Axtarış
The search found 105705 results in 0.006 seconds.
Search results
Allahşükür Paşazadə Fətullah Gülən haqda: “Şeytanlıqdır”
“Günahsız insanların ölümünə səbəb olanlara müsəlman deməyə heç kəsin haqqı yoxdur”.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ankarada keçirilən 9-cu Avrasiya İslam Şurası Məşvərət Toplantısında deyib.
Şeyx bildirib ki, əgər FETÖ silah və tanklarla xalqa qarşı hərəkət edibsə, bu müsəlmanlıq deyil, şeytanlıqdır.
Allahşükür Paşazadə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həyatını itirənlərə rəhmət diləyib, yaralılara tezliklə sağalmalarını arzulayıb:Muxalifet - 10-08-2016
Mirşahin Ağayev: “Biz köməyi xaricdən yox, dövlətimizdən gözləyirik” - VİDEO
Fəaliyyəti qadağan edilən ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev sualları cavablandırıb.
Mirşahin Ağayev ANS-lə bağlı son məhkəmə prosesindən tutmuş telekanalın açılması perspektivinə dair məsələlərə toxunub.
Mişahin Ağayevlə video söhbəti təqdim edirik:Muxalifet - 10-08-2016
Türkiyədə partlayış - 4 ÖLÜ, 30 YARALI - YENİLƏNİB
Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
APA-nın "Anadolu"-ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 2-si dinc sakin, 1 isə polis əməkdaşıdır.
İnsident nəticəsində 5-i polis olmaqla 30 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Kızıltəpə Dövlət Xəstəxanasının qarşısında baş verən partlayış nəticəsində yaxınlıqdakı yaşayış evləri və inzibati binalara ziyan dəyib.
Partlayışı törədən PKK terrorçularınin tutulması üçün bölgədə əməliyyat davam edir.
***
20:21Muxalifet - 11-08-2016
Yanan binaya görə təqsirləndirilən sabiq məmur komaya düşüb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilənlərdən biri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov səhhətində yaranmış problemə görə, məhkəməyə gələ bilməyib və verilən məlumata görə, o, komaya düşüb.
Buna görə məhkəmə prosesi avqustun 16-da davam etdiriləcək.Muxalifet - 11-08-2016
Dövlət Departamentinin Azərbaycanla bağlı SƏRT HESABATI
“Toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqlar məhdudlaşdırılıb”
Muxalifet - 11-08-2016
ANS-in MTRŞ-ya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salınıb
Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.
APA-nın məlumatına görə, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, iddiaçının şikayət vermə hüququnu təmin etmək üçün məhkəmə iclası avqustun 16-dək təxirə salınmalıdır.Muxalifet - 11-08-2016
Azərbaycanda 440 abituriyent ali məktəblərdən imtina etdi
“Əldə olunan son nəticəyə görə, 29 iyul-10 avqust aralığında ali təhsil müəssisələrinə ixtisas seçimində iştirak edən 38113 abituriyent qəbul olunmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.
Abituriyentlərdən 440 nəfər isə ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib. Nəticədə onlar ali məktəblərə qəbuldan kənarda qalıblar”.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.Muxalifet - 11-08-2016
Nicat Rəhimov dünya rekordunu yenilədi
Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yeri tutub.
APA-nın xəbərinə görə, N.Rəhimov 77 kq çəki dərəcəsində Olimpiya çempionu olub.
Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyu Xiaojun-u və Misir atleti Mahomed Mahmoud-u geridə qoyub.
N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleg Perepetchenov-un 2001-ci ildə vurduğu rekordu yeniləyib. N.Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.Muxalifet - 11-08-2016
Rusiyanın neft ixracından gəliri kəskin azalıb
2016-cı ilin yanvar-iyun aylarında Rusiyanın neft ixracından gələn gəliri 31,6 faiz azalaraq 32,9 milyard dollar təşkil edib.
Rusiya Federal Gömrük Xidmətinin verdiyi məlumata görə, ötən ilin anoloji dövründə bu rəqəm 48,1 milyard təşkil edib.
Bu ilin yanvar-iyun aylarında neft məhsullarının ixracından gələn gəlir isə 54 faiz azalaraq 21,1 milyard təşkil edib. Keçən ilin anoloji dövründə isə bu rəqəm 39 milyard dollar olmuşdu. Fiziki ixrac isə 13 faiz azalaraq 80,2 milyon ton təşkil edib.Muxalifet - 11-08-2016
Slavyan Universiteti ətrafında qalmaqal
Universitet binasının fasadındakı mozaikanın sökülməsi etiraza səbəb oldu
Muxalifet - 11-08-2016
Neft Fondunun valyuta hərracında tələbat 600 milyon dollara çatıb
Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 12 dəfədən artıq üstələyərək rekord həcmdə - 600 mln. ABŞ dollarından çox olub.
Bu barədə "Report"a bank dairələrindən məlumat verilib.
ARDNF-in hərraca çıxardığı valyutanın məbləği 50 mln. dollar olub. Bu vəsait 29 kommersiya bankına satılıb.Muxalifet - 11-08-2016
Azərbaycana ən çox ərəb turist İraqdan gəlib
2016-cı ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrin vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edilməsi ölkəmizə gələn əcnəbi vətəndaşların sayında əsaslı artıma səbəb olub.
Bu barədə virtualaz.org-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 11-08-2016
Əziz Yıldırım Bakıdan qayıdanda təyyarədə Fətullah Gülən haqqında nə deyibmiş...
Türkiyədə 2011-ci ildə danışılmış futbol oyunları ilə bağlı həbs əməliyyatını təşkil edən Fətullah Gülən olub.
Bu açıqlama ilə CNN Türk kanalında qatıldığı proqramda jurnalist, vaxtilə Fətullah Gülənin ən yaxın adamlarından olan Hüseyn Gülerce çıxış edib.Muxalifet - 11-08-2016
Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var.
"Akşam" qəzeti yazır ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, ilk növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, regionda sözün əsl mənasında normallaşma prosesi başlaya bilər.
Ərdoğan deyib: "Bütün dünya bilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib. Və əgər hamı bunu bilir, etiraf edirsə, onda bu işğala nə üçün son qoyulmasın?"Muxalifet - 11-08-2016
Sabiq müdafiə nazirinin müavini bəraət istəyir
Bakı Apellyasiya Məhkəməsində 1995-1999-cu illərdə sabiq müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun birinci instansiya məhkəməsinin hökmdən verdiyi şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirpaşa Hüseynov sədrlik edib. Prosesdə Mehman Səlimovun anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı avqustun 17-ə təyin edilib.Muxalifet - 11-08-2016
Bakıda evdən 30 min manatlıq qızıl oğurlanıb
Oğurluqda şübhəli bilinən şəxs tutulub.
DİN-in verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Bakı şəhər sakini Rza Qurbanovun evindən 30 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini Əfqan Hüseynov saxlanılıb.Muxalifet - 11-08-2016
Qazaxıstan prezidenti azərbaycanlı atleti təbrik edib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovu təbrik edib. Apasport.az saytının məlumatına görə, dövlət başçısı bu ölkənin şərəfini qoruyan və onlara Rioda ilk qızıl medalı qazandıran həmyerlimizi nümunə göstərib.
Muxalifet - 11-08-2016
76100 nəfər işdən çıxarılıb, 16899 nəfər həbs edilib - TÜRKİYƏDƏ
Türkiyədə hərbi çevrilişə cəhddən sonra həbs edilən və işdən çıxarılan şəxslərin sayı açıqlanıb.
APA-nın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, daxili işlər naziri Əfqan Ala bildirib ki, FETÖ terror təşkilatına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 76100 dövlət qulluqçusu işdən azad olunub.
Ə. Ala əlavə edib ki, 5171 nəfər tutulub, 16899 nəfər isə həbs edilib. Həbs edilənlərdən 3083-ü polis, 7248-i əsgər, 2288-i hakim və prokurordur.
Daxili işlər naziri qeyd edib ki, 7173 nəfər nəzarət altında qalmaq şərti ilə, 3601 nəfər isə tam sərbəst buraxılıb.Muxalifet - 11-08-2016
Ərdoğan: "Beş rayon qaytarılsa, Qarabağ nizamlanması daha asan mərhələyə keçəcək"
“5 rayon Azərbaycana qaytarılsa, Dağlıq Qarabağ probleminin nizamlanma prosesinin daha asan mərhələsinə keçəcəyini düşünürəm”.
APA-nın “Haberturk”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.Muxalifet - 11-08-2016
Bakıda Trampın binası tüsütüləndi
"Tramp Tower" hotelində tüstülənmə olub
Bakıda hotel binasında tüstülənmə olub. APA-nın xəbərinə görə, hadisə paytaxtın Heydər Əliyev prospektində yerləşən
"Tramp Tower"-in binasında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tüstülənmənin qarşısı alınıb.
Muxalifet - 11-08-2016