Gələn il Rusiyada məmurların maaşına pul tapılmayacaq

Rusiyanın maliyyə nazirinin müavini Tatyana Nesterenko xəbərdarlıq edib ki, iqtisadi islahatlar keçirilməsə, 2017-ci ilin sonuna maaşları verməyə pul tapılmayacaq.
“Əgər heç nə dəyişməsə, gələn ilin sonuna bizim nə ehtiyatımız, nə də maaş vermək üçün imkanımız qalacaq. Ciddi iqtisadi problemləriniz olacaq”.
Nazir müavininin fikrincə, iqtisadiyyatın indiki vəziyyəti “fırtınanın mərkəzi” kimi qiymətləndirilir.
İyulun əvvəlində olan məlumata görə, 2017-ci ildə Maliyyə Nazirliyi Ehtiyat Fondunu, həmçinin 2017-2019-cu illərdə Milli Rifah Fondundan 1,78 trilyon rublu tamamilə xərcləməyi planlaşdırır.
azadlıq.info