Axtarış

The search found 105705 results in 0.008 seconds.

Search results

  1. Bu gün Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək

    Bu gün AÇ-2016-da 1/4 final mərhələsinə start veriləcək.
    Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçının adı Polşa və Portuqaliya yığmaları arasında keçiriləcək matçdan sonra müəyyənləşəcək.
    Qrup mərhələsində xal baxımından Almaniyadan geri qalmayan polyaklar iddialarını davam etdirmək arzusundadırlar. 1/8-də İsveçrəni penaltilər seriyasında üstələyən Polşa millisində özünəinam hissi artıb. Komanda oyununa güvənən polşalılar Portuqaliyaya problem yarada bilər.

    Muxalifet - 30-06-2016

  2. ​ “Ermənistan Rusiya üçün Azərbaycana təzyiq vasitəsi rolunu oynayır” - ŞAHNAZARYAN

    "Düşünürəm ki, apreldə baş vermiş müharibədən nə hərbi, nə də siyasi nəticələr çıxara bildik".
    Kavkasia.net saytının  verdiyi xəbərə görə, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Regional Araşdırmalar Mərkəzinin analitiki David Şahnazaryan “Qarabağ problemi və onun demokratikləşmə və  daxili hadisələrə təsiri” mövzusundakı keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

    Muxalifet - 30-06-2016

  3. ​Ərdoğan: "Rusiya ilə münasibətlərin sürətlə əvvəlki səviyyəyə qaytarılması ilə bağlı Putinlə razılığa gəldik”

    “Türkiyə və Rusiya arasında münasibətlərin sürətlə əvvəlki səviyyəyə qaytarılması ilə bağlı Rusiya prezidenti ilə razılığa gəldik”.
    Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən deyib.
    O bildirib ki, V. Putinlə sentyabr ayında Çində baş tutacaq G20 toplantısında görüş barədə qərara gəliblər: “Razılaşdıq ki, ilk addım olaraq turizm sahəsində dərhal qapıları açaq, bu sahədəki addımlarımızı sürətləndirək. Rusiya prezidenti artıq Nazirlər Kabinetinin toplantısını çağırıb və təlimat verib”(apa).

    Muxalifet - 30-06-2016

  4. ​Göyçayda iş adamı qətlə yetirildi – YANLIŞLIQLA - YENİLƏNİB

    Göyçay rayonunda qətl hadisəsi baş verib. Hadisə iyunun 30-da saat 01:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev küçəsi 24 saylı mənzildə qeydə alınıb.
    Ev sahibi, 1963-cü il təvəllüdlü Kərimov Cəbrayıl İsmayıl oğlu evə girən naməlum şəxs tərəfindən yatdığı yerdə amansızlıqla qətlə yetirilib.
    Bədənin müxtəlif nahiyələrindən 16 bıçaq xəsarəti alan Cəbrayıl Kərimov hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxsin Ağdam rayon sakini olduğu bildirilir.
    Qətli törədən şəxs hadisə yerindən qaçıb.

    Muxalifet - 30-06-2016

  5. ATƏT sədri İrəvanda uydurma "erməni soyqırımı" abidəsi önünə əklil qoydu - YENİLƏNİB

    ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bu gün İrəvanda uydurma "erməni soyqırımı" qurbanlarının xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət edib.
    APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, onu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan müşayiət edib.
    Ştaynmayer abidə önünə əklil qoyub.
    ***11:21
    ATƏT sədri Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşüb

    Muxalifet - 30-06-2016

  6. ​İyulda 41 dərəcə isti gözlənilir - AYLIQ PROQNOZ

    İyul ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
     
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
     

    Muxalifet - 30-06-2016

  7. Azərbaycan XİN ATƏT sədrinin separatçıların lideri ilə görüşü haqda açıqlama verdi

    "Ştaynmayerin Saakyanla görüşü Dağlıq Qarabağın erməni icması ilə görüş xarakteri daşıyır”

    Muxalifet - 30-06-2016

  8. ​18 yaşlı oğlan 84 yaşlı qadını boğaraq öldürdü və...

    Quba rayonunda dəhşətli qətlin üstü açılıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Amsar kənd sakini, 18 yaşlı İmran Aslanov polis tərəfindən şübhəli şəxs qismində tutulub.
    Araşdırmalar zamanı onun bu ilin mart ayının 21-də Quba rayon sakini, 84 yaşlı Gülpəri Musayevanın yaşadığı evə qarət məqsədi ilə girərək ev sahibəsini boğaraq qətlə yetirməsi müəyyən edilib.
    İ. Aslanov polisə ifadəsində törətdiyi əməli etiraf edib. O, qeyd edib ki, ahıl qadını öldürdükdən sonra mənzildən 103 manat pul aparıb. Qadını da evin heç kimin görmədiyi ərazidə torpağa basdırıb.

    Muxalifet - 30-06-2016

  9. ​Spirtli içkidən zəhərləndilər – BİR NƏFƏR ÖLDÜ...

    Şəmkirdə spirtli içkidən zəhərlənmə faktı qeydə alınıb.
    Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini, 55 yaşlı Oqtay Əmiraslanov yaşadığı evdə qohumu, 52 yaşlı Elyar Əmiraslanovla birgə yemək yeyib, spirtli içki qəbul ediblər. Nəticədə E. Əmiraslanov spirtli içkidən zəhərlənərək ölüb. O. Əmiraslanov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 30-06-2016

  10. ​Con Kerri Gürcüstana gəlir... – TƏHLÜKƏSİZLİK MÜZAKİRƏLƏRİ

    ABŞ dövlət katibi Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək.
    Bu barədə “RİA Novosti”yə Gürcüstan hökumətinin mətbuat xidmətindən məlumat veriblər.
    “Kerri Gürcüstana səfər edəcək və burada yüksək səviyyəli görüşlər keçirəcək”, - deyə mətbuat xidmətindən bildiriblər.

    Muxalifet - 30-06-2016

  11. ​"Səfir Evans artıq ABŞ hökumətinin əməkdaşı deyil”- SƏFİRLİKDƏN AÇIQLAMA

    ABŞ keçmiş səfirin işğal altındakı Azərbaycan ərazilərinə səfər etməsinə münasibət bildirib

    Muxalifet - 30-06-2016

  12. ​İstanbuldakı partlayışla bağlı 13 nəfər saxlanılıb

    İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları ilə bağlı 13 nəfər saxlanılıb.
    Anadolu Agentliyinin verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları İstanbulda 16 ünvanda eyni anda əməliyyat keçirib. Tutulan 13 nəfərdən 3-nün əcnəbi olduğu bildirilir.
    Qeyd edək ki, iyunun 28-də aeroportda 3 terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

    Muxalifet - 30-06-2016

  13. ​Azərbaycan vətəndaşı TÜRKİYƏDƏKİ TERRORA GÖRƏ SAXLANILDI

    İstanbul Atatürk Hava Limanında iyunun 28-də üç intiharçı terrorçu tərəfindən törədilmiş terror hücumunda əli olduğu güman edilən şübhəlilər arasında bir Azərbaycan vətəndaşı da var. Bu haqda “Kavkazskiy uzel” portalı İstanbulda hakimiyyətlə əməkdaşlıq edən insan haqları təşkilatlarından birində işləyən Dağıstan sakininə istinadən yazır.

    Muxalifet - 2-07-2016

  14. ​İŞİD komandanı hava zərbələri nəticəsində məhv edildi

    İyulun 1-də Pentaqon rəsmiləri bildiriblər ki, ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri İŞİD-in müharibə və hərbi nazirinin müavini ilə Mosuldakı hərbi qüvvələrin komandanını hava zərbələri ilə məhv ediblər.
    Muxalifet.az xəbər verir ki, Pentaqon sözçüsü Peter Cook deyir: «Keçən ay İŞİD rəhbərlərinə qarşı endirilən digər zərbələr kimi, bu öldürücü zərbə də Mosuldakı İŞİD rəhbərliyinin fəaliyyətini ciddi şəkildə sarsıdıb və Şimali İraqda onların hərbi rəhbərliyinin iki nümayəndəsini sıradan çıxarıb».

    Muxalifet - 2-07-2016

  15. ​Jurnalist Fikrət Fərəməzoğlu həbs edildi

    Tanınmış jurnalist, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə tezis.az-a jurnalistin həyat yoldaşı məlumat verib.
    Onun sözlərinə görə, iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq axtarış aparmaq adı ilə Fikrət Fərəməzoğluna məxsus "Notebook”u götürüblər. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşanda onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildiriblər, lakin həbs olunma səbəbini açıqlamayıblar.

    Muxalifet - 2-07-2016

  16. ​“İstanbul terrorçusu pullu xəbərçimizdir” – ŞOK İDDİA

    Hurriyyet.org-un məlumatına görə, Ukraynanın Odessa şəhərinin polis rəisi, gürcü əsilli Georgi Lortkipanidze İstanbulun Atatürk Hava Limanında törədilən terror aktını planlaşdıran Əhməd Çatayevlə bağlı şok iddia irəli sürüb.
    Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis rəisi Çatayevin onların pulla işləyən xəbərçiləri olduğunu və hökumətə terrorçularla əlaqədar məlumat verdiyini deyib.

    Muxalifet - 2-07-2016

  17. ​“Borçalı” Cəmiyyəti parçalanmayıb, sadəcə rəhbərlik dəyişib!

    İyunun 25-də “Borçalı” Cəmiyyətinin növbədənkənar ümumi yığıncaq keçirməsindən və bu yığıncaqda cəmiyyətin rəhbərliyinin fəaliyyətinin qeyri-qənaətbəxş hesab olunaraq, yeni sədr, idarə heyəti və Ağsaqqallar Şurası seçilməsindən keçən müddət ərzində bununla bağlı mətbuatda və sosial şəbəkələrdə münasibət bildirənlər çox oldu. Əksəriyət bunu razılıqla qarşılasa da, təşkilatda rəhbərliyin dəyişməsini “inqilabi çevriliş”, “borçalıların parçalanması” və s. kimi dəyərləndirənlər də oldu.

    Muxalifet - 2-07-2016

  18. ​4-cü mərtəbədən düşən uşaq sağ qaldı...

    Sumqayıtda azyaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyunun 1-də Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Azyaşlı Nilay Bayramova yaşadığı evin pəncərəsindən (4-cü mərtəbə) yıxılıb. O, xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 2-07-2016

  19. ​86 yaşlı kişinin meyiti tapıldı - BAKIDA

    Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
    FHN-nin saytının verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
    Xilasedicilər mənzilə baxış keçirərkən 1930-cu il təvəllüdlü Niyazi İsa oğlu  Osmanovun vəfat etdiyi məlum olub. Xilasedicilər vətəndaşı aidiyyəti üzrə təhvil verib.

    Muxalifet - 4-07-2016

  20. Sabirabadda ölümlə nəticələnən qəza – SÜRÜCÜ ÖLDÜ...

    Sabirabadda baş verən ağır yol qəzası nəticəsində sürücü və iki qardaş ağır bədən xəsarətləri alıb.

    Muxalifet - 4-07-2016

Pages