLAR - Nazirə müraciət / FOTO
Azərbaycan vətəndaşları Bakı şəhəri, R.İsmayılov 11d, blok 3, mənzil 58-də yaşayan Həsənova Vəfa Allahverdi qızı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə 23, mənzil 62-də qeydiyyatda olan Qurbanova Rəqibə Heydər qızı və digər bir qrup şikayətçi tərəfindən Muxalifet.az saytının redaksiyasına məktub daxil olub. Saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçilərin müraciətini olduğu kimi dərc edirik:
“Cənab Nazir!Muxalifet2 - 7-01-2026
NURULLAYEVLƏR DƏ RUSİYA İLƏ BAĞLI İMİŞ - Deputatın qardaşlarının Rusiya macəraları AÇILDI
Beysbol ağacı ilə ölümcül döyülüb, arvadının əmisini həbs etdirib...
Nurullayevləri Jrinovskinin partiyası ilə nə bağlayır?
Araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində bu günlərdə Dubayda oğluna düzənlədiyi dəbdəbəli toy mərasimi ilə gündəmə gələn deputat Razi Nurullayevin qardaşı Hasil Nurullayevlə bağlı maraqlı paylaşım edib.
Muxalifet2 - 7-01-2026
Trampın "Maduro əməliyyatı" mənfi nəticələr verir
Venesuelada rejim dəyişmədi. Diktator Nikolas Maduronun "sağ əli" sayılan Delsi Rodriges artıq prezident kimi xalqa "sədaqət andı" içdi. Onun qardaşı Xorxe Rodriges parlamentin sədri oldu. Venesuelanin bütün dövlət strukturları yenə də Ridrigeslərin və Çaves rejiminin sadiq qulları olan narkobaronların tam nəzarətindədir.
Muxalifet2 - 7-01-2026




















