Axtarış
The search found 105705 results in 0.007 seconds.
Search results
İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
İqtisadiyyat üzrə Nobel mükafatı Harvard universitetinin professoru Oliver Harta və Massaçusets texnoloji institutunun professoru Benqt Holmstremə verilib.
Qeyd edək ki, mükafat hər iki şəxsin müqavilələr nəzəriyyəsinin inkişafına verdiyi dəstəyə görə verilib.
İsveç Mərkəzi Bankı alimlərin hər birinə 8 mln. kron (təxminən $1 mln.) ödəyəcək.Muxalifet - 10-10-2016
Cahangir Hacıyevin SON SÖZÜ: “MƏNƏ 117 İL DƏ VERİLSƏ, VECİMƏ DEYİL”
“Zamirə Hacıyevanı niyə gətirə bilmədiniz?”
Muxalifet - 10-10-2016
Türkiyədə dövlət çevrilişinə cəhd AŞPA sessiyasında müzakirə ediləcək
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayıb.
APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, sessiyanın ilk iş günündə qurumun sədri Pedro Aqramunt gündəlikdə duran məsələlərdən danışıb. O, AŞPA Bürosunun iclasında « Dövlət çevrilişinə cəhd kontekstində Türkiyədəki vəziyyət » adlı hesabatının cari məsələ kimi müzakirəsinin qəbul olunduğunu bildirib. Bu məsələ AŞPA sessiyasının dördüncü günündə keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.Muxalifet - 10-10-2016
Müsavat funksioneri vəfat edib – 40 YAŞINDA
Müsavat Partiyasının Məclis üzvü Könül Mirzəyeva vəfat edib.
Bu barədə Müsavat Partiyasının Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
O bildirib ki, K. Mirzəyeva uzun sürən xəstəlikdən sonra 40 yaşında dünyasını dəyişib.Muxalifet - 10-10-2016
Bakıda fəhlə hotel binasından yıxılıb öldü
Bakıda tikintidə faciəli hadisə baş verib.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən verilən məlumata görə, hadisə bu gün Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsində tikilməkdə olan hotel binasında qeydə alınıb. Orada işləyən, 33 yaşlı Elçin Məmmədov binadan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 10-10-2016
Azərbaycan Avropa İttifaqı ilə ticarət dövriyyəsini azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.
Muxalifet - 10-10-2016
Polislərə elektroşok cihazı ilə hücum etdilər - Bakıda
Bakıda polis əməkdaşlarına hücum olub.
Hadisə Təbriz və A.Nemətulla küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, polis əməkdaşları qeyd olunan ərazidə xidmət apararkən 4 nəfər şəxsin ictimai yerdə yüksək səslə, əl-qol hərəkətləri ilə mübahisə etdiklərini görüb özlərini onlara təqdim edərək intizama dəvət ediblər. Həmin şəxslərdən biri, Mingəçevir şəhər sakini 1992-ci il təvəllüdlü Araz Məmmədov üzərindəki elektroşok cihazını çıxararaq polis əməkdaşlarına yönəldib.Muxalifet - 10-10-2016
Bakıda FACİƏVİ OLAY - Nişanlı cütlüyün maşında meyitləri tapıldı
Bu gün günorta saatlarında Bakı şəhərində nişanlı cütlüyün meyitləri tapılıb.
Belə ki, təxminən 20-25 yaşlı qızla oğlanın nəşi Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda tapılıb.
İki gün öncə cütlüyün itkin düşməsi barədə polisə məlumat daxil olub və axtarışlara başlanılıb. Bu gün isə gənclərin maşında meyitləri tapılıb.
İlkin ehtimala görə, onlar avtomobildə uzun müddət qalıb və kondisioneri işlək vəziyyətdə saxlayıblar. Maşına dolan zəhərli havadan boğulub ölüblər.Muxalifet - 10-10-2016
Tahir Pənahovun 80 illik yubileyi qeyd olundu
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika kafedrasının müdiri, fizika- riyaziyyat elmləri doktoru, professor Tahir Pənahovun 80 illik yubileyinə həsr olunmuş V Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Muxalifet - 10-10-2016
Cəlilabadda 18 yaşlı təzə gəlinin cehizləri yandı, özü qaçdı
Bir neçə gün əvvəl Cəlilabadın Böyük Bəcravan kəndində Tarverdi Allahverdiyevə məxsus ev yanıb. Qəfldən başlayan yanğın tez bir zamanda bütün otaqları bürüyüb.
Hadisə zamanı otaqda evin 18 yaşlı gəlini Aysel Abbasova və ailənin gözdən əlil nənəsi olub. Yanğından xəbər tutan qonşular ailə üzvlərini xilas etsələr də, gəlin otağından başlayan yanğından həyəcanlanaraq evdən qaçıb.
Ailə üzvləri Ayselin tapılmadığını görüb hüquq mühafizə orqanlarına da məlumat veriblər. A.Abbasova hadisədən bir gün sonra Cəlilabad şəhərində tapılıb.Muxalifet - 11-10-2016
Gürcüstan parlamentinə dörd azərbaycanlı deputat daxil oldu
Gürcüstanda keçirilən parlament seçkilərində 4 azərbaycanlı deputat mandatı qazanıb. Majoritar dairələrdə keçiriləcək ikinci turdan sonra onların sayı 5 də ola bilər.
Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faiz səslərini toplayaraq deputat mandatı qazanıblar.Muxalifet - 11-10-2016
Putin Türkiyə ilə mümkün hərbi əməkdaşlığa eyham vurdu
"Suriya ordusu ilə müxalif qruplar arasında uzalaşma üçün təkliflərimizi ortağımız Türkiyəyə təqdim etdik". “Haberturk” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.
Muxalifet - 11-10-2016
Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb
İstanbulda Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb.
TASS agentliyinin verdiyi xəbərə görə, sənədi iki ölkənin Energetika nazirləri imzalayıb.
İmzalanma mərasimində Türkiyə və Rusiya prezidentləri iştirak edib.
Bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib.
Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.
* * *21:38
Muxalifet - 10-10-2016
Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini açıqladı
Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 100% səslər hesablanıb.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.
Beləliklə, yeni parlamentdə hakim “Gürcü arzusu” (48,8%), sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası (27,1%) və “Vətənpərvərlər Alyansı” (5,006%) təmsil olunacaqlar.
Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib. Gürcüstan parlamentinin dəqiq tərkibi bir çox birmandatlı dairələrdə keçirilən ikinci turdan sonra məlum olacaq.Muxalifet - 10-10-2016
Masazırda ər arvadını öldürüb
Abşeron rayonunda qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, qanlı hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb.
Ağdam rayonundan məcburi köçkün olan Lalə Muxtarova ikinci dəfə ailə qurub. Birinci ailəsi dağılan qadın əmisi oğluna ərə gedib. Bu nikahdan iki aylıq körpələri var.Muxalifet - 11-10-2016
“Azərbaycan Qolf Federasiyası” Anar Məmmədovdan alınır
Həqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik etdiyi “Azərbaycan Qolf Federasiyası”nı itirmək üzrədir. “Azadlıq”a daxil olan məlumatlara görə, yaxın günlərdə bu federasiyanın rəhbərliyi dəyişəcək. Məlumat üçün deyək ki, Ziya Məmmədov hədəfə gələndən sonra Anar Məmmədov ölkəni tərk edib. Bəzi iddialara görə, o, Londona köçüb. Anar Məmmədovun “Qarant Holdinq”in rəhbərliyindən də istefa verdiyi bildirilir.
Yeri gəlmişkən, bəzi məlumatlara görə, “Azərbaycan Qolf Federasiyası”nın rəhbərliyinə “Azərsun Holdinq”in prezidenti Abdulbari Goozal gətiriləcək.Muxalifet - 10-10-2016
Maliyyə Nazirliyinə qarşı rüşvət ittihamı- TƏHSİL ŞÖBƏLƏRİNDƏN PUL YIĞILIR
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən, iş planına uyğun olaraq, 2016-cı ilin birinci yarısında Azərbaycan Respublikası Təhsil Nazirliyinin bir sıra rayon təhsil şöbəsində maliyyə-təsərrüfatının fəaliyyətinin təftişiylə əlaqədar apardığı yoxlamalar yerlədə narazılıqla qarşılanır. Bu haqda sosial şəbəklərdə də informasiyalar verilib.
Muxalifet - 8-10-2016
“Xocalı abidəsinin önünə güllər qoymaq istəyirdim” – ERMƏNİ YAZAR
Mən Azərbaycana gəlib Xocalı abidəsinin önünə güllər qoymaq, məscidə gedib müsəlmanlarla birlikdə dua etmək və sonra da dənizdə üzmək istəyirdim, Vahe Avetian BBC Azərbaycancaya müsahibəsində deyib.
"Mənim vizam olmadığına görə mənə girişə icazə verilmədi. Ümid edirəm növbəti səfərimdə viza şərtini aradan qaldırılar", cənab Avetian Azərbaycana sülh məqsədilə gəldiyini vurğulayır.Muxalifet - 11-10-2016
Gürcüstanda müxalifət nə üçün qalib gələ bilmədi?
Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat partiyası qalib gələ bilmədi və onun Gürcüstana dönüşü 4 il təxirə salındı.
Gürcüstanda növbəti parlament seçkiləri başa çatsa da, 60 məntəqədə təkrar səsvermə keçiriləcək, çünki qalib namizədlər 50 faizlik həddi keçə bilməyib.
Bu seçkilər istər ümumi Gürcüstan, istərsə də bu ölkədə yaşayan və namizədliyini irəli sürmüş azərbaycanlılar baxımından ilklərə səbəb oldu.Muxalifet - 11-10-2016
“Metroda gediş haqqı artırıla bilər” – RƏSMİ AÇIQLAMA
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə müsahibə verib.
O, müsahibəsində metroda gediş haqqının artırılmasıyla bağlı yayılan məlumatlara aydınlıq gətirib.Muxalifet - 11-10-2016