Axtarış

The search found 105705 results in 0.008 seconds.

Search results

  1. ​Həbsdə olan Əli İnsanova daha 3 ay iş verildi

    Bu gün Qaradağ Rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş səhiyyə naziri Əli İnsanovun üç ay müddətinə həbs edilməsi haqqında qərar qəbul edib.
    Bu barədə Turan-a Ə.İnsanovun vəkili Toğrul Babayev bildirib.
    Bu qərar İnsanova qarşı irəli sürülmüş yeni narkotik saxlamaq və yaymaq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək ittihamları ilə bağlıdır.

    Muxalifet - 11-10-2016

  2. ​Çavuşoğlu Hillari Klintona xəbərdarlıq etdi

    ABŞ prezidentliyinə namizəd Hillari Klintonun PKK-nın Suriya qolu olan PYD-yə silah tədarükünün gərəkli olmasına dair bəyanatı terrorizmə dəstəkdir.
    Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
    M.Çavuşoğlu bildirib: "Bu baş verərsə, ABŞ terroru dəstəkləyən ölkəyə çevriləcək. Biz sadəcə dostcasına xəbərdarlıq etmək istəyirik: terrorçularla əməkdaşlıq edənlər onlarla əlbirdirlər”.

    Muxalifet - 12-10-2016

  3. ​DÇ-2018: Azərbaycan millisi daha bir xal qazandı

    Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Azərbaycan milli komandaları qarşılaşıb. 90 dəqiqə ərzində komandalar bir neçə təhlükəli hücumlar qursalar da, hesabı aça bilməyiblər.
    Qeyd edək ki, millimiz bu oyunla xal ehtiyatını 7-yə çatdırıb, və qrupda ikinci pillədəki yerini daha da möhkəmləndirib.
    Digər oyunlarda bu nəticələr qeydə alınıb:

    C qrupu

    Almaniya - Şimali İrlandiya - 2:0

    Nprveç - San Marino - 4:1

    Çexiya - Azərbaycan - 0:0

    E qrupu

    Muxalifet - 12-10-2016

  4. ​ Saakaşvilinin partiyası parlamentə gedəcək

    Gürcüstanın ana müxalifət partiyası hesab edilən “Vahid Milli Hərəkat” partiyasının seçkilərdə deputat mandatı qazanmış namizədləri parlamentə gedəcəklər.
     
    Partiyanın üzvü, ilkin məlumatlara görə proporsional siyahı üzrə deputat mandatı qazanmış Azər Süleymanov bildirib ki, bu barədə partiyanın siyasi şurasının oktyabrın 11-də keçirilmiş iclasında qərar qəbul olunub.
     

    Muxalifet - 12-10-2016

  5. KƏRBƏLA FACİƏSİ: DİN, YOXSA TARİX?

    (Tarixi hadisəni dini ayin kimi təqdim edərək festival, karnaval keçirmək yolverilməzdir)
     

    Muxalifet - 12-10-2016

  6. ​“Nar” AICT-2016 beynəlxalq konfransına dəstək verdi

    Mobil operator “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusundakı elmi konfransda təmsil olundu

    Muxalifet - 12-10-2016

  7. Ştaynmayer Dağlıq Qarabağı “qara dəlik” adlandırdı

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmeyer çıxış edib.
    Almaniya XİN başçısı Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyəti haqqında danışarkən bu məkanda baş verən münaqişələrə, tanınmamış ərazilərə diqqət çəkib.

    Muxalifet - 13-10-2016

  8. ​ Türkiyədə daha 109 hərbi hakim vəzifəsindən çıxarılıb

    Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyədə daha 109 hərbi hakim vəzifəsindən çıxarılıb.
    "Haber7" qəzeti yazır ki, bu tədbirlər çərçivəsində ümumilikdə 259 hərbi hakim işdən uzaqlaşdırılıb.

    Muxalifet - 13-10-2016

  9. Cahangir Hacıyevə sabah hökm oxunacaq

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə hökmünün elan ediləcəyi tarix məlum olub.
    Belə ki, həmin şəxslərə oktyabrın 14-də hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda hökm oxunacaq.

    Muxalifet - 13-10-2016

  10. ​İş adamının evində axtarış aparıldı

    Polis və xüsusi təyinatlılar Rusiyanın Sankt-Peterburq şəhərinin “Pravda” küçəsində yerləşən “Ermitaj” otelində və onun direktoru Malik Babayevin Peterqovda yerləşən evində axtarış aparıblar.
    “Crimerussia”nın verdiyi məlumata görə, Malik Babayevin evindən sənəd, notbuk və disklər götürüblər.
    “Ermitaj” oteli “Beynəlxalq Baltik İnvestisiya Şirkəti”nə (MBİK) məxsusudur. Otelin təsisçisi Malik Babayev və “Stroykorporasiya OKSMİ” MMC-dir. Otelin baş direktoru isə Elşən Babayevdir. Muzeyin brendinin oteldə istifadə edilməsinə dair razılıq alınıb.

    Muxalifet - 13-10-2016

  11. ​Azərbaycanlı deputatlığa namizədin tərəfdarları həbs edildi - GÜRCÜSTANDA

    Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında aksiya keçirilir.
    APA-nın xəbərinə görə, aksiya ötən gecə rayonun Qızılhacılı kənd sakinlərinin saxlanılmasına etiraz olaraq təşkil edilib. Aksiyaya 300-ə yaxın şəxs qatılıb. Deputatlığa namizədlər Əhməd İmanquliyev, Azər Süleymanov, İsrafil Bayramov və Mahir Dərziyev də Polis İdarəsinin qarşısına gəliblər.
    Saxlanılan şəxslər barəsində cinayət işi başlandığı bildirilir.

    Muxalifet - 13-10-2016

  12. ​Əli İnsanovun apellyasiya şikayəti təmin olunmadı

    Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
    Prosesə hakim Kəmalə Abiyeva sədrlik edib. Sabiq nazirin apellyasiya şikayəti təmin olunmayıb.
    Qeyd edək ki, bir müddət əvvəl 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Əli İnsanovun Nəsimi Rayon İcra Şöbəsinə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə iddianı təmin etməyib. Şikayət həmin qərardan verilib.

    Muxalifet - 13-10-2016

  13. ​Sabiq milli təhlükəsizlik nazirinin qardaşı həbs olundu

    Naxçıvanda muxtar respublika Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərovun böyük qardaşı Əli Ələsgərov vergi ödənişindən boyun qaçırma ittihamı üzrə həbs edilib.
    “Turan” xəbər verir ki, Ə.Ələsgərov barəsində 3 aylıq həbs qərarı çıxarılıb.
    Əli Ələsgərov sahibkardır. Onun biznesi qardaşı muxtar respublika MTN-inə rəhbərlik etdiyi dövrdə çiçəklənib. Belə ki, onun Ordubadda broyler fabriki, Şərurda balıqyetişdirmə müəssisəsi və ictimai-iaşə obyektləri olub.

    Muxalifet - 14-10-2016

  14. ​Nurçular Gülənin ayaqqabılarında su içirlərmiş...

    Fəthullah Gülənin tərəfdarları dindirmələrdə etiraf edirlər ki, vaizin geydiyi çəkmələrdən su içir və aldıqları "xeyir-dua verilmiş" dollarları paltarlarında gizlədirlərmiş.
    Virtualaz.org “Sputnik”ə istinadən bildirir ki, bunu jurnalistlərə Türkiyənin Xarici İşlər Nazirliyində deyiblər.
    "Bu insan təşkilatı qurdu, amma ölkəyə xidmət üçün yox, həmin quruma və şəxsən Gülənə xidmət üçün. Bundan başqa, bu həm də terror təşkilatıdır, o praktik olaraq sekta idi", — Türkiyə XİN-in nümayəndəsi vurğulayıb.

    Muxalifet - 14-10-2016

  15. Xarici valyutaların bu günə olan rəsmi MƏZƏNNƏSİ

    Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnələrini açıqlayıb.
    AMB-dən verilən məlumata görə, əsas xarici valyutaların bu günə olan rəsmi məzənnələri aşağıdakı kimi müəyyənləşdirilib:
     
    1 ABŞ dolları - 1,5970 manat
    1 avro - 1,7613 manat
    1000 Rusiya rublu – 25,30 manat
     

    Muxalifet - 14-10-2016

  16. ​23 yaşlı oğlan intihara cəhd etdi - QUBADA

    Quba rayonunda intihara cəhd qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Şabanov Şahlar Zülfüqar oğlu özünü yaşadığı evdə asıb. Yaxınlarının köməkliyi ilə xilas edilən gənc Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müvafiq tibbi yardımdan sonra vəziyyəti normal qiymətləndirilir.
    Fakt bağlı araşdırmalar davam etdirilir.

    Muxalifet - 14-10-2016

  17. Dünyada ən çox milyarder bu ölkədədir

    Dünyada ən çox milyarder Çindədir.
    Bu barədə mərkəzi ofisi Şanxayda yerləşən biznes, iqtisadiyyat və araşdırma jurnalı “Hurun Report”un açıqladığı məlumatda deyilir. Bildirilir ki, Çində 594 milyarder iş adamı var. Siyahıda ikinci sırada isə 535 milyarder ilə ABŞ yer alıb.
    Çin keçən il 596 milyarder ilə 537 milyarderə malik ABŞ-ı ilk dəfə geridə qoyaraq siyahıya başçılıq etmişdi.

    Muxalifet - 14-10-2016

  18. ​Bu gün Cahangir Hacıyevə hökm oxunacaq

    Bu gün “Beynəlxalq Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmədə hökm oxunacaq.
    Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas saat 10-da başlanacaq. Hakimlər 4 günlük müşavirədən sonra bu gün hökmü elan etməlidir.

    Muxalifet - 14-10-2016

  19. ​Galaxy Note 7 telefonunu geri çağırmaqla Samsung 3 milyar dollar itirir

    Smartfon istehsal edən dünyanın ən böyük şirkət ümumilikdə 5 milyard dollar itirəcəyini praqnozlaşdırır
     
    Yeni smartfon Galaxy Note 7 telefonlarının yanması səbəbindən onun istehsalını dayandırması növbəti iki rübdə Cənubi Koreya məhsulu olan Samsung şirkətinin gəlirlərini 3 milyard dollara qədər azaldacaq.
    Şirkətin yaydığı son hesabata əsasən bu ilin üçüncü rübündə şirkətə dəyən zərər iki milyard dollar həcmində olub.

    Muxalifet - 14-10-2016

  20. XALQIN ŞƏHİDLƏRİ

    Xalqın, millətin, dövlətin, dövlətlər içərisində başını UCA EDƏN millətin LAY DİVAR oğullarına İLAHİ vəzifəni yerinə yetirənlərə, aprel şəhidlərinə cəm şəhidlərin RUHU qarşısında xalq, millət TÜRK dünyası baş əydi, əyəcək
     
    “Ən üstün şəhidlər o kəslərdir ki, birinci xətdə şəhid olurlar”
    Məhəmməd Peyğəmbər (S.Ə.S)
                         

    Muxalifet - 14-10-2016

Pages