Axtarış
The search found 105705 results in 0.012 seconds.
Search results
««Made in Azerbaijan» qulağa yaxşı gəlir, amma…»
Qubad İbadoğlu: “Azərbaycan məhsullarına dünya bazarlarında çox nadir hallarda rast gəlirik”
“Hamının başı qarışmışdı neftdən gələn pulları dağıtmağa...”
Muxalifet - 7-10-2016
Barak Obama ABŞ prezidenti seçkilərində səs verdi
ABŞ prezidenti Barak Obama dövlət başçısı seçkilərində vaxtından əvvəl səs verib.
Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Amerika lideri səs hüququndan prezident seçildiyi vaxta qədər yaşadığı Çikaqoya səfəri çərçivəsində istifadə edib.
Obama prezident vəzifəsində ikinci müddətini 2017-ci ilin yanvarında başa vuracaq. Amerika qanunlarına görə, o, üçüncü dəfə seçilə bilməz.Muxalifet - 8-10-2016
Gürcüstanda səsvermə başa çatdı - HAKİM PARTİYA ÖNDƏDİR
Gürcüstanda parlament seçkilərində səsvermə başa çatıb.
3645 seçki məntəqəsində səhər 08.00-da başlayan səsvermə 20.00-da başa çatıb. Ölkədə 3,51 mln seçici qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasının xəbərinə görə, saat 17:00-a qədər 42,05 faiz və ya 1,477 mln. seçici səs verib.
Seçkilərin ilkin nəticələrinin sabah 06.00 elan olunacağı gözlənilir. Ekzit-polların ilkin gösrtəricilərinə əsasən, partiya siyahıları ilə səsvermədə hakim partiya öndədir.Muxalifet - 8-10-2016
Azərbaycan Norveçə qalib gəldi - ŞOK QƏLƏBƏ
Bakı Olimpiya Stasionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Norveç milli komandaları arasında matç başa çatıb.
Oyunun 11-ci dəqiqəsində Maksim Medvedevin dəqiq zərbəsindən sonra yığma komandamız hesabda irəli çıxıb – 1:0.
Oyun elə bu hesabla da bitib.
Xatırladaq ki, seçmə mərhələnin ilk oyununda millimiz səfərdə San-Marino yığmasına 1:0 hesabı ilə qalib gəlmişdi.
Tarixində ilk dəfə seçmə mərhələni dalbadal iki qələbə ilə başlayan komandamız hazırda qrupda 1-ci yerdədir.Muxalifet - 8-10-2016
Birmandatlı dairələrdə seçkilərin ikinci turu keçiriləcək - GÜRCÜSTANDA
Gürcüstanda bir çox birmandatlı dairədə ikinci tur parlament seçkilərinin keçiriləcəyi gözlənilir.
APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jivaniya bildirib.Muxalifet - 9-10-2016
Sabah Trampın namizədliyi ləğv oluna bilər - YENİLƏNİB
ABŞ Respublikaçılar Partiyasının rəhbərliyi sabah partiyanın Milli Komitəsinin iclasının çağırılması barədə qərar verib.
“Associated Press” agentliyinin verdiyi məlumata görə, iclasda partiyanın ABŞ prezidentliyinə namizədi milyarder Donald Trampla bağlı məsələnin müzakirə olunacağı gözlənilir.Muxalifet - 9-10-2016
NEFTÇALDA DƏHŞƏT: ər arvadını ürəyindən vurdu
Bu gecə Neftçala rayonunda ər arvadını qətlə yetirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Birinci Qaralı kənd sakini 1978-ci il təvəllüdlü Qafarov Ceyhun Abdulhüseyn oğlu həyat yoldaşı 1985-ci il təvəllüdlü Qafarova Aygün Arif qızını ürək nahiyəsinə bıçaq zərbəsi endirərək qətlə yetirib.
A. Qafarova 3 uşaq anasıdır. Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 9-10-2016
Respublikaçılar Trampı dəstəkləməkdən imtina edir
ABŞ prezidenti postuna Respublikaçılar partiyasından namizədliyi irəli sürülən Donald Trampın qadınlar barədə təhqiramiz ifadələrinin əks olunduğu videoçarx dərc edildikdən sonra bir sutka ərzində 40-dək nüfuzlu respublikaçı onu dəstəkləməkdən imtina edib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, Trampı dəstəkləməkdən imtina etmiş respublikaçılar arasında nüfuzlu senator, 2008-ci ildə prezidentliyə namizədliyini irəli sürmüş Con Makkeyn, sabiq dövlət katibi Kondoliza Rays, Kaliforniyanın keçmiş qubernatoru, tanınmış aktyor Arnold Şvartsneqqer və sairləri var.Muxalifet - 9-10-2016
Baş nazir Marneulidə xəsarət alan polis zabitinə baş çəkdi
Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma zamanı xəsarət alan polis əməkdaşlarından biri azərbaycanlıdır.
APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, polis zabiti Ramin İsmayılov ötən gün Gürcüstanda keçirilmiş parlament seçkiləri zamanı Marneuli rayonunun Qızıl Hacılı kəndindəki 48 saylı seçki məntəqəsində hakim "Gürcü arzusu"partiyası və “Vahid Milli Hərəkat” müxalifət partiyasının tərəfdarları arasında baş vermiş kütləvi qarşıdurmanın qarşısını alarkən ağır xəsarət alıb. Onun xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.Muxalifet - 9-10-2016
Saakaşvilinin partiyası Tiflisdə etiraz aksiyası keçirir
Gürcüstanda parlament seçkilərinin ilkin nəticələrinə görə hakim “Gürcü arzusu” partiyasına məğlub olan Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası MSK binasının qarşısında etiraz aksiyası keçirir.
Hurriyyet.org “RİA Novosti”yə istinadən xəbər verir ki, “Vahid Milli Hərəkat” partiyasının üzvləri və tərəfdarları MSK-nın qarşısına toplaşıb. Binanın mühafizəsi gücləndirilib, patrul polisindən başqa əraziyə xüsusi təyinatlılar cəlb olunub.
Etirazçılar və polis arasında qarşıdurma baş verməyib.Muxalifet - 9-10-2016
Seçki məntəqələrinin 50,41 faizində “Gürcü arzusu” liderliyini qoruyub
Gürcüstanda parlament seçkilərində məntəqələrin yarısı üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim “Gürcü arzusu” partiyası səslərin yarıdan çoxunu, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası isə ¼ - dən çoxunu toplayıb.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında bildirir.Muxalifet - 9-10-2016
Toyuna hazırlaşan DİN əməkdaşı qəzada öldü
Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə ötən gecə Qəbələ rayonunun Zarağan kəndi ərazisində qeydə alınıb.
Qəbələ rayon sakini 1995-ci il təvəllüdlü Süleymanov Səbuhi Səxavət oğlu idarə etdiyi 36-BB-211 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Göyçay rayonu Bığır kənd sakini 1995-ci il təvəllüdlü Xəlilov Elşən Şəfəq oğlunu vurub.Muxalifet - 9-10-2016
Xəzərdən cəsəd tapıldı – BALIQÇI BATIB
Oktyabrın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.
FHN-nin verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.Muxalifet - 9-10-2016
ABŞ-da polislər güllələndi: 2 ölü, 1 yaralı
ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs tapançadan açdığı atəşlə iki polis işçisini öldürüb, birini isə yaralayıb.
Bu barədə Fox News telekanalı məlumat yayıb.
RİA Novosti informasiya agentliyi xəbər verir ki, insident şənbə günü Palm-Sprinqs şəhərində qeydə alınıb. Polis naryadı ailə münaqişəsini yoluna qoymaq üçün fərdi evlərdən birinə gəlib. Evin sakinlərindən biri söhbət əsnasında tapançasını çıxararaq polislərə atəş açıb. İki polis əməkdaşı hadisə yerində keçinib.Muxalifet - 9-10-2016
Azərbaycan erməni təxribatına cavab verdi
Moskvada Fight Nights Global 53 döyüşləri keçirilib. 57,2 kq-a qədər çəki kateqoriyasında azərbaycanlı Elnar İbrahimov litvalı Oleq Liçkovaxuya qalib gəlib. Amma Moskvadakı döyüş gecəsi bizim üçün yalnız bununla yadda qalmayıb. Ermənilər burada da növbəti təxribat təşkil etməyə cəhd göstəriblər.
Belə ki, Elnara qədər Vartan Asatryan rinqə çıxıb və döyüşünü udub. Sonra öz qələbəsini Dağlıq Qarabağa həsr etdiyini bildirib və tanınmamış "Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıb. Bundan başqa, separatçı qurumun bayrağının təsviri onun tumanında da əks olunub.Muxalifet - 9-10-2016
“İsgəndər” raketi ABŞ-ın kəşfiyyat peykini tutdu
ABŞ kəşfiyyatı Rusiyanın Kalininqrad vilayətində “İsgəndər-M” operativ-taktiki raketlərini yerləşdirdiyini müəyyən edib.
Muxalifet - 9-10-2016
Çeçenistanda döyüşlər
Çeçenistanda polis əməkdaşları ilə silahlı şəxslər arasında atışma baş verib.
Virtualaz.org-un TASS-a istinadən məlumatına görə, Qudermesk rayonunun Enqel-yurt və Gerzel yaşayış məntəqələri arasında polis postları qurulub: "Polis əməkdaşları postun yaxınlığından keçmək istəyən iki avtomobili saxlayaraq onları yoxlamaq istəyiblər. Lakin bu zaman avtomobillərdəki şəxslər polisə atəş açıblar", - deyə mənbə bildirib.
O, qeyd edib ki, bu zaman polis əməkdaşları da silahlılara atəş açıblar.
Nəticədə 8 silahlı öldürülüb, 4 polis əməkdaşı yaralanıb.
Muxalifet - 9-10-2016
Türkiyədə hərbi posta bombalı hücum: 6 əsgər şəhid oldu
Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsindəki hərbi postda bomba yüklü avtomobilə hücum olub. Nəticədə 6 əsgər şəhid olub.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Terror aktını PKK terror təşkilatı törədib. Partlayış nəticəsində aralarında mülki şəxslərin də olduğu 7 nəfər yaralanıb.Muxalifet - 9-10-2016
Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 9-10-2016
Sabah güclü külək əsəcək, qısamüddətli yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Muxalifet - 9-10-2016