23 yaşlı oğlan intihara cəhd etdi - QUBADA
14-10-2016 10:06

Quba rayonunda intihara cəhd qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Şabanov Şahlar Zülfüqar oğlu özünü yaşadığı evdə asıb. Yaxınlarının köməkliyi ilə xilas edilən gənc Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müvafiq tibbi yardımdan sonra vəziyyəti normal qiymətləndirilir.
Fakt bağlı araşdırmalar davam etdirilir.