Axtarış

The search found 105705 results in 0.008 seconds.

Search results

  1. ​RUS SƏFİRİN ÖLDÜRÜLMƏSİ KİMƏ SƏRF EDİRDİ?

    Və yaxud Andrey Karlovun Ankarada qətlə yetiriləmsi Qərbin maraqlarına nə dərəcədə uyğundur?!
     
    Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi regionda yeni siyasi gəlişmələrə səbəb olmaqdadır. Bəlli olduğu kimi, Andrey Karlov Hələbdə baş verən qətliamlara etiraz əlaməti olaraq Ankarada təşkil olunan anti-Rusiya yürüşləri zamanı güllənib. Ən maraqlısı isə odur ki, səfiri qətlə yetirmiş gənc son vaxtlaradək Rusiya səfirliyini mühafizə edirmiş. Bütün bunlar isə qətlin heç də sıradan bir terror hadisəsi olmadığını ortaya qoyur.

    Muxalifet - 20-12-2016

  2. “Borçalı” İctimai Birliyi Ilham Əliyevə müraciət etdi: “GÜRCÜSTAN VƏTƏNDAŞI OLAN SOYDAŞLARIMIZIN...”

    Kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, 28 noyabr 2016-cı ildə "Borçalı” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində ümummilli bir məsələnin - Gürcüstanda soydaşlarımızın təhsili, Azərbaycan dilinin tədrisinin vəziyyəti ilə bağlı narahatlıqlar müzakirə edilmişdir. Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Nəsimi adına Dilçilik İnstitutunun rəhbər vəzifəliləri, tanınmış elm və təhsil işçiləri, politoloqlar, qəzet-jurnal redaktorları və təhsil ekspertləri iştirak etmişlər.

    Muxalifet - 21-12-2016

  3. Borçalılar Zəlimxan Məmmədlini təxribatçılıqdan əl çəkməyə çağırdı

    “Borçalı” İctimai Birliyi keçmiş sədrin qanunsuz əməlləri ilə bağlı bəyanat yaydı
     
    “Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçilərinin təşəbbüsü ilə 25 iyun 2016-cı ildə keçirilən növbədənkənar ümumi yığıncağının qərarı ilə təşkilatın sədrliyindən xaric edilən Zəlimxan Məmmədli, 7 illik sədrliyi dönəmində olduğu kimi, son aylarda da təxribatçılıq fəaliyyətini davam etdirməkdədir.

    Muxalifet - 24-12-2016

  4. ​Mehriban Əliyeva İlham Əliyev üçün qutab bişirdi – AD GÜNÜ ÜÇÜN

    Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva şəxsi “İnstagram” şəhifəsində növbəti ailə fotoşəklini paylaşıb.
    Şəkildə ölkənin birinci xanımı Mehriban Əliyeva mətbəxdə qutab bişirdiyi yerdə əks olunub.
    “Ananın bişirdiyi daha ləzzətlidir!” – Leyla Əliyeva fotoşəkli bu cür şərh edib.
    Xatırladaq ki, bu gün Azərbaycan prezidentinin ad günüdür. İlham Əliyev 55 illik yubileyini qeyd edir.

    Muxalifet - 24-12-2016

  5. ​Pan Gi Mun 200 min dollar rüşvət almaqda ittiham edilir

    BMT-nin baş katibi vəzifəsindən getməyə hazırlaşan Pan Gi Mun 200 min dollar rüşvət almaqda ittiham edilir. Bu barədə "SBS News" məlumat yayıb.
    Koreyanın "Sisa Journal" nəşrinin jurnalistlərinin məlumatına görə, Pan Gi Mun 2005-ci ilin yazında Vyetnamın xarici işlər nazirinin Koreyaya səfərinin şərəfinə təşkil edilmiş təbrik naharı zamanı 200 min dollar alıb.

    Muxalifet - 24-12-2016

  6. ​Əsədin və Putinin bombalarından xilas olan Hələb sakinləri şaxtadan donur

    Hələb sakinləri və Bəşər Əsədə qarşı döyüşən müxalifətçilərin təxliyyəsi sona çatır. BMT-nin məlumatına görə ötən həftə 35 minə yaxın adam bu şəhəri tərk edib. Bombardmandan canlarını qurtaran adamlar indi də təbiətlə üz-üzə qalıblar – qar, buz və gecələr 0 dərəcəyədək enən hərarət.

    Muxalifet - 24-12-2016

  7. Borçalı məktəblilərinə dərslik göndərildi

    Bir həftə bundan öncə "Borçalı" İctimai Birliyi Gürcüstandakı azərbaycandilli məktəblərdə təhsil və pedaqoji kadr çatışmazlığı ilə bağlı yaranan problemlərin həllinə yardım məqsədi ilə ölkə başçısına və digər aidiyyəti qurumlara müraciət etmişdi. 

    Muxalifet - 30-12-2016

  8. ​MTN generallarının həbs müddəti uzadıldı

    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
    APA-nın əldə etdiyi məlumata görə, onların barələrində olan həbs qətimkan tədbirinin müddəti 2017-ci il fevral ayının 17-dək artırılıb.
    Qeyd edək ki, adıçəkilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    Muxalifet - 30-12-2016

  9. ​MTN generalları Eldar Mahmudovu ələ verir: “Qanunsuz göstərişləri o verirdi...”

    Xəbər verildiyi kimi MTN-də fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın-poqonlu əcinnələrin daha bir qrupunun işi baxılmaq üçün məhkəməyə göndərilib. Bunlar nazirliyin keçmiş baş idarə və idarə rəisləri generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, habelə nazirliyin digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovdur.

    Muxalifet - 30-12-2016

  10. Generallar qızıl alverçilərini necə taladı...

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun cinayət işi üzrə yeni detallar üzə çıxıb.

    Muxalifet - 30-12-2016

  11. ​MTN generalı agentlərin ləqəbini açıqladı

    Hazırda həbsdə olan MTN generalı Sübahir Qurbanov dövlət büdcəsindən 1 milyon manat mənimsənilməsi ittihamı üzrə istintaqa ifadəsində həmin vəsaitin agentlərə xərcləndiyini deyib.
    S.Qurbanov 2013-cü ilin oktyabr ayında dəstə üzvləri Fizuli Əliyev və Natiq Alıyevin iştirakları ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə xüsusi xərclər üçün nəzərdə tutulmuş 1.000.000 manat məbləğində dövlət büdcə vəsaitlərinin keçmiş MTN-nin Maliyyə idarəsinin kassasından alıb mənimsəməklə talamalarının yalan olduğunu deyib:

    Muxalifet - 30-12-2016

  12. ​Araz Ağalarov Donald Trampı gözləyən təhlükələr barədə

    “Trampla ünsiyyətdə olduğum vaxt, həmin xatdan isə xeyli zaman ötüb, onun Rusiyaya olan münasibəti xeyli müsbət idi. Komandasına topladığı insanlar dünya görüşünü və bizə olan münasibətini dəyişməsələr, düşünürəm ki, qarşılıqlı münasibətlərin perpektivləri çox yaxşıdır”, - virtualaz.org xəbər verir ki, bunları “Komsomolskaya pravda” nəşrinə müsahibəsində rusiyalı Azərbaycan əsilli oliqarx Araz Ağalarov bildirib.
    Araz Ağalarov onu da qeyd edib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp onun ad günü münasibətilə təbrikinə cavab verib.

    Muxalifet - 2-01-2017

  13. Dünya bir pəncərədir... - MƏMMƏDXAN ƏZİZXANLI YAZIR

    Dünya-canlıların görüş yeridi...
    Duyğularım baş alıb gedir... insan ömrünün niyə belə çox qısalığını, dünyanın əvvəlini, axırını,  din alverçilərinin öz  avam qurbanlarını əsas qorxutma aləti olan, ölümdən sonra  O Dünyanın doğrudan da olub, olmadığını  fikirləşirdim, birdən yadıma bayatılarımızdan iki sononcu misralar düşdü, əvvəlini bitikdən (kitabdan) axtarmağa səbrim çatmadı, özüm qondardım, belə alındı:
                                             Gün gələr yaxar gedər,                  

    Muxalifet - 2-01-2017

  14. ​"Sərbəst buraxılmağım üçün 1 milyon manat və 580.000 dollarlıq brilyant daşlar tələb olundu” - "MTN işi"

    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan əməkdaşlarının iş adamı Mübariz Paşayevi qanunsuz olaraq azadlıqdan məhrum edib, hədə-qorxu tətbiqi ilə ondan külli miqdarda pul aldıqları məlum olub.
    APA-nın əldə etdiyi məlumata görə, zərərçəkmiş şəxs Paşayev Mübariz Qurban oğlu istintaq zamanı ifadələrində göstərib ki, 2008-ci ildən zərgərlik məmulatlarının alveri ilə məşğul olmağa başlayıb, Hindistandan və Dubaydan brilyant daş-qaş alıb Bakıya gətirərək, Bakı Mərkəzi və “Moskva” univermaqlarında icarəyə götürdüyü ticarət məntəqələrində satışını həyata keçirib.

    Muxalifet - 3-01-2017

  15. Azərbaycanın "kürü diplomatiyası"nın sonu

    ABŞ Konqresində Azərbaycan lobbiçiliyini faş edən qurumun mövqeləri güclənir

    Muxalifet - 4-01-2017

  16. ​Türkiyə XİN başçısı: “İstanbulda terror aktı törədən şəxsin kimliyi məlumdur”

    "İstanbulda terror aktı törədən şəxsin kimliyi məlumdur".
    Bunu "Anadolu" agentliyində keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
    Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Türkiyənin digər müvafiq strukturları terror hücumunun təşkilatçılarının həbs edilməsi üzrə tədbirlər həyata keçirir. Bununla yanaşı, nazir terrorçunun adını qeyd etməyib.
    Türkiyənin xarici işlər naziri ölkəsinin istər İŞİD, istər PKK, istərsə də FETÖ kimi terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcəyini bildirib.
     

    Muxalifet - 4-01-2017

  17. ​ABŞ Konqresinin yeni tərkibi – REKORD SAYDA AFROAMERİKALI…

    ABŞ-ın 115-ci Konqresi Birləşmiş Ştatlar tarixində irqi baxımdan ən çeşidli qanunvericilik orqanıdır.
    Konqresdə azlıqda olan dinləri təmsil edən qanunvericilərin əksəriyyəti demokratdır. Rekord sayda 49 afroamerikalı qanunvericidən yalnız üçü respublikaçıdır.
    İspan mənşəli və Asiyalı amerikalılar da bu il Konrqesdə rekord sayda təmsil olunublar. Konqresin hər iki palatasında ispan mənşəli 38 qanunverici işə başlayır. 114-cü ildə Konqreslə müqayisədə bu dəfə 15 asiyalı amerikalı qanunverici təmsil olunub.

    Muxalifet - 4-01-2017

  18. ​Trampın ilk geniş mətbuat konfransının vaxtı açıqlandı

    ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ilk geniş mətbuat konfransının vaxtı açıqlanıb.
    CNN-in məlumatına görə, mətbuat konfransı yanvarın 11-də Nyu-Yorkda keçiriləcək.
    Trampın müşaviri Killian Konvey bildirib ki, normativ aktlara nəzarət edən hüquqşünaslar hazır olduqlarını təsdiqləsələr, toplantının tarixi dəyişməyəcək.
    Səlahiyyət müddəti başa çatmaqda olan prezident Barak Obama isə yanvarın 10-da vida çıxışını edəcək.

    Muxalifet - 4-01-2017

  19. ​Keçmiş müstəntiqdən atasına təsirli yubiley təbriki

    Keçimş müstəntiq Rüfət Səfərov həbsdə saxlanıldığ Kürdəxanı təcridxanasından atası Eldar Sabiroğlunun 60 illik yubileyinə təbrik ünvanlayıb. Həmin təbrik məktubunu təqdim edirik:
    “Atam Eldar Sabiroğluna!
    Əzizim ata,tale elə gətirdi ki, doğum günündə,özü də 60 illik yubileyində səni şəxsən təbrik edə bilmirəm.Hərçənd bu günlə əlaqədar hələ həbsdən xeyli əvvəl bir plan cızmış,əzizlərimizlə birgə şəhərdən kənara çəkilib,təmtəraqlı məclis düzənləməyi niyyət etmişdim… Əfsus ki,beynimdəkini gerçəkləşdirməkdə acizəm. Nə etməli,görünür qədər beləymiş…

    Muxalifet - 4-01-2017

  20. “Bir ana lazımdır ki, Azərbaycanın bu durumuna ağlasın”

    Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri, hazırda Türkiyədəki İstanbul Aydın Universitetinin müəllimi, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu Azadlıq Radiosuna müsahibə verib.
    – Kamil bəy, bir müddətdir Türkiyədə yaşayırsınız. Necədir orda durum? Terror hadisələrinin tez-tez baş verdiyi ölkədə özünüzü təhlükəsizlikdə hiss edirsinizmi?

    Muxalifet - 4-01-2017

Pages