Axtarış

The search found 105705 results in 0.01 seconds.

Search results

  1. Məmurlar dövlət əmlakını bölüşdürür...

    İqtisadi böhranın yeni dalğası haqqında danışan maliyyə naziri Samir Şərifov, bu böhranı 2008-2009-cu illə əlaqələndirməyə çalışıb. Daha sonra vurğulayıb ki, əvvəllər neftin qiyməti 130-140 dollara idisə, indi 4 dəfə aşağı düşüb. Bu səbəbdən, S.Şərifov valyuta gəlirlərimizin bu qiymətə uyğun olaraq azaldığını qeyd edib: “Tədiyyə balansı bizdə həmişə müsbət olub. Yəni Azərbaycana daha çox valyuta daxil olurdu, nəinki ölkədən çıxarılırdı. Hazırda, əfsuslar olsun ki, vəziyyət mənfiyə doğru dəyişməyə başlayıb. Bu da təbiidir”.

    Muxalifet - 14-02-2016

  2. Azərbaycanda böyük üsyan gözlənilir

    Ölkəmizdə “əsl tufan” çox yaxında başlaya bilər
     

    Muxalifet - 17-01-2016

  3. ​Çavuşoğlu rusiyalı pilotun həyat yoldaşından üzr istəməyə hazırdır

    Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın “Su-24” hərbi təyyarəsinin ölən pilotunun həyat yoldaşından üzr istəməyə hazır olduğunu bildirib.
    M. Çavuşoğlu bunu Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
    “Rusiya xarici işlər naziri Sergey Lavrova da demişəm ki, əgər ölən rusiyalı pilotun xanımı razılıq versə, üzr istəmək və başsağlığı vermək üçün ona baş çəkmək istərdim”, - deyə o vurğulayıb.

    Muxalifet - 2-11-2016

  4. ​"Moskva və Vaşinqton bütün hallarda razılığa gəlməlidir" - LAVROV

    "Moskva ilə Vaşinqton bütün hallarda razılığa gəlməlidirlər. Bu, nə qədər tez baş versə, o qədər yaxşı olar”.
    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, iki ölkə arasında münasibətlərdəki problemlər çoxdan, Ukrayna hadisələrindən çox əvvəl yığılıb: “Bu problemlər o zaman başladı ki, onlar bizim beynəlxalq problemlərin müzakirəsində geriyə addım atmayacağımızı gördülər. Onlar gördülər ki, Rusiya prezidenti Vladimir Putin xarici siyasətimizin müstəqilliyini bərpa edir”.

    Muxalifet - 2-11-2016

  5. ​Akif Çovdarovun sahibkarın əmlakını ələ keçirməsi haqda SENSASİON FAKTLAR

    Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Nəzarət Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun cinayət işi üzrə bəzi detallar məlum olub.

    Muxalifet - 2-11-2016

  6. ​Xamenei İranla ABŞ-ın yaxınlaşması barədə

    “ABŞ-la yaxınlaşmaq İranın problemlərini həll etməyəcək”. TASS xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei noyabrın 2-də ölkənin tələbə cəmiyyətlərinin təmsilçiləri ilə görüşdə bildirib.
    “ABŞ-la yaxınlaşmanın İranın problemlərini həll edəcəyini deyənlər çox böyük səhvə yol verirlər. Bunu təsdiq etmək üçün onlarla fakt sadalamaq olar. Bu, yalnız mənin qənaətim deyil. Atom problemi ilə bağlı danışıqlarda iştirak edən nümayəndələrimiz də hesab edirlər ki, amerikalılar öz vədlərini yerinə yetirməyən yalançılardır”, - deyə o söyləyib.
     

    Muxalifet - 2-11-2016

  7. “Akkord” dövləti saymır, vətəndaşı isə əzir - ŞİKAYƏT

    Xalidə Adıgözəlovanın dövlətə olan inamı sarsılır

    Muxalifet - 3-11-2016

  8. ​Keçmiş MTN rəhbərinin qardaşının məhkəməsi başladı

    Naxçıvan Şəhər Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun qardaşı Əli Ələsgərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, işin məhkəmə baxışına verilməsinə qərar verilib. Məhkəmə baxışının vaxtı barədə tərəflərə məlumat veriləcəyi bildirilib. Qeyd edək ki, Əli Ələsgərov vergi borcuna görə həbs edilib. V. Ələsgərov isə Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə14 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 3-11-2016

  9. ​Həbsdəki jurnalistin ailəsi İran səfirliyinə sığındı

    Hazırda həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu ilə bağlı qalmaqal yaranıb. Jurnalistin vəkilli Elçin Sadıqov təhdid edildiyi barədə xəbər yayıb.

    Muxalifet - 3-11-2016

  10. Azərbaycanda qadın olmaq...

    Azərbaycanda qadınlara qarşı törədilən silsilə cinayətlərin ardı-arası kəsilmir. Bütün bunlat müxtəlif tərzlərdə özünü biruzə verən xaosun ilkin əlamətləridir. Məsələyə bədii üsulla deyil, daha real aspektdən baxaq və aşağıda qeyd etdiyim müəmmalı suallara birlikdə cavab axtaraq...
    Problem nədən qaynaqlanır və fəsadları nə ola bilər? Müxtəlif don geyindirilərək, törədilmiş qətllər nədən xəbər verir? Hadisəni törətmiş şəxslərin həbs edilməsi ilə doğurdanmı əsl cinayətkarlar cəzasını alır? Bizləri uçuruma aparan yalnış təfəkkür qismətimizə daha hansı mənfilikləri gətirə bilər?

    Muxalifet - 14-06-2016

  11. UDUZAN GÜRCÜSTAN - Tapdıq Yolçu Gürcüstandan yazır

    Onlar – iqtidarda olan gürcü məmurları elə zənn etdilər ki, bu seçkidə də qalib gəldilər və daha 4 il yerləri rahat, işləri rəvan olacaqdır...

    Muxalifet - 4-11-2016

  12. ​“AzGerneft” 2 mindən çox “kupça”lı evə hücum çəkdi

    Bakı şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2000-ci il tarixli, 134 saylı sərəncamına görə, Bakı-Aeroport yolunun sol tərəfində yerləşən Hövsan Aerasiya stansiyasına məxsus olan lil meydançası bölünüb. Bu bölgüyə əsasən, 10 hektar torpaq sahəsi “Bakıkanalizasiya” İstehsalat Birliyinə Hövsan Aerasiya stansiyasının lil meydançasının təşkili üçün saxlanılıb. Yerdə qalan 37,5 hektar sahə isə paytaxtın başqa rayonlarından mənzil növbəsində olan vətəndaşlara fərdi ev tikilməsi üçün paylanmalıdır. Bu sahə Suraxanı rayon İcra Hakimiyyətinə təhkim olunub.

    Muxalifet - 5-11-2016

  13. ​“Hər şeyi Akif Çovdarovun əmrinə əsasən etmişik” – KEÇMİŞ MTN POLKOVNİKİ

    Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin işi üzrə təqsirləndirilən şəxslərdən olan Səlim Məmmədovun ibtidai istintaqa verdiyi ifadələr məlum olub.

    Muxalifet - 5-11-2016

  14. Gülnarənin 850 milyon dollarının taleyi: ABŞ qaytarmaq istəmir...

    ABŞ məhkəməsi mərhum eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın 850 milyon dolların taleyini məhkəməsiz çözmək üçün Amerika və Özbəkistan vəkillərinə daha 3 ay vaxt verib.
    Bu vəsait  Gülnarə Kərimovaya bağlı ofşor firmalara məxsus olub və korrupsiya şübhəsi üzrə araşdırmalar nəticəsində Qərb banklarında dondurulub. Söhbət “TeliaSonera”nın Özbəkistan bazarına girmək üçün G.Kərimovaya yüz milyonlarla dollar rüşvət verməsi işi üzrə aparılan təhqiqatdan gedir.

    Muxalifet - 5-11-2016

  15. Sabiq nazirdən Mikayıl Cabbarova sərt ittihamlar

    YAP-ın qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyev modern.az-a müsahibə verib.
    O, ölkədə təhsilin vəziyyəti haqqında şok açıqlamalarla çıxış edib. Əli Nağıyev bildirib ki, Azərbaycanda təhsil yarımcan vəziyyətdədir: “Bir var görkəm, bir də var məna… Təbii ki, təhsildə görkəmlə çox şey dəyişib.

    Muxalifet - 6-11-2016

  16. Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rakkaya hücum başlayıb

    Suriyada İŞİD terror təşkilatının əsas mərkəzi sayılan Rakka şəhərinin azad edilməsi əməliyyatı başlayıb.
    APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Suriya Demokratik Güclərinin (SDG) həyata keçirəcəyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya hava dəstəyi verəcək.
    Suriya Demokratik Güclərinin özəyini PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edir. Əməliyyata 30 min SDG silahlısının qatılacağı açıqlanıb.
    Qeyd edək ki, hazırda İraqda İŞİD-in əsas mərkəzi sayılan Mosulun azad edilməsi əməliyyatı aparılır.
     

    Muxalifet - 6-11-2016

  17. ​Klinton məğlubiyyətini etiraf etdi - TRAMPI TƏBRİK ETDİ

    Hillari Klinton rəqibi Donald Trampa zəng edərək məğlubiyyətini etiraf edib.
    Bu barədə CNN agentliyi məlumat yayıb.
    Qeyd edək ki, Respublikaçılar Partiyasının namizədi Donald Trampın namizədliyini 274 nümayəndə dəstəkləyib. Qələbə üçün 270 nümayəndənin səsi kifayətdir.
    Onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə 215 nümayəndənin səsini qazanıb.
    RAMİN

    Muxalifet - 9-11-2016

  18. ​Saakaşvili ABŞ prezidenti Tramp barədə: “Biz dostuq”

    Odessa qubernatoru vəzifəsindən istefa vermiş Mixail Saakaşvili yeni ABŞ prezidenti Donald Trampın prezident seçkilərindəki qələbəsini şərh edib.
    Virtualaz.org xəbər verir ki. özünün “Facebook” səhifəsində Saakaşvili Trampla birgə fotoşəklini yerləşdirərək yazıb:
    “Onunla 20 ildən artıqdır ki, dostam. Bunu ehtiyatla öncədən deyirdim. Gözlənilməz siyasəti olan güclü şəxsiyyətdir. Biz ehtiyatlı olmalı və əvvəlkindən daha çox təşkilatlanmalıyıq”.
    Xatırladaq ki, ABŞ-da keçirilmiş prezident seçkilərində respublikaçı Donald Tramp qalib gəlib.

    Muxalifet - 9-11-2016

  19. ​Vladimir Jirinovski: “İndi Hillari nənə dincələ bilər”

    Rusiya Liveral-Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələrini şərh edib.
    Virtualaz.org xəbər verir ki, Jirinovskinin fikrincə, seçkilərdə ən yaxşı namizəd qələbə qazanıb və onun Rusiyaya mühaeibə elan etmək fikri yoxdur, çünki amerikalılar sakit həyat istəyirlər.
    “Amerika Trampa ona görə səs verdi ki, dünyada vəziyyət çox mürəkkəbdir, Hillari müharibə istəyirdi, onun üçün Rusiya əsas rəqib idi. Əlbəttə, amerikalıların əksəriyyəti rahat həyat arzulayır”, - Jirinovski deyib.

    Muxalifet - 9-11-2016

  20. ​Araşdırmaçı jurnalist təzyiqlərə məruz qaldı

    Azərbaycanda daha bir araşdırmaçı jurnalist təzyiqlərə məruz qalıb. Belə ki, bu dəfə qurban Muxalifet.az saytının əməkdaşı Dadaşova Camal Ramazan qızıdır.
    Qeyd edək ki, xanım jurnalist hakim ailənin gizlin qalan, xalqın pulu ilə əldə etdikləri şirkətlərini aşkara çıxartdığına görə hədə-qorxulara məruz qalır, şantaj edilirdi. Bir neçə dəfə geri çəkilməsi üçün naməlum şəxslər onu izləyərək döyməyə cəhd ediblər, lakin ətrafdakı insanların köməyi ilə jurnalist onların əlindən xilas ola bilib.

    Muxalifet - 29-07-2016

Pages