XALQIN ŞƏHİDLƏRİ

Xalqın, millətin, dövlətin, dövlətlər içərisində başını UCA EDƏN millətin LAY DİVAR oğullarına İLAHİ vəzifəni yerinə yetirənlərə, aprel şəhidlərinə cəm şəhidlərin RUHU qarşısında xalq, millət TÜRK dünyası baş əydi, əyəcək
 
“Ən üstün şəhidlər o kəslərdir ki, birinci xətdə şəhid olurlar”
Məhəmməd Peyğəmbər (S.Ə.S)
                     
Şair, meyxana ustası Nəcməddin Akif oğlu Savalnov ölməyib, ruhu vətən torpaqlarında dolaşır, bir ürəyi yaralı, həyat yoldaşı Akifi avtoqəzada itirən anan Ramilə müəllimənin, ömür boyu ağlayacağı, fəryad çəkəcəyi sənə görə olacaq Nəcməddin balamız. Atan Akifi avtomaşın vuranda sənin iki yaşın, sən şəhid olanda3-cü üvladın, oğlun Pərvizin iki yaşı oldu. Taleyə baxın, qismətə baxın, bəlkədə səni şair eyləyən böyük YARADAN atan Akifə, bir üzü gəlin, bir üzü qız qalan anan Ramiləyə böyük sevgin idi ki, bu sevgini, ana vətənin xilası naminə, vətənin xilasına qurban verdin. Vətənin böyük oğlu ABBAS SƏHƏT elə belə deməmişdi ki;
Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim
Həm də atasız böyüdülməyin, ananın qəmli gözləri, anana böyük sevgidən şair, meyxanaçı oldun. Ananın kədərini beləcə dünya boyu ifadə etdin, vətəni sevdin, vətənin əsgəri, zabiti, komandiri, dirilik verənlərindən oldun. Axı vətən elə ANA-nın özüdür ki, sevgini belə ifadə etdin. Anasını sevən vicdanı oyaq KİŞİLƏR VƏTƏNİ beləcə sevməli idi ki, təsdiq etdin.
Vətəni sevməyən insan olmaz
Olsada o, şəxsdə vicdan olmaz.
Sən vicdansız, fərari, qaçıb xaricdə gizlənənlərə tərs şillə vurdun, demək istədin ki; “Ananı sevmirsən, amma sevməlisən, laqeydsənsə, manqurtsan”-demək istədin, Nəcməddin kişi.
... Balaca qardaşım Mirzalının da atamız Əvəz  xərçəngdən dünyasını dəyişəndə iki yaşı var idi. 2001-ci il, öz həyətimizdə, şadlıq sarayında deyil, məhz öz həyətimizdə toyunu, meyxanaçı dostları və səndə aparırdın Nəcməddin kişi.
52 yaşında həyat yoldaşını itirən anam Pürüzə 83 yaşında ölənə qədər cavan həyat yoldaşın ağladı, anamın səsinə daş ürəkli kişilərdə ağlayardı. Mirzalının toyunda sənin boynunu qucaqladı: “Ədə səsinə, boyuna yaraşığına bu nənən qurban olsun, Allah Ramiləyə bir üzü qız, bir üzü gəlin, xanımlar xanımına görə, səni bədnəzərdən qorusun”-demişdi.
Dünya durana qədər Ramilə müəllimə, həyat yoldaşı Akifi xışın-xışın ağlayan ismət simvolu anan, səni  anam Pürüzə kimi fəryadlı, kədərli kəlmələrlə ağlayacaq. Allah, ulu Tanrı, Ramilə müəlliməni, üç körpəni qorusun. Bu il birinci sinifə gedən Fidan qızlarını Leyla və Nurayı əmiləri məktəbə apardılar, ən böyük  arzun qızlarını məktəbə özün aparmaq idi. Çünki, səni də məktəbə əmilərin aparmışdı.
Anan Ramilə müəllimə işlədiyi məktəbə gedəndə məktəbin bütün guşəsində şəhid, yaraşıqlı balasının şəkillərinin qarşısında qərənfil, qızılgül buketlərini görəndə, şəklilləri görəndə diz çöküb, oturub fəryad çəkmiş ağlayanda bütün müəllim və şagirdlər töklülüşüb onu qucaqlayıb, ağlamışdılar. Axı sən o, məktəbdə oxumuş, təhsil almışdın.
Dəfn mərasimində üç az yaşlı Fidanlarını, balalarını başçı V.Hacıyev qucağına götürüb, göz yaşlarını saxlaya bilməyib, dolumsınaraq çıxış edəndə on minlərlə insanlar, İmişlilər, Müdafiə nazirlik rəhbər heyəti, zabit yoldaşların və əsgərlərin hamı ağlayırdı, övladların sənin öyrətdiyin vətən əsgər şerlərini söyləyəndə, namərd də olsa, düşməndə ağlayar, quş qanad salardı. Kişi, igid ölümü belə olar eey.
Yaaralı ikən, komandan ayılanda, sevərək evləndiyin həyat yoldaşına : “Az kiteli i hazırla, əsgərlərimi tək buraxa bilmərəm”-demisən.
Qəhrəmanlığın qarşısında baş əyən Ali Baş Komandan İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva səni palatada yoxlayanda, gözəl çöhrənə baxıb gözü dolub  əmr verib: “ Bütün diqqətinizi, əməyinizi bu igidlərin sağalmasına sərf edin, Türkiyədən, xaricdən təcrübəli həkimlər gətiirin”-deyib.
Analar anar ağlar
Telini hörər ağlar
Dönər ağ göyərcinə
Yollara qonar ağlar...
Nəci, Ramilə qədər ismətli, həyalı, gündüzlər müəllim, gecələr mal-qara saxlayıb, əziyyətlə övlad böyüdəni “Ağ göyərçinə” çevirdin. Döz Ramilə bacı, döz, başını dik tut, düşmən onsuzda öz-özünü didir, ULU YARADAN sənin göyərçinə dönməyinə dözməz. Hələ Nəcmi qan töküb, şəhid olduğu torpaqda, gəzdiyi dilbər diyarda gəzməli, ismətli çöhrənə, qəmli gözlərinə, o, torpaqda yetişən Nəcməddin, Rasim, Raqub, Toğrul, Cavid çiçəkləri qırmızı, ağ, sarı qızılgüllər, dağ lalələri O, şəhid qanları ilə suvarılmış çiçəklər, sənin kimi analara salam verəcək. Axı o, çiçəklər səni və igid oğul analarını həsrətlə gözləyir. Mübarizənin önündə gedən insanlar,topluma dinamika verən, cəmiyyəti, laqeydlikdən xilas edənlər- İLAHİ dərgahda əziz tutulanlardır. Onlardır topluma dirilik verən, məhv olmaqdan xilas edən, təbii ki, həyatlarını da qurban verənlər, öncüllükləri səbəbindən  dünya burduqca əziz tutulanlardır.
Xəstə yatanda Abdulla Qurbani Nəcməddinə döyüş igidliyinə görə medal təqdim edəndə Nəcməddin medalı götürməyib: “Medalı igidə at belində, döyüşdə verərlər. Sağalıb əsgər və zabit yoldaşlarımın yanında, hərbi hissəmə qayıdanda, medalı oraya gətirib verərsiniz”-deyibmiş. Bu özü böyük, kişi qüruru idi.
Raqub Orucovun oğlunun toyunu sən şair, meyxanaçı Nəcməddin aparmısan, internetdə bütün dünya azəri türkləri izləyir. Tək bacının, tək qardaşı, ata-anasız böyüyən, bacı saxlayan zabit dostun LAY DİVAR kişi Toğrul Məmmədov, səndən 62 gün sonra, zəlil və yer üzünün ən iyrənc düşmən gülləsinə tuş gəldi, sənə qovuşdu, ad gününün səhəri, qəbuluna dost kimi gəldi, şəhid oldu, sizlər İmam Hüseyn(Ə) kimi şəhidlik zirvəsinə yüksəldiniz.
Nəcməddinlər, Rasim Məmmədov, Raqub Orucov, Toğrul Məmmədov, Cavid Dədəkişiyev, cəm aprel döyüşçüləri, az qüvvə ilə, düşmənə ağır məğlubiyyət daddırıb, bu xalqın sınmış qürurnu özünə qaytardınız, Ali Baş Komandanı qürurlandırıb, başını uca edib, artıq düşmənin gözünün içinə ləzzətlə baxmağa yol açıb: “Biz yenilməz xalqa, biz Qarabağa, Zəngəzura dönəcəyik”-mesajını ürəklə verdirdiniz. Bu xalqa bu dövlətə baş ucalığını aprel şəhidləri verib, yenilməz xalq olduğumuzu subut etdiniz, dünyanın hegomonlarını, 9 milyonluq xalqın yiyəsinin ayağına 100 milyonların rəhbərliyini, prezidentlərini gətirdiniz. Bu millətin LAY divar oğulları, bütün dünyaya sübut etdiniz ki; “Biz yenilməz xalqıq, bizim güclü ordumız var”.
28 aprel 1920-ci il müstəqilliyini itirmiş xalqın, 02.04.2016-cı il, müstəqillik simvolları şəhid kişilər, işğalçıları, onların hamillərinə tərs şillə daddırdılar.
Uşaqlığında hərbiçi əmilərinin paltarlarını geyib: “Mən hərbiçi olub, vətənin keşiyini çəkəcəm”-deyən, başdan-ayağa fitri istedad olan qəlbi vətən eşqi ilə döyünən, heç vaxt üzünə gülüş qonmayan fikirli gəzib-dolaşan, öz biliyinə, təhsilinə görə Ali Hərbi Akedemiyanı bitirən kişinin bir amalı var idi. Vətəni, azad, müstəqil, bütöv görmək və Mübariz İbrahimova bənzər əsgərlər yetişdirmək. Sən yenədə arzuna çatdın. 2 strateji əhəmiyyətli postun alınnması, düşməni vahiməyə məcbur etmək, arxaları, dayıları rus olmasa idi, vicdansız, dünyada Puşkin demişkən: “Qorxaq, rəzil, satqın erməni, pərən-pərən idi”.
03 oktyabr müsəlman dünyası Əhli Beyti, İmam Hüseyn(Ə), Kərbəla şəhidlərini yad edir. Dünyanın Qəhrəmanlıq, Kişilik, insanlıq simvolu Hüseyn(Ə)  Əhli-Beyti yad edir, ağlayır. Bizlərdə həm Hüseyn(Ə), Həmdə öz şəhidlərimizi ağlamalı vətənin başını uca edənləri yad etməyi qan yaddaşımıza hopdurmadıqca vətən daim qan ağlayacaq. Imam Cəfəri Sadiq(Ə) deyirdi: “Heç bir şəhid yoxdur ki, İmam Hüseyn(Ə)-lə birgə olmaq istəməsin. Bizlər, bu xalq şəhidlərimizin qanı, əsir, girov, itkin düşmüşlərin qanı ilə suvarılan o, torpaqlara dönməliyik. Hər il yaz gələndə o, torpaqlarda şəhid qanları ilə suvarılmış lalə, bənövşə çiçəkləri gözləyəcək həm vətənləri, doğmalarını o, çiçəklərə salam verməyə, baş əyməyə az qalıb. Qarabağımızı Hüseyni edən LAY DİVAR oğullar sizlərə min RƏHMƏT. Məhəmməd Peyğəmbər (S.Ə.S): “Behişə birinci daxil olan şəhiddir”-deyib.
Şəhidlər İmam Hüseyn (Ə)-lə birgə behşitə daxil olacaqlar. Şəhidliyin zirvəsi elə özü İmam Hüseyn(Ə)-lə birgə olmaq arzusu, niyyətidir.
 
Məhbub Zülfüqarlı