Araşdırmaçı jurnalist təzyiqlərə məruz qaldı

Azərbaycanda daha bir araşdırmaçı jurnalist təzyiqlərə məruz qalıb. Belə ki, bu dəfə qurban Muxalifet.az saytının əməkdaşı Dadaşova Camal Ramazan qızıdır.
Qeyd edək ki, xanım jurnalist hakim ailənin gizlin qalan, xalqın pulu ilə əldə etdikləri şirkətlərini aşkara çıxartdığına görə hədə-qorxulara məruz qalır, şantaj edilirdi. Bir neçə dəfə geri çəkilməsi üçün naməlum şəxslər onu izləyərək döyməyə cəhd ediblər, lakin ətrafdakı insanların köməyi ilə jurnalist onların əlindən xilas ola bilib.
Növbəti dəfə isə əməkdaşımız naməlum şəraitdə yoxa çıxıb. Bu zaman ailəsi tərəfindən polisə müraciət olunsa da, 24 saat tamam olmadan onun barəsində axtarış verilməyəcəyi bildirilib. Nəticədə 16.04.2016-cı ildə o, respublika xəstəxanalarından birinin giriş qapısı ağzında huşsuz vəziyyətdə tapılıb. Araşdırmalar zamanı məlum olub ki, jurnalist naməlum şəxslər tərəfindən təzyiqlərə məruz qalıb, halı pisləşdiyindən onu xəstəxananın qapısı önünə atıb qaçıblar.
Hadisədən sonra redaksiya bu biabırçı faktla bağlı aidiyyatı qurumlara müraciət etsə də, bu işlə maraqlanan olmayıb. İyulun 27-dən bəri isə ondan və ailəsindən xəbər yoxdur.
Maraqlıdır, görəsən növbəti qurban kim olacaq?
Muxalifet.az