Axtarış
The search found 105705 results in 0.007 seconds.
Search results
14 min dollar qarşılığında İŞİD-ə qoşulmaq təklifi – BAKIDA
Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasıan qoşulmaq təklif olunub.
Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib.
O.Əhmədov təklifdən imtina edib və dərhal Daxili İşlər Nazirliyinin (DİN) "102" zəng mərkəzinə məlumat verib.Muxalifet - 4-01-2017
Arvadı terrorçunun əsl adını açıqlamır – KOD ADI E.M.H
Xəbər verdiyimiz kimi, İstanbul şəhərinin Ortaköy rayonunda yerləşən “Reina” gecə klubunda terror törədən şəxsin ailəsi polis tərəfindən saxlanılıb.
Türkiyə KİV-İ xəbər verir ki, nəzarətdə olan terrorçunun həyat yoldaşı isə onun adını açıqlamaq istəməyib.
Polislərin təkidinə baxmayaraq saxta pasportla Türkiyəyə gələn qadın məlumat verməkdən imtina edir. O, israrla həyat yoldaşından xəbərsiz olduğunu söyləyir.
Polis yalnız faciəni törədən şəxsin E.M.H kod adının olduğunu müəyyənləşdirə bilib(qafqazinfo).Muxalifet - 4-01-2017
“Eldar Mahmudovla mən hər şeyi bilirik, amma...“
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının agentlərin mükafatlandırılması adı ilə dövlət büdcəsindən 1 milyon manat mənimsəmələri epizodu üzrə dindirilən zabitlər nazir Eldar Mahmudovun adını çəkib.
“Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, baş idarənin 1-ci idarəsinin 3-cü şöbəsinin sabiq rəisi, hazırda həbsdə olan Natiq Alıyevin general Sübahir Qurbanovun verdiyi vəkalətnamələr əsasında Maliyyə İdarəsinin kassasından ümumilikdə 600.000 manat götürdüyü müəyyən olunub.Muxalifet - 4-01-2017
Tramp “Reina” faciəsindən danışdı - “Bu, bir qorxu nümayişidir”
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Türkiyədə baş verən terror hadisəsindən danışıb.
“Hürriyet” qəzeti xəbər verir ki, prezident Florida ştatındakı Mar-a-Lago malikanəsində verdiyi Yeni il şənliyində çıxış edib.
Tramp 800 qonağın qatıldığı gecədə “Reina”dakı qanlı faciəylə bağlı fikir bildirib.
O, qaçqınların ABŞ-a girməsinin qarşısını almaq üçün Meksika sərhədinə divar hördürəcəyindən söyləyib, daha sonra terrorla bağlı şərh verib:Muxalifet - 4-01-2017
Britaniya mətbuatı: Türkiyə Trampa “kürd şərti” qoyur
Türkiyə ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığın şərtlərini səsləndirib və Donald Trampdan Amerikanın Suriya kürdlərinin silahlandırmasının dayadırılmasını gözlədiyini bildirib.
"The Guardian" yazır ki, Vashington Suriya kürdlərini dəstəkləsə də, onların silahlandırılması barədə iddiaları təkzib edir.
"Birləşmiş Ştatlar imkan verməməlidir ki, hansısa bir terrorçu təşkilat bizim strateji partnyorluğumuza kölgə salsın" - deyib Türkiyənin baş naziri Binali Yıldırım parlament qarşısındakı çıxışında.Muxalifet - 4-01-2017
“Ən böyük zərurət Konstitusiyaya dəyişikliklərdir” - BİNALİ YILDIRIM
"Türkiyə Konstitusiyasına dəyişikliklər edilməsi məsələsi hələ də gündəmdədir". "TRT Haber" xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım deyib.
Muxalifet - 4-01-2017
Məmurlara mağazalarda növbəyə durmaq qadağan olundu
Ağır iqtisadi böhran vəziyyətinə düşmüş Türkmənistanda hökumət məmurlara ciddi tapşırıq verib ki, ölkənin “çiçəklənməsi”ni imitasiya etsinlər. Məsələn, hər hansı mağazada çətin tapılan məhsula görə növbədə durmaq olmaz. Buna görə məmurları işdən azad olunmağa qədər cəzalandıra bilərlər.
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, son günlər ABŞ dollarının “qara bazar”dakı məzənnəsi xeyli yüksəlib. Əgər oktyabr ayında 1 dolları 4,60 Türkmənistan manatına almaq mümkün idisə, indi qiymət az qala 10 manata çatır.Muxalifet - 4-01-2017
Vitse-prezident Cozef Bayden: “Donald , artıq böyümək vaxtıdır...”
ABŞ-ın vitse-prezidenti Cozef Bayden yeni seçilmiş prezident Donald Trampın kəşfiyyat agentliklərinə hücumlarını tənqid edib və onun böyüməli olduğunu deyib. «PBSnews»a müsahibəsində Bayden D.Trampın kəşfiyyat barədə Twitter-də yazdıqlarını şərh edərkən belə deyib: «Böyümək vaxtıdır, Donald, bir az böyüyün. Yetkin adam olmağın vaxtı çatıb. Siz artıq prezidentsiniz. Hərəkət etmək vaxtıdır. Nəyə qadir olduğunuzu göstərin».
Muxalifet - 6-01-2017
Kreditlə aldığı fotoaparatın pulunu verə bilməyən fotoqraf intihara cəhd edib
Bakıda intihara cəhd olub.
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb. Valideynləri tərəfindən dərhal xilas edilən N.Müslümov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normal qiymətləndirilir.
Məlumata görə, N.Müslümov şadlıq evlərindən birində fotoqraf kimi çalışır. Bir müddət əvvəl o, kreditə bahalı fotoaparat götürüb. Lakin krediti ödəyə bilmədiyi üçün özünə qəsdə əl atıb. Faktla bağlı araşdırma aparılır. (APA)Muxalifet - 6-01-2017
Donald Tramp ABŞ-ın bütün səfirlərini geri çağırır
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid qərargahı yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər ABŞ-ın xarici ölkələrdəki bütün səfirlərinin geri çağrılması barədə sərəncam imzalayıb. Bu barədə "New York Times"a istinadən xəbər verir.
Nəşr qeyd edib ki, bu, diplomatlara ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilmədiyi ilk haldır.Muxalifet - 6-01-2017
"Bu iqtidar insani dəyərləri beyinlərdən silib"
Sərdar Cəlaloğlu: “Tezliklə xalq başa düşəcək ki, artıq bu iqtidarı dəstəkləməyə ehtiyac yoxdur”
“Xalq müxalifətə heç nə vermədən hər şey almaq istəyir”
“Bir tövlədə yaşamağa mənəvi haqqı olmayanlar indi saraylarda, villalarda yaşayırlar”
Muxalifet - 6-01-2017
“Trampın dövlət katibi vəzifəsinə seçimini bəyənirəm” – CİA-nın SABİQ DİREKTORU
ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) sabiq derektoru və Amerikanın Əfqanıstandakı qüvvələrinin keçmiş komandiri Devid Petreas “Amerikanın Səsi”nə Donald Trampın administrasiyasında nə kimi rol oynaya biləcəyini bilmədiyini deyib. Baxmayaraq ki, o, dövlət katibi vəzifəsi üçün nəzərdən keçirilirdi.
Petreas Trampın Tillersonu bu vəzifəyə nominasiya etməzdən öncə onunla yaxşı söhbət apardığını bildirib. Onlar Trampın seçkiqabağı kampaniyaları zamanı qaldırdığı məsələləri müzakirə edib.
Petreas danışıqları konstruktiv, müsbət və stimullaşdırıcı adlandırıb.Muxalifet - 7-01-2017
Pul verə bilməyən sahibkar MTN əməkdaşlarının evlərini təmir etdi – “MTN İŞİ”
“200 min manat gətirəcəyim təqdirdə azadlığa buraxılacağmı dedi. Məbləği eşidincə gülmək tutdu, o qədər pulum olmadığını, cəmi 3 min manat verə biləcəyimi söylədim. MTN əməkdaşı isə nazirlikdə alınan məbləğin 50 min manatdan başlandığını bildirdi”.
Bunu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin baş idarənin sabiq rəis müavini Fizuli Əliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan sahibkar Sabir Fərzəliyev deyib.Muxalifet - 7-01-2017
“PREZİDENTİN KÖMƏKÇİSİ QOHUMUNU TUTDURUR” – “Öz qızını “sudan quru çıxarmaq” üçün…”
Vəkil Adəm Məmmədov prezidentin sabiq köməkçisi, hazırda Prezident Administrasiyasında yüksək vəzifə tutan Tariyel Ağayev haqda maraqlı açıqlamalar verəcəyini anons edib. Bu haqda vəkil “Facebook”da yazıb:
Muxalifet - 7-01-2017
Misir Mərdanovun xalası oğlunu da tutublar: “Seçkiqabağı silahlı qiyam hazırlayırsan!”
Xəbər verildiyi kimi ləğv edilmiş MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkjar qruplaşmanın daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib. Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev, Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və digərləri daxildir.
Muxalifet - 8-01-2017
“Məni Hacıbala Abutalıbov saxlayır” deyən Elviranı və bara qaçan arvadını qana boyadı
Bakıda sevdiyi qadını qanına qəltan edən şəxs məhkəmədə şok açıqlamalar verib. O, iki uşağının anası olan arvadının rəfiqəsi tərəfindən yoldan çıxarıldığını, barlarda, kafelərdə işləməyə başladığını deyib.
Nə olursa olsun sevdiyi qadını bağışlamağa hazır olduğunu deyən 36 yaşlı Zahid Əliyev 8 illik həyat yoldaşından sonuncu dəfə rədd cavabı alanda intiqamı ağır olub. O, sevdiyi qadına və onun rəfiqəsinə çoxsaylı bıçaq zərbələri endirib. Bu dəhşətli hadisə 8 yaşlı uşaqlarının gözü qarşısında baş verib.Muxalifet - 8-01-2017
Mehman Hüseynovun həbsi kimə lazım idi? - "5-Cİ KOLON" PREZİDENTƏ QARŞI
Sərdar Cəlaloğlu: “Yalnız terroristləri tutanda belə hərəkətlər edirlər...”
Natiq Miri: “Rusiyanın “5-ci kolon”una rəhbərlik edən insanlar prezidentin nüfuzuna ciddi zərbə vururlar”
Natiq Cəfərli: “Bu həbs insanların intenet üzərindən öz fkirlərini açıq şəkildə ifadə etməyin təhlükəli olduğunu bir daha sübut etdi”
Muxalifet - 13-01-2017
FÜRSƏT STRATEGİYASI – Əlisa Nicatın yazısı
Siyasətdə və siyasi meydanda ən əsas şey siyasi böyüklüyə və əzəmətə yol açan ağıl və praqmatiklikdir
Məlumdur ki, siyasətdə əxlaq və mənəviyyat olmur. Məgər o, yenə hardasa olurmu?
Muxalifet - 13-01-2017
Rusiyanın “5-ci kolon”u Azərbaycanda xaos yaratmağa çalışır – PREZİDENTƏ QARŞI SABOTAJ
Ruspərəst məmurlar ölkəmizin Qərblə münasibətlərinin düzəlməsinə imkan vermir, prezidentin nüfuzuna zərbə vururlar
Muxalifet - 13-01-2017
Rokfellerdən ŞOK ETİRAFLAR: “TÜRKİYƏ...” – I yazı
Məşhur amerikalı bankir Rokfellerdən əsrin etirafı – Türkiyə üzərində oynanılan çirkli oyunlar, çevrilişlərlə hakimiyyət dəyişiklikləri...
Muxalifet - 13-01-2017