Axtarış
The search found 105705 results in 0.063 seconds.
Search results
Şirkət rəhbərinin toya hazırlaşan oğlu qəfildən dünyasını dəyişib
Bakıda tanınmış iş adamının gənc oğlu qəfildən dünyasını dəyişib.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb.Muxalifet - 1-12-2016
QHT Şurası 2017-ci il qrant müsabiqəsini elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün qrant müsabiqəsi elan edir.
Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında qeyd edilir:
- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Muxalifet - 1-12-2016
İlin ən yaxşı futbolçusu adına üç namizəd: Ronaldo, Qrizman və Messi
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2016-cı ilin ən yaxşı futbolçusu adına iddia edən üç finalçının adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, final üçlüyünə Madridin “Real” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo, Madridin “Atletiko” komandasının və Fransa yığmasının hücumçusu Antuan Qrizman, “Barselona”nın və Argentina komandasının hücumçusu Lionel Messi daxildir.
Namizədlər arasında favorit ötən mövsümdə “Real”ın heyətində Çempionlar Liqasının qalibi və Portuqaliya millisinin tərkibində Avropa çempionu olmuş Kriştiano Ronaldo hesab edilir.Muxalifet - 2-12-2016
ABŞ-ın dövlət katibi postuna namizədlərin siyahısı açıqlanıb
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın formalaşdırdığı administrasiyada dövlət katibi postuna namizədlərin siyahısı açıqlanıb.
TASS xəbər verir ki, rəsmi siyahıya Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni, Nyu-Yorkun keçmiş meri Rudi Culiani, senator Robert Korker, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus daxildir.
"Fox News" telekanalına müsahibəsində D.Trampın baş müşaviri Kellienn Konuey namizədləri təsdiqləyib. "Biz artıq bəyan etmişik ki, seçim 4 nəfər arasında aparılacaq".Muxalifet - 2-12-2016
Məktəbdə 43 yaşlı sərxoş kişi döyüldü
Bakıda məktəblərdən birinin həyətində 43 yaşlı kişi döyülüb.
Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 254 nömrəli orta məktəbin həyətində 43 yaşlı Beydullayev Əfqan Vahid oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə zəminində Ə.Beydullayev döyülərək ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ə.Beydullayevin dindirilməsi zamanı onun sərxoş olduğu müəyyənləşdirilib. (“Report”)Muxalifet - 2-12-2016
Azərbaycanda qazın qiyməti Avropa ölkələrindən 14 dəfə bahadır
Bəs ölkədə aylıq əmək haqqı Avropa ölkələrindən nə qədər aşağıdır?
Muxalifet - 2-12-2016
Türk ordusu Suriyaya Əsədi devirmək üçün girib? – ƏRDOĞANDAN REAKSİYA
Bir neçə gündür gündəmdən düşməyən qalmaqala nəhayət Türkiyə prezidenti Rəсəb Tayyib Ərdoğan özü də münasibət bildirib.
Ərdoğan «Reuters»ə açıqlamasında deyib ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatının hədəfi hansısa ölkə və ya şəxs deyil. Məqsəd terrorçulara qarşı mübarizədir.
Bununla Türkiyə prezidenti noyabrın 29-da verdiyi açıqlamadan imtina etmiş olub.
Həmin açıqlamada Ərdoğan bildirmişdi ki, Türk ordusu Suriyaya dövlət terroru həyata keçirən tiran Əsədin hakimiyyətinə son qoymaq üçün girib. Və Türkiyənin Suriya ilə bağlı nə torpaq, nə də başqa iddiası var.Muxalifet - 2-12-2016
Baş nazirin xanımını polis 10 saat dindirib - İSRAİLDƏ
İsrailin baş nazirinin xanımı Sara Netenyahunu İsrail polisi 10 saat dindirib. O, büdcə vəsaitlərini şəxsi ehtiyaclarına xərcləməkdə şübhəli bilinir.
İstintaq Netenyahunun şəxsi rezidensiyasının elektrik xərcləri, baş nazirin qaynatasına görə işə götürülən tibb bacısının xərcləri, ailə qonaqlıqlarına qida sifarişi və aşbazların tutulması xərcləri üçün Netenyahunun xəzinə vəsaitlərindən istifadə etdiyi barədə informasiyanı yoxlayır.
Netenyahu cütlüyü ittihamları təkzib edir.
Muxalifet - 2-12-2016
AZƏRBAYCANDA SÜRÜCÜLƏR TRAMPI NİYƏ SÖYÜRLƏR - “Qoçular” yenə iş başında!
Son vaxtlar Azərbaycanda bir qrup sürücü ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın ünvanına gecə-gündüz söyüş söyməkdədirlər. Bütün bunlar isə heç də səbəbsiz deyil. Sürücülər iddia edirlər ki, D.Trampın ABŞ prezidenti seçilməsi onları işsiz və çörəksiz qoyub...
Hurriyyet.org-un əməkdaşı bu sürücülərin bəziləri ilə görüşüb və okeanın o tərəfində olan Donald Trampın onları necə işsiz qoyduğuna aydınlıq gətirməyə çalışıb.Rüşvətsiz günlərə son qoyulub
Muxalifet - 6-12-2016
DTX-nın “reket jurnalistlər”ə qarşı əməliyyatı təqdir olunur – “Daha sərt addımların həyata keçirilməsinə ehtiyac var”
Aslan İsmayılov: “Hesab edirəm ki, daha sərt addımların həyata keçirilməsinə ehtiyac var”
Müşfiq Ələsgərli: “Mətbuat Şurası həmin qəzetin adını 2010-cu ildən “qara siyahı”ya daxil edib”
Mehman Əliyev: “Jurnalistləri pul alan yerdə tutublarsa, bu ciddi məsələdir”
Namizəd Səfərov: “DTX həqiqətən də cinayət törətmiş jurnalistlərə qarşı bu cür əməliyyat həyata keçirırsə, bu, normal haldır”
Yadigar Məmmədli: “Onlara qarşı sərt tədbirlərlə mübarizə aparmaq lazımdır”Muxalifet - 6-12-2016
Tarix diversantları
Tarix ideologiyadır, ideoloji konstruksiya faktorudur. Bu üzdən də dünyada tarixlə bağlı dartışmalar gedib, gedir, gedəcək. Hər bir xalq öz tarixini yalnız özü üçün deyil, eləcə də başqaları üçün yazır. Özü üçün yazır özünü öyrətmək, öyrətdiyinin üzərində yüksəlmək üçün. Başqaları üçün yazır başqalarına öz tarixini öyrətmək, bir də özünə başqalarının qarşısında üstünlük qazandırmaq üçün.
Muxalifet - 6-12-2016
“Reket” baş redaktor həbs edildi – SURXAY ƏLİYEV BARƏSİNDƏ 4 AY HƏBS QƏRARI
Səbail Rayon Məhkəməsində "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.
“Report” xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.
Belə ki, S.Əliyev barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.Muxalifet - 8-12-2016
Banklar “qara bazar”a sahibləndi – DOLLAR 1,81 MANATA SATILIR
Dünən Azərbaycan Mərkəzi Bankı dolların rəsmi məzənnəsini dəyişməyərək, 1,743 manat/$1 səviyyəsində saxlayıb.
Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən bildiriblər.
Ölkənin aparıcı banklarında dolları 1,81 məzənnəsi ilə almaq mümkündür. Banklar hələ də dollarları məhdud həcmdə satırlar.
Muxalifet - 10-12-2016
“Trampı hakimiyyətə Rusiya gətirdi” – MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ
Amerikanın xüsusi xidmət orqanları Rusiyanın bu ölkədə keçirilən prezident seçkiləri kampaniyasına müdaxiləsini və Donald Trampın irəliləməsini necə təmin etdiyini sübuta yetirən faktları aşkarlayıb. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatla “The Washington Post” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbələrə istinadən çıxış edib.
Muxalifet - 10-12-2016
On ayda Azərbaycanda 10 min boşanma olub
Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. 2016-ci ilin yanvar-oktyabr ayları ərzində rəsmi qurumlar tərəfindən 56,2 min nikah və 10,7 min boşanma halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub.Muxalifet - 14-12-2016
“Bu iqtidar Azərbaycanı böhrandan çıxara bilməz”
Sərdar Cəlaloğlu: “Bir təfəkkür ki, böhran gətirir, o təfəkkürlə böhrandan çıxmaq mümkün deyil”
“Azərbaycan iqtidarının ölkəni bu vəziyyətdən çıxartmaq üçün nə “Yol xəritəsi”, nə o xəritəni icra etmək üçün potensialı, nə də kadrı var”
Muxalifet - 15-12-2016
Həbs olunan “reket jurnalist”in anası oğlundan imtina etdi - MƏKTUB
İnsanların gizli yollarla intim videolarını çəkib şantaj etməklə ittiham olunan reket jurnalist, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin anası Maya Əliyeva müvafiq qurumların rəhbərliyinə şok effekti yaradacaq məktub yazıb.
Muxalifet - 15-12-2016
Tramp Ziya Məmmədova və oğluna “atdı”
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp AzərbaycandaOTEL
tikintisindən imtina edib və Gürcüstanda göydələn inşası üzrə layihədən çıxmaq niyyətindədir. Muxalifet.az xəbər verir ki, bu barədə "The Asscociated Press" bildirib.
Muxalifet - 17-12-2016
Manat ya ucuzlaşacaq, ya da ucuzlaşacaq
Manatı nə gözləyir? İqtisadçı Qubad İbadoğlu bu sualla bağlı öz təxminlərini yazıb.
Muxalifet - 19-12-2016
“BU GÜLLƏ ƏRDOĞANA ATILAN GÜLLƏDİR, RUS SƏFİRİNƏ DƏYDİ” - Siyasilər səfirin ölümü haqda
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun dünən sərgi zamanı polis Mevlit Mert Altıntaş tərəfindən öldürülməsi dünya mediasının gündəmindən düşmür. Ötən il təyyarə qəzasından sonra Rusiya ilə Türkiyənin münasibətlərinin gərginləşməsinə baxmayraq, sonradan bu ik ölkə arasında münasibətlər yaxınlaşmaqda davam edir. Şühəsiz ki, Avropa Birliyinin Türkiyə ilə müzakirələri dayandırması, eləcə də Qərbin PKK-ya dəstək verməsi Türkiyəni Rusiya ilə münasibətlərini normallaşdırmağa sövq etdi.
Muxalifet - 20-12-2016