Axtarış
The search found 105705 results in 0.007 seconds.
Search results
Bakıda şagird müəllimələrə hücum çəkdi - müəllimənin gözü kor oldu
Paytaxtın Suraxanı rayonunda şagird müəllimələrə hücum edib və ona xəsarət yetirib.
Publika.az-a xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib.
İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, əlindəki alətlə Sevinc adlı müəllimənin sifətinə xəsarət yetirib.
Qəsəbə sakinlərindən birinin əməkdaşımıza verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb.Muxalifet - 3-10-2016
Ucar sakini aclıq aksiyasına başladı – İCRA BAŞÇISI YAŞAR MƏMMƏDOVA ETİRAZ
Ucar rayonu 20 Yanvar küçəsi, döngə 15, ev 17 sakini Qüddəsərov Xəyal Müşfiq oğlu tərəfindən muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub.
Müəllif yazır ki, hazırda Quba Rayon İcra Hakimiyyətinin başçısı olan Yaşar Məmmədovun ona qarşı etdiyi qanunsuzluğa görə 03 oktyabr 2016-cı il tarixdən aclıq aksiyasına başlayıb:Muxalifet - 3-10-2016
YERİN ALTINI DA, ÜSTÜNÜ DƏ BİLƏN REKTOR!
Və yaxud BDU-dakı həqiqətlərin üzə çıxması kimləri narahat edib?
Muxalifet - 30-09-2016
Akif Çovdarovun vəkilinin vəsatəti təmin edilib
Prosesdə S.Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edib.
Vəkil bildirib ki, təqsirləndirilən şəxslər hərbi qulluqçu olduğu üçün cinayət işinin Hərbi Məhkəməyə göndərilməsinə baxmayaraq həbs qətimkan tədbirinin Səbail Rayon Məhkəməsində seçilməsi doğru deyil: "Qanunla təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri Hərbi Məhkəmədə seçməli idi. Əgər Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilibsə, onda cinayət işinə Bakı Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Mənim qaldırdığım vəsatətə hazırlıq iclasının yekununda baxılacaq".Muxalifet - 4-10-2016
Ərdoğan Putinlə Obamanı barışdırmağa çalışacaq
Türkiyə Suriyada atəşin dayandırılması rejiminin bərpası üçün - hansı ki, ABŞ-ın və Rusiyanın razılaşması nəticəsində əldə olunmuş, amma sonradan ləğv edilmişdi, - iş aparır.
“Haberturk” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Ərdoğan ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putinlə bu imkanı telefonla müzakirə edəcək.Muxalifet - 4-10-2016
Azərbaycanda 1,5 milyardlıq problemli kredit var
Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il sentyabrın 1-nə 1 592,9 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 5,9% və yaxud 88,5 mln. manat çoxdur.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,6%, illik müqayisədə isə 19,4% artıb.
Avqustun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət iyulun sonunda 9%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin iyul ayının sonunda isə 6,6% olub.
Muxalifet - 4-10-2016
FİFA 11 ölkənin milli assosiasiyasını cərimələdi
FİFA 11 milli assosiasiyanı cərimələyib.
Qurumun rəsmi saytında verdiyi məlumata görə, buna həmin ölkələrin yığma komandalarının azarkeşlərinin 2018-ci il dünya çempionatının seçmə oyunları zamanı diskriminasiyalı və qeyri-idman hərəkətləri səbəb olub.
FİFA sanksiyalarına məruz qalan assosiasiyalar bunlardır: Honduras (65 min avro), Albaniya (50), Salvador (45), Meksika, Peru, İtaliya (hər üçü 30), Argentina, Paraqvay (hər ikisi 25), Kanada, Çili, Braziliya (hər üçü 20).Muxalifet - 4-10-2016
“Microsoft” şirkəti Azərbaycana xəbərdarlıq edib
“Microsoft” şirkəti yeni iş mövsümü ərəfəsində Azərbaycanda kiberhücumların artdığını vurğulayır. “Digital.Report” saytının verdiyi xəbərə görə, şirkətin yaydığı məlumatda bildirilir ki, Proqram Təminatı İstehsalçıları Assosiasiyasının (BSA) apardığı araşdırmalarının nəticələrinə görə, Azərbaycanda istifadə edilən proqram təminatının (PT) 84%-i lisenziyasızdır (qanunsuz), ölkədə piratçılığın səviyyəsi isə yüksək olaraq qalır.
Muxalifet - 4-10-2016
“Məni sərhəddə alqışla qarşılayacaqlar…” – Saakaşvilidən gürcü iqtidarına ismarıc
Gürcüstanın eks-prezidenti, Odessa vilayətnin qubernatoru Mixail Saakaşvili bir daha bəyan edib ki, vətəninə qayıdacaq.
Saakaşvili onu sərhəddə yerli sakinlərin alqışla qarşılayacaqlarına əmin olduğunu da vurğulayıb.
“Mən, mütləq qayıdacağam və yeni hökumətin komlektləşməsinə fəal qoşulacağam. Məni həbs etməyi vəd edənlər, sərhəddə məni alqışla qarşılayacaqlar…
Əziz Gürcüstan vətəndaşarı, bizim görüşməyimizə bir neçə gün qalır, cəmisi bir neçə gündən sonra Gürcüstanın yeni gələcəyi başlayacaq”, – deyə, o, bildirib.Muxalifet - 4-10-2016
Bakıda marketlər şəbəkəsinin direktor müavini intihar etdi
Bakı şəhəri, Yasamal rayonunda intihar hadisəsi baş verib.
Hadisə Landau küçəsində qeydə alınıb. Həmin küçədəki evlərdən birində yaşayan 52 yaşlı Arif Quliyev özünü yataq otağında asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq aparılır.
Qeyd edək ki, A.Quliyev “Səbət” Marketlər Şəbəkəsinin marketlərindən birində direktor müavini vəzifəsində çalışıb.Muxalifet - 4-10-2016
"Azərbaycan hakimiyyəti mistik qaydalarla idarə olunur"
Mirmahmud Mirəlioğlu: “Azərbaycanda planlaşdırılmayan və daha böyük fəsadlar törədə biləcək kütləvi aksiyalar ola bilər”
“Bu hakmiyyət özü qiyam nəticəsində hakmiyyətə gəlib, kim deyə bilər ki, qiyam nəticəsində də getməyəcək?!”
“Hakimiyyət vətəndaşların konstitusion hüquqlarından başqa, Allahın verdiyi yaşamaq haqqını, mülkiyyət və bütün hüquqlarını əlindən alıb”
Muxalifet - 4-10-2016
Tiflisdə Saakaşvilinin partiyasının liderlərindən birinin maşını partladıldı
Tiflisdə sabiq prezident Mixail Saakaşvilinin partiyasının - "Vahid milli hərəkat"ın liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilini partladıblar.
Muxalifet.az "Gürcüstanın xəbərləri"nə istinadən bildirir ki, bu haqda deputat Nuqzar Siklauri "Rustavi 2" telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, sürücü və yoldan keçən iki nəfər zərər çəkiblər. Onların vəziyyətin ağır olduğu bildirilir.Muxalifet - 5-10-2016
"Müxalifət keçmiş səhvləri düşünüb,daha münasib addımlar atmalıdır"
Hacı Tahir Abbaslı: “Dini kəsimlə tək mitinqlərdə deyil, dini ritualları yerinə yetirəndə də yan-yana olmaq lazımdır”
"Şüarçılıq, qaraguruhçuluqla deyil, daha mütərəqqi addımlar ataraq xalqın siyasi maariflənməsinə çalışmalıdır"
Muxalifet - 4-10-2016
Kerri Rusiyaya qarşı sanksiyaların uzadılmasından danışdı
Yaxın aylarda Minsk razılaşmalarının yerinə yetirilmədiyi təqdirdə Rusiyaya qarşı sanksiyalar uzadılmalıdır.
TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib.
“Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsində Rusiyaya qarşı təzyiq artırılmalıdır. Biz bunu indidən açıq şəkildə bəyan etməliyik. Yaxın aylarda məsələdə irəliləyiş olmadıqda Rusiyaya qarşı sanksiyalar uzadılmalıdır”, - deyə C.Kerri bildirib.Muxalifet - 7-10-2016
Bakıdakı kafelərdən birində üç nəfər bıçaqlandı
Bakının Suraxanı rayonunun Qum adası ərazisində yerləşən "Kür" kafesində dava düşüb.
“Report” məlumatına görə, nəticədə üç nəfər bıçaq xəsarətləri alıb.
Belə ki, 1990-ci il təvəllüdlü Musa Hüseynov sağ boyun və sol bud nahiyələrinin, eyni yaşlı Səbuhi Hüseynov sol dizin və 1986-ci il təvəllüdlü Oktay Yusifzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzinə daxıl olublar.
Onlara bıçaq xəsarətləri yetirən şəxs hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.Muxalifet - 7-10-2016
Nazirin qoçularının təqibinə məruz qalan xanım jurnalist ölkəni tərk etdi
Nəqliyyat naziri Ziya Məmmədovun qoçuları tərəfindən dəfələrlə təqib və təzyiqlərə məruz qalan Muxalifet.az portalının əməkdaşı Püranə Piripudini ölkəni tərk etmək məcburiyyətində qalıb. Qeyd edək ki, xanım jurnalist 2016-cı il iyunun sonlarında rəfiqəsinin toyundan qayıdarkən iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb və bu zaman onun burnu sındırılıb. İyunun 21-də onun burnu əməliyyat olunsa da, həkimlər “yuxarı”ların təzyiqindən ehtiyat edərək, Püranənin döyüldüyünü təsdiq edən arayış verməkdən imtina ediblər.
Muxalifet - 6-10-2016
Rusiya Suriyada S-300 raket komplekslərini nə üçün yerləşdiriib? – RƏSMİ AÇIQLAMA
Rəsmi Moskva Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsi barədə qərarı ABŞ-ın ölkənin hava limanlarını qanadlı raketlərlə bombardman etmək niyyətində olmasına görə verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-i məlumat verib.
Bundan əvvəl Rusiya müdafiə nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, Hmeymim və Tartusda yerləşdiriləcək S-300 raket kompleksləri hərbçilərin təhlükəsizliyini təmin edəcək və tanınmayan hədəfləri vurmaq iqtidarında olacaq.Muxalifet - 7-10-2016
“Brain Ring” izlə, “Nar”dan hədiyyə qazan”
“Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının səkkizinci mövsümü davam edir. Yarışlarda respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparır.
Muxalifet - 6-10-2016
“Ölkədə sosial-iqtisadi vəziyyət iflasa uğrayıb”
Əli Kərimli: “İlham Əliyev sosial-iqtisadi vəziyyət haqqında susub”
Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.Muxalifet - 7-10-2016
ABŞ Rusiyanı müharibə cinayətlərində ittiham etdi
ABŞ dövlət katibi Con Kerri Rusiyanın və Suriyanın hərəkətlərini hərbi cinayət kimi qiymətləndirməyə çağırıb. Nümunə kimi dövlət katibi xəstəxanaların Moskva və Dəməşk tərəfindən bombalanmasını göstərib. “Rusiya və Əsəd rejimi xəstəxanaları niyə bombaladığını izah etməkdən daha çox iş görməyə borcludur”, – deyə Kerri Fransa XİN başçısı Jan Mark Eyro ilə görüşdən əvvəl bildirib.
Qeyd edək ki, Rusiya bundan əvvəl də dinc sakinləri qətlə yetirməkdə ittiham edilib.
azadlıq.info
Muxalifet - 7-10-2016