Axtarış

The search found 105705 results in 0.082 seconds.

Search results

  1. Sevgilisindən ayrılan qız özünü dənizə atmaq istədi

    Sevgilisindən ayrılan qız özünü dənizə atmaq istədi
    Bakı bulvarında növbəti dəfə intihara cəhd olub.
    Lent.az-ın məlumatına görə, gecə saatlarında Dənizkənarı Milli Parkda, «Mirvari» kafesinin yaxınlığında Yasamal  rayon sakini, 1987-ci il təvəllüdlü Hətəmova Sevda Xıdır qızı özünü dənizə atmaqla intihara cəhd edib. Parkda olan vətəndaşlar qadını xilas edib.
    S.hətəmova intihara cəhd etməsinə səbəb kimi qeyri rəsmi yaşadığı həyat yoldaşının ondan ayrıldığını göstərib.

    Muxalifet - 9-10-2016

  2. ​Azərbaycan futbolçusu Stiven Siqalı tanımadı və təhqir etdi

    Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanov öz "İnstaqram" səhifəsində Bakıda qonaq olan və Norveçlə oyundan əvvəl komandamızın məşqinə baxan məşhur aktyor Stiven Siqalla fotosunu yerləşdirib.
    Qurbanov yazıb ki, Siqal komandamızı dəstəkləməyə gəlib.
    Sonra Bakı "İnter"inin oyunçu Mirhüseyn Seyidov ona şərh yazıb. 24 yaşlı futbolçu Hollivud ulduzunu tanımayıb və Ruslandan şəkil çəkdirdiyi adamın adını dəqiqləşdirmək istəyib. Amma bunu biabırçı, qeyri-etik formada, məlum və məşhur Azərbaycan söyüşünü tətbiq etməklə edib.

    Muxalifet - 9-10-2016

  3. ​Türkiyədə hərbi posta bombalı hücum: 8 əsgər şəhid oldu – YENİLƏNİB

    Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən hərbi posta bomba yüklənmiş avtomobillə edilən hücum nəticəsində ölən əsgərlərin sayı 8-ə çatıb.
    Hadisə zamanı aralarında mülki şəxslər də olmaqla, 7 nəfər yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda yaralananlardan 5-nin hərbçi olduğu bildirilir.
    Partlayışdan sonra ərazidə 5 metr dərinliyində və 10 metr enində böyük çuxur yaranıb. Hadisədən dərhal sonra qəsəbədə havadan dəstək verilən geniş miqyaslı antiterror əməliyyatı başlayıb.

    Muxalifet - 9-10-2016

  4. ADP fəalı mitinqdən sonra döyüldü

    Elnur Nəbiyevdən mitinqlərə qoşulmamaq tələb edilib
     
    Milli Şuranın 11 sentyabr 2016-cı il tarixdə “Talana son!” və “Monarxiyaya yox!” şüarı altında keçirdiyi mitinqdə aktiv iştirak etdiyinə və aksiya zamanı hakimiyyətin ünvanına radikal şüarlar səsləndirdiyinə görə, ADP fəalı Elnur Nəbiyev aksiyadan sonra naməlum şəxslər tərəfindən döyülüb.

    Muxalifet - 12-09-2016

  5. ​Gürcüstan parlamentinə yalnız İvanişvili ilə Saakaşvilinin partiyaları keçir

    Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 3 702 seçki məntəqəsindən 3 667 məntəqə (99,41%) üzrə səslər hesablanıb.
     
    Gürcüstan Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə əsasən parlamentə hakim “Gürcü arzusu” və müxalifətdə olan sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyasının parlamentdə təmsil olunacağını açıqlayıb.
     

    Muxalifet - 9-10-2016

  6. ​Nurəddin Məmmədli AXCP Ali Məclisinin sədri seçildi

    Oktyabrın 9-da AXCP Ali Məclisinin növbəti sessiyası keçirilib.
    Azadliq.info-nun məlumatına görə, sessiyada bir təşkilati məsələyə baxılıb və mövcud ictimai-siyasi vəziyyət müzakirə olunub.
    Təşkilati məsələ kimi Ali Məclisin sədri vəzifəsinə seçki olub. Sayt xatırladır ki, Ali Məclisin mərhum sədri Həsən Kərimovun vəfatından sonra bu vəzifə boş qalmışdı.

    Muxalifet - 9-10-2016

  7. ​Vahe Avetiyan: "Bilet alıb Bakıya gələn ilk erməniyəm"

    Siyasi fəal, hazırda İsveçdə sürgündə yaşayan erməni Vahe Avetiyan Azərbaycana gəlib. Onu aeroportda Dövlər Təhlükəsizlik Xidmətinin nümayəndələri qarşılayıb.
     
    24saat.org saytı xəbər verir ki, hazırda Heydər Əliyev adına Beynəlxalq Hava limanında erməni yazıçı Vahe Avetiyan saxlanılıb.
     

    Muxalifet - 9-10-2016

  8. ​Britaniyanın müdafiə naziri: "Rusiya Qərbin tərəfdaşı yox, rəqibi olmağa üstünük verdi"

    Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon Rusiyanın Qərbin rəqibi olmağa üstünlük verdiyini və daha aqressiv olduğunu bildirib.
    APA-nın məlumatına görə, M. Fellon BBC-də “Endryu Marranın şousu” proqramında çıxışında deyib ki, Rusiyanın Qərbin tərəfdaşı olmasını istəyiblər, ancaq Rusiya rəqib olmağa qərar verib.
    M. Fellon bildirib ki, Rusiya Qara dənizdə güc nümayiş etdirir, Krımı hərbiləşdirir, Baltikyanı ölkələrə təzyiq göstərir.

    Muxalifet - 9-10-2016

  9. Milli Ordunun polkovniki oğlunu hərbi xidmətdən yayındırıb – ŞOK FAKTLAR

    Nemət Babayevin oğlu cəbhə bölgəsinə getmək əvəzinə, atasının xidməti otağında “hərbi xidmət keçir”
     
    BakuNews.Az-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı Ordu Birləşməsinin komandir müavini, polkovnik Nemət Babayevlə bağlı ilginc informasiya daxil olub.
    İddia olunur ki, Nemət Babayev müdafiə nazirinin xəbəri olmadan, tutduğu vəzifəsindən sui-istifadə edərək bir sıra qanunsuzluqlar törədib. Belə ki, N.Babayevin konkret olaraq övladını ön cəbhədən yayındırdığı haqda informasiyalar mövcuddur.

    Muxalifet - 9-10-2016

  10. ​Azərbaycan millisini Çexiyaya aparan təyyarədə nasazlıq yarandı

    DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq milli komandamız bu gün oyunun keçiriləcəyi Ostrava şəhərinə yola düşüb.
    APA-nın məlumatına görə, saat 16:00-da yola düşməli olan təyyarə bir qədər gecikmə ilə havaya qalxıb.
    Havada olarkən isə nəqliyyat vasitəsində texniki nasazlıq yaranıb. Belə ki, təyyarənin təkərlərindən birinin tam qapanmaması uçuş sırasında həyəcan yaradıb. Bu barədə sərnişinlərə də məlumat verilib və bildirilib ki, təyyarə Baklya dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra yenidən yola düşəcək.

    Muxalifet - 9-10-2016

  11. ​Kürdəmirdə ağır qəza – AVTOMOBİL AŞDI, SÜRÜCÜ ÖLDÜ

    Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 54-cü kilometrliyində, Kürdəmir rayonunun Çöl ərəb kəndində qeydə alınıb. Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Qinyaz Əlövsət oğlu Həmidovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını idarəetməsən çıxaraq, aşıb. Nəticədə ağır xəsarət alan sürücü Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 10-10-2016

  12. ​AŞPA-nın payız sessiyası başlayır

    Bu gün AŞPA-nın payız sessiyası başlayır.
    APA-nın məlumatına görə, sessiya oktyabrın 14-dək davam edəcək. Sessiya zamanı Fransa prezidenti Fransua Oland, Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edəcəklər.

    Muxalifet - 10-10-2016

  13. ​Bakıda avtomobil aşdı, BIR AILƏDƏN 3 NƏFƏR XƏSARƏT ALDI

    Bakıda minik avtomobili aşıb.
    Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zığ-Hövsan yolunda qeydə alınıb. 47 yaşlı Azər Dadaşlı idarə etdiyi “Land Cruiser” markalı avtomobili aşırıb. Nəticədə sürücü və avyomobildə olan ailə üzvləri  – Tahirə Dadaşlı və 12 yaşlı Ağa Dadaşlı xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 10-10-2016

  14. ​22 yaşlı qız intihara cəhd etdi - GÖYÇAYDA

    Göyçay rayonunda intihara cəhd olub.
    Hadisə Göyçay şəhəri Əli Kərim küçəsindəki 38 saylı evdə qeydə alınıb.
    Şəhər sakini, 1994-cü il təvəllüdlü Əyyubova Əsli Coşqun qızı sirkə turşusu içərək intihara cəhd edib.
    Ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılan Əsli Əyyubova reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
    Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır(apa).

    Muxalifet - 10-10-2016

  15. ​Qəbələdə avtomobil qadını vurub öldürdü

    Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Pirəli kəndində qeydə alınıb. Rayonun Bayramkoxalı kənd sakini, Qəbələ rayonu Baytarlıq İdarəsinin baytar həkimi, 1955-ci il təvəllüdlü İsayev Şəmsəddin Əlfəddin oğlu idarə etdiyi 04-BB-355 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Pirəli kənd sakini 1960-cı il təvəllüdlü Eyvazova Maya Sərdar qızını vurub. Maya Eyvazova aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Muxalifet - 10-10-2016

  16. ​Avtomobil vuran yaralıya kömək etmək istədi, CANINDAN OLDU

    Bakıda avtomobillə vurulan piyadaya yardım etmək istəyən şəxsi maşın vuraraq öldürüb.
    Hadisə bir neçə gün əvvəl 3-cü mikrorayon dairəsində qeydə alınıb.

    Muxalifet - 10-10-2016

  17. ​İraqın baş naziri Türkiyəni hədələdi

    Mosul yaxınlığındakı Başika hərbi düşərgəsində olan Türkiyə hərbçiləri ilə bağlı Bağdad və Ankara arasında gərginlik davam edir.
    APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İraq baş naziri Haydar əl İbadi Kərbala şəhərinə ziyarəti zamanı bəyan edib ki, Türkiyənin heç bir şəkildə Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına qatılmasına icazə verməyəcəklər.

    Muxalifet - 10-10-2016

  18. ​“Baxın, Azərbaycanın nəfəsi boynumuzun ardındadır” – TÜRK HAKİM

    Tanınmış türkiyəli şərhçi, keçmiş hakim Ahmet Çakar Azərbaycan millisinin qələbələrinə biganə qalmayıb.
    Apasport.az saytı xəbər verir ki, Çakar DÇ-2018-in seçmə mərhələsinə uğursuz start götürən Türkiyə yığmasına məhz millimizi nümunə göstərib.
    Dünən qrupda keçirdiyi 3-cü matçda İslandiyaya (0:2) məğlub olan “ay-ulduzlular”ın aktivində cəmi 2 xal var. Robert Prosineçkinin yetirmələri isə ilk 2 oyunda 6 xal toplayıblar.
    Çakar “Beyaz TV”də yayımlanan “Beyaz Futbol” verilişində baş məşqçi Fatih Terimi tənqid atəşinə tutub.

    Muxalifet - 10-10-2016

  19. ​Bakıda soyğunçuluq hadisəsi – PAYTAXT SAKİNİNİN PULUNU ALAN ŞƏXS YAXALANDI

    Bakıda quldurluq hadisəsi baş verib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Bakı şəhər sakini Anatoliy Zeynalovun 3800 manat və 1000 ABŞ dolları pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakini Heydər Zeynalov saxlanılıb.
     

    Muxalifet - 10-10-2016

  20. ​Putin Suriyada Hərbi Dəniz Qüvvələrinin bazasını yaradır

    Rusiya Suriyanın Tartus limanında Hərbi Dəniz Qüvvələrinin daimi bazasını yaradacaq.
    RİA "Novosti” agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov bildirib.
    Rusiya Federasiya Şurasında çıxış edən N. Pankov deyib ki, Rusiyanın Tartusda daimi hərbi dəniz bazası olacaq.
    Müdafiə nazirinin müavini hazırda müvafiq sənədlərin hazırlandığını və dövlət qurumları arasında razılaşdırma mərhələsində olduğunu söyləyib: “Biz tezliklə Federasiya Şurasından bu sənədi ratifikasiya etməyi xahiş edəcəyik”.

    Muxalifet - 10-10-2016

Pages