Axtarış

The search found 105705 results in 0.013 seconds.

Search results

  1. “Trampın seçilməsi ilə Ziya Məmmədov klanı kifayət qədər güc əldə etdi”

    Sərdar Cəlaloğlu: “Trampın prezidentliyi mənim üçün qeyri-müəyyən Amerika deməkdir”

    “Amerika siyasi tarixi göstərir ki, prezidentlər Amerikanın strateji məsələlərində söz sahibi deyillər”

    “ABŞ-da prezidentlərin seçkiqabağı verdiyi bəyanatlarla onların hakmiyyətə gəldikdən sonra həyata keçirdikləri siyasət arasında bərbərlik işarəsi qoymaq olmaz”

    Muxalifet - 10-11-2016

  2. ​Tağı Əhmədovdan sensasion iddia - ÇOVDAROVDAN 3 MİLYON DOLLAR TƏLƏB EDİR

    Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda həbsdə olan Akif Çovdarova qarşı yeni iddia qaldırıb.
    Muxalifet.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, T. Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək ləğv edilmiş MTN generalı Akif Çovdarova qarşı mülki iddia qaldırıb.
    Tağı Əhmədov 2014-cü ildə A.Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istəyib.
    İddia ərizəsi məhkəməyə daxil olub.
    Qeyd edək ki, T.Əhmədov istintaqa ifadəsində həmin 3 milyonun "44 illik əmək haqqısı" olduğunu deyib.

    Muxalifet - 10-11-2016

  3. MTN generalının həyat yoldaşının poliklinikasında yoxlama başladı

    Milli təhlükəsizlik nazirinin keçmiş müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın baş həkimi olduğu 14 saylı uşaq poliklinikasında yoxlamalar başlayıb.
    Musavat.com xəbər verir ki, qeyd olunan poliklinikaya reportaj üçün gedən “Yeni Müsavat” qəzetinin əməkdaşları həmin yoxlamalara şahid olublar. Hilal Əsədovla bağlı Nüşabə xanımdan müsahibə almağa gedən əməkdaşlar maraqlı mənzərə ilə qarşılaşıblar.
    Reportyorlar həmin poliklinikadan video-reportaj ediblər. Reportajın tam mətni qəzetin sabahkı sayında dərc olunacaq. Sayt isə görüntülü reportajı təqdim edib.

    Muxalifet - 11-11-2016

  4. Hakimiyyət vətəndaşı qul gözündə görür...

    Nə üçün itkin düşən neftçilərin xilası üçün zamanında müdaxilə edilməyib?
     
    “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın ölkəmizi yasa boğub. Belə ki, dekabrın 4-də baş verən hadisə nəticəsində platformada olan 63 nəfərdən ikisi dünyasını dəyişib, 29 nəfər isə itkin düşüb. Qəzadan sonra xilas edilən 33 neftçidən 10 nəfərə yaxını isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirlib.

    Muxalifet - 6-12-2015

  5. ​“Oliqarxların zəbt etdiyi torpaqlar əllərindən alınacaq” – İLHAM ƏLİYEV

    “Mənim göstərişimlə qısa müddət ərzində 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin əlindən alınıb və insanlara verilib. Əgər kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq. Əgər əlindən alınmağını istəmirsə, əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin. Ancaq o torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsünlər. Görünür, onların pulu o qədərdir ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona görə bu proses davam edəcək”.

    Muxalifet - 13-11-2016

  6. ​Sabiq MTN generallarının həbs müddəti uzadılıb

    “MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddəti növbəti dəfə uzadılıb.
    APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsi həmin cinayət işi üzrə saxlanılan və hazırda ibtidai istintaqı davam etdirilən, ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərləri barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay artırıb.

    Muxalifet - 15-11-2016

  7. Akif Çovdarov xarici ölkədən həkim gətirilməsini tələb etdi

    Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı başlayıb.
    İclasın başlanmasının təyin olunduğu saat 11-də təqsirləndirilənlərdən zalda yalnız Akif Əliyev var idi, digərlərinin nə özləri, nə də vəkilləri məhkəmədə iştirak etmirdilər. Bu səbəbdən, hakim Həbib Həsənov iclası saat 12:30-a təxirə saldı.

    Muxalifet - 14-11-2016

  8. ​Saxta profillə yalan məlumat yayanlar həbs ediləcək

    Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklif edilir.
    APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib.

    Muxalifet - 15-11-2016

  9. ​Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının SİYAHISI və DƏYƏRİ

    Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun, onunla birlikdə həbs edilən, Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 1-ci idarəsinin rəisi Səlim Məmmədov və Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini Orxan Osmanov üzərinə həbs qoyulan əmlaklarının siyahısı məlum olub.
     

    Muxalifet - 15-11-2016

  10. ADP-dən Trampa təbrik məktubu...

    Partiya respublikaçıların namizədinin qələbəsini Amerika xalqının azad iradəsinin ifadəsi kimi dəyərləndirib

    Muxalifet - 14-11-2016

  11. Səfər Əbiyevi Çexiyaya göndərmək arzusunda olanlar…

    Və yaxud keçmiş nazirin ölkədə olub-olmadığını aydınlaşdırmaq “Yeni Müsavat” üçün çox çətindir?!

    Muxalifet - 15-11-2016

  12. İqtisadi böhran ölkəni məhvə sürükləyir – UÇURUMUN BİR ADDIMLIĞINDA

    Azərbaycan böhran vəziyyətini yaşayır. Hökumət çoxsaylı “yol xərətiləri” hazırlasa da, əksər ekspertlər yaxın gələcəkdə ölkənin böhrandan çıxacağını güman etmir. Çünki hazırlanan layihələrin icra mexanizmi düzgün qurulmayıb. Daha dəqiq desək, bu layihələrin hər birinin icrası korrupsioner və rüşvətxor məmurlara həvalə edildiyindən, yenə də ayrılan vəsaitlər müxtəlif yollarla mənimsənilməkdədir. Bütün bunlar isə, nəticə etibarilə, ölkənin böhrandan çıxamasına deyil, sosial-iqtisadi vəziyyətin daha da dərinləşməsinə gətirib çıxarmaqdadır.

    Muxalifet - 22-11-2016

  13. Baş redaktor məhkəmə zalında həbs edildi - 1 il həbs

    Realliq.info saytının baş redaktoru İkram Rafiqoğlu Sumqayıt şəhər məhkəməsinin qərarı ilə CM-nin 147.2-ci maddəsinə əsasən 1 il azadlıqdan məhrum edilib.
    Bu barədə "Bakunews.az" saytının təsisçisi Mirkənan Seyidov məlumat verib.

    Muxalifet - 25-11-2016

  14. Müxalifətçi fəal 30 sutkalıq həbs edilib

    Noyabrın 25-də AXCP Gənclər Komitəsinin fəalı İslam Sahiboğlu inzibati qaydada 30 sutka həbs edilib.
    AXCP sədrinin müavini Gözəl Bayramlı “Turan”a bildirib ki, I.Sahiboğlu bu gün səhər saatlarında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə aparılıb.
    “Axşam saatlarında İslam Şahinoğlu zəng edərək deyib ki, Yasamal Rayon Məhkəməsi polisə müqavimət ittihamı ilə onun 30 sutka inzibati həbsi barədə qərar qəbul edib”, - G.Bayramlı bildirib.

    Muxalifet - 25-11-2016

  15. Borçalıda ana dilimizi unuduruq... – BAKIDA KONFRANS - FOTOLAR

    “Borçalı” İctimai Birliyi Gürcüstanın azərbaycandilli məktəblərində mövcud olan təhsil problemləri ilə bağlı tədbir keçirdi

    Muxalifet - 28-11-2016

  16. Nədən bu gün BORÇALI aktual məsələdir?

    Türk Qafqazda zəif duruma düşəndə ilk itirən Borçalı olur
     

    Muxalifet - 29-11-2016

  17. Deputat ölüm hökmünün bərpasını istəyir

    Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından narahatlığını bildirib.
    E.Axundova qeyd edib ki, statistikaya görə, ailələrdə qadınlara qarşı həyat yoldaşları tərəfindən zorakılıq halları artır: “Belə insanlar ömürlük həbsə məhkum edilməlidirlər. Ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı başqa ölkələrdə ölüm hökmü var. Bizdə niyə yoxdur? Cəmiyyətimizi bu cür vəhşilərdən birdəfəlik təmizləmək lazımdır".
     

    Muxalifet - 29-11-2016

  18. Aqil Abbas: “Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”

    “Azərbaycanda 3 deputatı söyürlər: Fazil Mustafanı, Hadı Rəcəblini və məni”.
    APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, son günlər internet məkanda onun fikirlərini kontekstdən çıxarıb, hədəfə götürüblər: “Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”.

    Muxalifet - 29-11-2016

  19. “GÜRCÜSTAN PARLAMENTİNİN 10 FAİZİ AZƏRBAYCANLI OLMALIDIR”

    Hüseyn Yusubov: “Gürcüstanda azərbaycandilli məktəblərə müəllim kadrları hazırlayan bir müəssisə yoxdur

    “Bir çox məktəblərdə riyaziyyat dərslərini mühəndislər, biologiya dərslərini aqronmonlar deyir. Bunun hamısı təhsilin məhvinə fərman verən əməllərdir”

    “Bəzən müxtəlif partiyalar gətirib elə adamları ortaya çıxarırlar ki, qanında bir damcı azərbaycanlı qanı yoxdur, amma azərbaycanlı namizəd kimi təqdim olunur”

    Muxalifet - 30-11-2016

  20. ​Finlandiya Rusiyaya qarşı sanksiyalardan imtina etdi

    Rusiyanın Krımı ilhaq etməsindən sonra ilk dəfə Finlandiya Moskva ilə iqtisadi-ticarət münasibətlərini bərpa edib.
    Virtualaz.org “The Financial Times” nəşrinə istinadən xəbər verir ki, bunu Finlandiyanın ticarət naziri Kay Mikkanen deyib.
    Mikkanen xatırladıb ki, onun ölkəsinin Rusiya ilə geniş sərhədi var və “bir çox məsələlər üzrə zaman-zaman əməkdaşlıq etmək lazımdır”.
    Nazir qeyd edib ki. beynəlxalq hüququn pozulması məsələsində Qərbin yekdil fikrinin qorunub saxlanması vacibdir, lakin hesab edir ki, bu Rusiya ilə iqtisadi əlaqələrə ziddiyyət təşkil etmir.

    Muxalifet - 1-12-2016

Pages