Axtarış

The search found 106374 results in 0.034 seconds.

Search results

  1. İran rejimi etirazçıları “terrorçu” elan etdi - Və ölüm hökmü ilə hədələdi

    İranda etirazlar artdıqca, Tehran rejiminin hədələri və qəddarlığı da artır.

    Belə ki, İran Dövlət Televiziyasında çıxış edən Tehran prokuroru Əli Salehi etirazçıları "terrorçu" adlandıraraq, onları ölüm cəzası ilə hədələyib.

    Muxalifet2 - 10-01-2026

  2. Anar Mehdiyev buna görə azadlıqda imiş - Ağır cinayətlərdə ittiham olunur / YENİLƏNİB

    “Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar daha bir detal məlum olub.

    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yarım milyondan çox yeyinti faktı üzrə ittiham edilən Anar Mehdiyev və digərləri vurulmuş ziyanı tam ödəyiblər.

    Muxalifet2 - 10-01-2026

  3. "Xamenei Rusiyaya qaçsa, mən başıma daş salaram” - ZƏRDÜŞT ƏLİZADƏ

    Zərdüşt Əlizadə: “Azərbayan daxilində Rusiyanın təsir göstərə biləcəyi real qüvvə qalmayıb”

    Politoloq Zərdüşt Əlizadə “AzPolitika”ya geniş müsahibəsində dünyada və regionda baş verən olayları təhlil edib. ABŞ-nin Venesuela Prezidenti Maduronu oğurlamasının qlobal siyasətə təsiri, Rusiya və Çinin atacağı addımlar, eləcə də İranda baş verən inqilabi proseslərin perspektivi haqda fikirlərini bölüşüb.

    Müsahibəni təqdim edirik:

    Muxalifet2 - 10-01-2026

  4. İRAN PARÇALANA BİLƏRMI? - “Azərbaycan və Türkiyə birgə baxış formalaşdırmalıdır”

    “Nə Avropa, nə də ABŞ İranın parçalanmasını istəmir...”

    Hazırda İranda baş verənlərin hansı məcraya yönələcəyi və nə ilə nəticələnəcəyinə dair müxtəlif ehtimallar olsa da, kənar oyunçuların, xüsusilə də qlobal güclərin maraqları yaşananlara həlledici təsir göstərə bilər. Əgər bu qüvvələrin marağında olsa, hətta prosesin İranın parçalanmasına belə gətirib çıxaracağını istisna etmək olmaz.

    Muxalifet2 - 10-01-2026

  5. Qorunan və qorunmayan ləyaqət!

    Azərbaycanın ideoloji cəbhəsi 34 ildir “AzTV-nin şineli”ndən çıxan bir çox acgözlərin, qarınquluların şıltaqlarından əziyyət çəkir, inildəyir.

    Muxalifet2 - 11-01-2026

  6. ANAMA-nın axtarışa cəlb etdiyi QHT əməkdaşı minaya düşdü, AYAĞI AMPUTASİYA OLUNDU

    Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

    Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

    Qeyd olunub ki, partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində sağ baldırın yuxarı 1/3 səviyyəsində amputasiyası əməliyyatı icra olunub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

    Xatırladaq ki, hadisə işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib.

    Muxalifet2 - 11-01-2026

  7. İran rejimi etirazları güc yolu ilə yatıracağını açıqladı

    İran polisinin rəhbəri Əhməd Radan etirazların qarşısının alınmasına güc tətbiqinin artırılmasını təsdiqləyib.

    "Azadlıq" radiosunun "Radio Fərda" xidməti yazır ki, Radan etirazlarda ölənlərin əksəriyyətinin soyuq silah və ya bıçaq yarasından öldüyünü bildirib. O bunun təhlükəsizlik qüvvələrinin qətllərdə əlinin olmamasına sübut olduğunu iddia edib.

    Muxalifet2 - 11-01-2026

  8. "ETİRAZ EDƏN BÜTÜN TƏRƏFLƏRLƏ GÖRÜŞƏ HAZIRIQ" - İran prezidenti

    “İran xalqı iğtişaşlarla razılaşmadığını ifadə etmək üçün küçələrə çıxmalıdır”.

    İran prezidenti Məsud Pezeşkianın bu sözlərini Al Mayadeen telekanalı yayıb.

    İran prezidenti xalqa televiziya müraciətində bildirib:

    “İran xalqını meydanlara çıxmağa, mövqeyini ifadə etməyə və iğtişaşların onun tələblərini təhrif etməsinə imkan verməməyə çağırırıq”, – deyə prezident bildirib. O vurğulayıb ki, “İran cəmiyyəti məscidləri yandıranları qəbul etmir”.

    Muxalifet2 - 11-01-2026

  9. MOLLA REJİMİ ETİRAZLARI "BOĞUR" - Aksiyaçılar kütləvi şəkildə həbs olunur

    İran polisi Lorestan əyalətində 100-dən çox etirazçını saxlayıb.

    Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

    "Son günlər əyalətin müxtəlif şəhərlərində 100-dən çox etirazçı və sabitliyi pozan şəxs müəyyən edilərək saxlanılıb", - Televiziyanın "Telegram" kanalında paylaşılan məlumatda deyilir.

    Bundan əvvəl "Tasnim" agentliyi öz mənbələrinə istinadən xəbər vermişdi ki, İranın güc strukturları kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunan silahlı qruplaşmaların ən azı 200 rəhbərini həbs edib.

    Muxalifet2 - 11-01-2026

  10. "İRANDAN ZƏNG GƏLDİ, DANIŞIQ İSTƏYİR" – Tramp isə güc variantını nəzərdən keçirir

    ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq üçün İran nümayəndələri ilə görüş keçirməyə hazır olduğunu bildirib.

    Bu barədə Tramp jurnalistlərə açıqlamasında məlumat verib.

    O qeyd edib ki, yanvarın 10-da İran tərəfindən "nüvə məsələləri" ilə bağlı telefon əlaqəsi qurulub və danışıqlar təşkil olunması istiqamətində addımlar atılır. "Onlar danışıqlar istəyirlər. Görüş təşkil olunmaq üzrədir, amma baş verənlərə görə görüşdən əvvəl hərəkətə keçmək lazım gələ bilər" – deyə Tramp vurğulayıb.

    Muxalifet2 - 12-01-2026

  11. İrandakı etirazlarda ölənlərin sayı 544 nəfərə çatıb

    İranda ümummilli etirazlar zamanı ən azı 544 nəfərin həlak olduğu təsdiqlənib.

    Bu barədə "Report" HRANA informasiya agentliyinə istinadən xəbər verir.

    Təqdim olunan məlumatlara əsasən, onlarla güman edilən qurbanlarla bağlı işlər hələ də araşdırma mərhələsindədir. Bundan əlavə, on mindən çox insan həbsdən sonra həbsxanalara köçürülüb.

    Etiraz aksiyaları ölkənin 31 vilayətində 186 şəhərin 585 yaşayış məntəqəsini əhatə edib.

    Muxalifet2 - 12-01-2026

  12. ​ƏMƏLİYYAT: 49 nəfər saxlanıldı, 16,2 kq narkotik, 333 ədəd həb ələ keçirildi

    Yanvarın 10-da və 11-də ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 72 fakt müəyyən edilib.

    Muxalifet2 - 12-01-2026

  13. “KÖKƏ TÜKƏNİB, QAMÇI VAXTIDIR...” - “Putinlə “iki addım irəli, bir addım geri” taktikası Trampı yorub”

    Donald Tramp Vladimir Putindən getdikcə daha çox məyus olduqdan və onu Ukraynadakı müharibənin bitməsinə əsas maneə kimi gördükdən sonra Rusiya neft tankerlərini ələ keçirmək qərarına gəlib. Eləcə də "sarsıdıcı sanksiyalar"a dair qanun layihəsinin qəbul edilməsini təsdiqləyib.

    Bu barədə "The Telegraph" qəzeti Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.

    Muxalifet2 - 12-01-2026

  14. İRAN ÜZƏRİNDƏ QLOBAL FIRTINA: ABŞ–ÇİN SAVAŞI BAŞLAYIR... - Ağ Ev niyə Türk gücünə möhtacdır?

    Çinə qarşı böyük qarşıdurmada Ağ Evin “stavka” edə biləcəyi əsas güc mərkəzi Türkiyə və bütövlükdə türk dünyasıdır 

    Muxalifet2 - 12-01-2026

  15. MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

    Azərbaycanda dövlət qeydiyyatına alınan siyasi partiyaların 2025-ci il üzrə maliyyə hesabatlarının qəbul olunmasına başlanılıb.

    Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

    Qeyd edilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, artıq yanvarın əvvəlindən bu prosesə start verilib. Siyasi partiyalar ötən il üzrə maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.

    Qanunvericiliyə əsasən siyasi partiyaların maliyyə hesabatları MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilir.

    Muxalifet2 - 12-01-2026

  16. Qrenlandiya Ukrayna razılaşmasının “girovu”na çevrilir – Avropa İttifaqı ABŞ ilə sövdələşməyə gedir?

    Avropa ölkələrinin ABŞ-nin Qrenlandiyada rolunun genişlənməsini dəstəkləməsi Ukrayna ilə bağlı mümkün razılaşmalar paketinin bir hissəsinə çevrilə bilər.

    Bu barədə “Politico” nəşri Avropa diplomatik mənbəsinə istinadən məlumat yayıb.

    Muxalifet2 - 12-01-2026

  17. İRANDAKI BÖHRAN: Türkiyə və Azərbaycanın mövqeyi üst-üstə düşür – “Birgə hərbi təlimlər başlaya bilər...”

    İranda davam edən etirazlar ölkədə uzun müddətdir formalaşan sistemli böhranın açıq təzahürüdür. Politoloq Fərhad Məmmədovun fikrincə, hazırkı vəziyyət klassik sosial və ya siyasi narazılıqlardan fərqli olaraq, rejimin mövcudluğu məsələsini ön plana çıxaran ekzistensial qarşıdurma mərhələsinə keçib.

    Muxalifet2 - 12-01-2026

  18. Hacı Seyfəlin daş karxanasında müəmmalı şəkildə ölən fəhlənin videosu yayılıb

    Xəzər rayonunun Türkan qəsəbəsində Hacı Seyfələ məxsus daş karxanasında meyiti aşkarlanan Kamal Vahid oğlu Atakişiyevin ölümündən öncə çəkilmiş videosu yayılıb. Həmin videoda Kamal Atakişiyev karxanada yük maşınına daş yükləyir.

    Muxalifet2 - 12-01-2026

  19. Rusiya nəşri Azərbaycanı hədəf aldı: “İrana raket zərbəsi vura bilər...”

    “Orta Asiya, İranda iqtisadi böhran fonunda ötən ilin sonlarında başlayan kütləvi etirazların nəticəsini həyəcanla gözləyir. Aparıcı Avropa gücləri etirazçılara qarşı zorakılığın tətbiqini artıq pisləsələr də, regional liderlər rəsmi qiymətləndirmələr aparmaqdan çəkinirlər. Düşənbə, Astana, Aşqabad, Daşkənd və Bişkek İrandakı qeyri-sabitliyin qonşu ölkələrə təsirindən narahatdırlar”.

    Muxalifet2 - 12-01-2026

  20. “Azərbaycan dövlətinin İrana silahlı qüvvələr yeritmək hüququ var” - PƏNAH HÜSEYN

    Azərbaycan Xalq Partiyasının qurucusu, sabiq baş nazir Pənah Hüseyn İrandakı proseslər barədə Musavat.com-un suallarını cavablandırıb. Muxalifet.az müsahibəni təqdim edir:

    - Pənah bəy, İranda 15 gündən artıqdır davam edən etirazların, prosesin adı inqilabdır, yoxsa sadəcə sosial etirazlar?

    Muxalifet2 - 12-01-2026

Pages