Axtarış
The search found 105705 results in 0.085 seconds.
Search results
ANS-in LİSENZİYASI LƏĞV OLUNDU
Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğv edilməsi ilə bağlı şikayətə baxılıb.
Məlumata görə, hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. Bildirilib ki, şirkət Ali Məhkəməyə kasssasiya şikayəti verə bilər.
Məhkəmədə beynəlxalq təşkilat və səfirliklərin nümayəndələri də iştirak edib.Muxalifet - 29-07-2016
MTRŞ: ANS lisenziya üçün təkrar müraciət edə bilməz
“ANS Müstəqil Yayım və Media Şirkəti televiziyanın yayım lisenziyasının ləğvi ilə bağlı verilmiş məhkəmə qərarını aldığı vaxtdan 3 gün ərzində kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edə bilər”.
Bunu “Report”a açılamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin müdiri Nemət Cavadov deyib.
Onun sözlərinə görə, lisenziya məhkəmə qərarı ilə ləğv edildiyi üçün ANS Müstəqil Yayım və Media Şirkəti lisenziya üçün MTRŞ-ya təkrar müraciət edə bilməz.Muxalifet - 29-07-2016
Azərbaycan terror riskli ölkələr siyahısında
Böyük Britaniyanın "Daily Express" qəzeti Avropada turistlərin təhlükəsizlik baxımından ölkələrin reytinqini tərtib edib.
Muxalifet.az xəbər verir ki, məlumatlar Böyük Britaniya Xarici İşlər Nazirliyindən alınmış informasiya əsasında hazırlanıb və bu yay ölkə xaricində istirahət etmək qərarına gəlmiş britaniyalılar üçün tövsiyə xarakteri daşıyır.
Ən yüksək terror aktivliyi riski olan ölkələr siyahısında İspaniya, Böyük Britaniya, Türkiyə, Belçika, Fransa, Almaniya və Rusiya kimi Avropa dövlətləri yer alıb.Muxalifet - 29-07-2016
NƏCMƏDDİN SADIKOVUN YEZNƏSİ SAXLANILDI
Dərbənd Pedaqoji Kollecinin direktoru Şarafutdin Seyidov iyunun 22-də öz kabinetində rüşvət alarkən cinayət başında yaxalanıb.
Virtualaz.org bildirir ki, bu barədə Dağıstanda çıxan “Çernovik”qəzeti yazıb.
Məmur Dağıstan Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Məlum olub ki, direktor 160 min rubl rüşvəti, Rutulski rayonunun Kufa kənd sakini Rəsul İsmayılovdan kollecə düzələrkən işini müsbət həll edəcəyinin müqabilində alıb. Lakin saxlanılan direktoru elə həmin gün ev dustaqlığına buraxıblar.Muxalifet - 29-07-2016
Türkiyə universitetində kütləvi həbslər
Türkiyə polisi Antalyadakı Ağdəniz Universitetində 150 nəfərə yaxın şəxsi həbs edib. “Habertürk” telekanalının məlumatına görə, axtarışlar və həbslər həm təhsil müəssisəsinin özündə, həm də universitetin yataqxanasında keçirilib.
Ağdəniz Universiteti 1982-ci ildə işə başlayıb. O, Türkiyənin aparıcı ali təhsil müəssisələri sırasındadır. Universitetin tərkibində 18 fakültə və 43 tədqiqat mərkəzi fəaliyyət göstərir.Muxalifet - 29-07-2016
"İncirlik" aviabazası qarşısında etiraz aksiyası
Anadolu gənclər assosiasiyasından olan fəallar Türkiyənin cənubundakı "İncirlik" aviabazasında etiraz aksiyası keçiriblər. “Sabah” qəzetinin yazdığına görə, aksiya iştirakçıları ABŞ-ı dövlət çevrilişi cəhdində əli olmaqda ittiham ediblər.
Bundan əvvəl “Yeni Şafak” qəzeti müəyyən mənbələrə istinadən yazmışdı ki, istefada olan amerikalı general, ABŞ qərargahları rəsislərinin birləşmiş komitəsi sədrinin müavini, Əfqanıstandakı Amerika qüvvələrinin keçmiş komandanı Con Kempbell qiyamçılara kömək edirmiş və İncirlik bazasında onlarla məxfi danışıqlar aparırmış.Muxalifet - 29-07-2016
“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı
“Zəlimxan Məmmədlinin “Borçalı” İctimai Cəmiyyəti adından hər hansı tədbir keçirməsi yolverilməzdir”
Muxalifet - 29-07-2016
“Qarabağ” – “Viktoriya” oyunu türkiyəli hakimlərə tapşırıldı
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktoriya” matçının hakimlərinin adı açıqlanıb.
AzərTAc xəbər verir ki, Azərbaycan və Çexiya çempionlarının avqustun 2-də oynanılacaq qarşılaşmasının idarə edilməsi türkiyəli hakimlərə tapşırılıb.
Bakıda keçiriləcək görüşü baş hakim Hüseyn Göçek idarə edəcək. Ona həmyerliləri Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bariş Şimşek yerinə yetirəcək.
Muxalifet - 30-07-2016
İrəvanda 100-dən çox etirazçı həbs olunub - YENİLƏNİB
İrəvanda iyulun 30-a keçən gecə baş vermiş iğtişaşlar zamanı 100-dən çox etirazçı həbs olunub.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan bildirib.
Bununla belə A.Aqaronyan bildirib ki, polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verməkdə çətinlik çəkir.
**
Nazirlik: İrəvanda toqquşmalar nəticəsində yaralananların sayı 60-a çatıb
İrəvanda toqquşmalar nəticəsində yaralananların sayı 60-a çatıb.
Muxalifet - 30-07-2016
FİFA qalmaqalı: eks-prezidenti rüşvət aldığını etiraf etdi
FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri, Qvatemala Futbol Federasiyasının sabiq prezidenti Brayan Himenes günahını etiraf edib.
“Associated Press”-in verdiyi məlumata görə, 62 yaşlı B.Himenes futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.
Yanvarın 12-də saxlanılan B.Himenes mart ayında ABŞ-a ekstradisiya edilib. Onu hər maddəyə görə 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Muxalifet - 30-07-2016
TÜRKÜN BAYRAĞINI KİMSƏ ENDİRƏ BİLMƏZ!
TÜRKÜN BAYRAĞINI KİMSƏ ENDİRƏ BİLMƏZ!
Muxalifet - 30-07-2016
“CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri “Sadaxlı El Şənliyi”nə qatıldı
Tədbirdə Kərəm Məmmədlinin çıxışını qubernator başda olmaqla, bütün rəsmilər ayaqüstə alqışladı
“Orta əsrlərdə indiki Gürcüstanda kartvel dili ilə yanaşı, türk dilində də danışılıb”
Muxalifet - 30-07-2016
Gələn il Rusiyada məmurların maaşına pul tapılmayacaq
Rusiyanın maliyyə nazirinin müavini Tatyana Nesterenko xəbərdarlıq edib ki, iqtisadi islahatlar keçirilməsə, 2017-ci ilin sonuna maaşları verməyə pul tapılmayacaq.
“Əgər heç nə dəyişməsə, gələn ilin sonuna bizim nə ehtiyatımız, nə də maaş vermək üçün imkanımız qalacaq. Ciddi iqtisadi problemləriniz olacaq”.
Nazir müavininin fikrincə, iqtisadiyyatın indiki vəziyyəti “fırtınanın mərkəzi” kimi qiymətləndirilir.Muxalifet - 30-07-2016
ABŞ və Özbəkistan arasında “Gülnarə Kərimovanın pullarına görə” mübahisə
Manhetten federal məhkəməsi ABŞ və Özbəkistandan olan vəkillərə Özbəkistan prezidenti Gülnarə Kərimovanın ofşor hesablarda dondurulan yüz milyonlarla dollar vəsaitinin taleyi ilə bağlı razılığa gəlmək üçün 3 ay vaxt verib.
Hazırkı 3 aylıq möhlət iyulun 31-də bitir. Hakim tərəflərə oktyabrın 31-ə qədər vaxt verib. Əgər onlar razılığa gəlməsə, məhkəmə çəkişməsi yenə başlayacaq. Bir il əvvəl ABŞ-da Rusiyanın Vimpelcom və MTS mobil operatorlarının özbəkistanlı məmura rüşvət verdiyi və Avropa banklarında olan yüz milyonlarla dollar vəsaitin dondurulması ilə bağlı məhkəmə başlayıb.Muxalifet - 30-07-2016
İrəvanda nümayişçilər prezident iqamətgahına can atır - ÜSYAN
Bu dəqiqələrdə İnterfax xəbər verib ki, İrəvanın mərkəzində toplaşan 2 mindən çox nümayişçi prezident Serj Sərkisyanın iqmətgahına doğru yürüşə can atır.
Nümayişçilər polis polkunun binasını ələ keçirən silahlı qrupu dəstəkləyir. Polis Sərkisyanın iqamətgahına aparan Baqramyan prospektini bağlayıb və nümayişçilərin hərəkətini dayandırmağa çalışır.
Qarşıdurma gözlənilir.
* * *22:44
Muxalifet - 30-07-2016
Qənirə Ataşova Fətullah Gülənlə müsahibəsindən yazdı
ANS TV-nin ABŞ müxbiri Qənirə Ataşova son olaylardan sonra ilk açıqlamasını verib.
Q.Ataşova Fətullah Güləndən aldığı müsahibə və müsahibədən sonra baş verən olaylarla bağlı geniş açıqlama verib. Telejurnalistin yazdıqlarını təqdim edirik:Muxalifet - 31-07-2016
“İncirlik” aviabazası mühasirədə - BÜTÜN GİRİŞ VƏ ÇIXIŞLAR NƏZARƏTƏ GÖTÜRÜLÜB
Türkiyədə NATO-nun istifadəsində olan “İncirlik” hərbi-hava bazası ölkənin güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Türkiyə mətbuatının verdiyi xəbərə, hərbi obyektin giriş-çıxışı yerli vaxtla 23.00-da bloklanıb. Hazırda aviabaza güc strukturlarının 7 minədək əməkdaşları tərəfindən mühasirəyə alınıb. Bazanın bütün giriş və çıxışları nəzarətə götürülüb.Muxalifet - 31-07-2016
Türkiyə kəşfiyyatı Gülənin tərəfdarlarının məxfi yazışmasını ələ keçirib
Türkiyə kəşfiyyatı Fətullah Gülənin tərəfdarlarının çevrilişə cəhddən xeyli əvvəl kodlaşdırılmış yazışmasını ələ keçirib.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Türkiyə kəşfiyyatı ötən ilin mayında Fətullah Gülənin tərəfdarları arasında “ByLock” xüsusi əlavə vasitəsi ilə aparılmış yazışmanı ələ keçirib. Mənbə qeyd edib ki, Gülən tərəfdarları “ByLock”-dan hələ 2014-cü ildən istifadə etməyə başlayıblar. Digər əlavələr vasitəsilə şifrələnmiş yazışmalar 2013-cü ilin dekabrından aparılıb.Muxalifet - 31-07-2016
Sefilyan: “Mən prezidentlə görüşməyincə polis binası azad olunmayacaq”
Həbsdə olan erməni müxalifətçi Jirayr Sefilyan iddia edir ki, İrəvandakı silahlılarla bağlı məsələnin nizamlanması üçün o polis alayını ələ keçirmiş silahlı qrupla və prezident Serj Sarkisyanla ayrı-ayrılıqda görüşlər keçirməlidir.
“TASS”ın verdiyi xəbərə görə, bu barədə Sefilyanın yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, polis binasını ələ keçirmiş silahlılar məhz Jirayr Sefilyanı azadlığa buraxılmasını tələb edirlər.Muxalifet - 31-07-2016
Özünü prezident administrasiyası qarşısında yandırdı
İrəvanın polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyasının iştirakçılardan biri özünü yandırıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, insident Bağramyan küçəsindəki Ermənistan prezidenti administrasiyasının qarşısında baş verib.
Aksiya iştirakçıları alovu söndürə biliblər, intihara cəhd edən şəxs yanıq xəsarətləri alıb.Muxalifet - 31-07-2016