Axtarış
The search found 105705 results in 0.01 seconds.
Search results
380 müəssisə rəhbərinə ölkədən çıxmaq qadağan edildi
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 10 avqust tarixinə vergi borcu olduğuna görə 380 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Muxalifet - 11-08-2016
“Türkiyənin Yunanıstandakı hərbi attaşeləri İtaliyaya qaçıb” – XİN RƏHBƏRİ
Türkiyən xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Yunanıstandakı hərbi attaşelərinin ailələri ilə birlikdə bərə ilə İtaliyaya qaçdıqlarını təsdiq edib.
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, M. Çavuşoğlu deyib ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra Ankaraya çağırılan Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi polkovnik Halis Tunç ailələri ilə birlikdə bərə ilə İtaliyaya yollanıblar.Muxalifet - 11-08-2016
Partiya sədrinin müavini hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanıldı
Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETĞ) hərbi çevriliş cəhdi ilə əlaqədar aparılan istintaq çərçivəsində Böyük Birlik Partiyasının (BBP) sədri müavini Kaptan Kartal saxlanılıb.
“Hürriyet” qəzetinin verdiyi məlumata görə, K. Kartal daha öncə BBP-nin Mersindən millət vəkili və Mersin Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi olub.
K. Kartal ifadəsinin alınması üçün polisə aparılıb.Muxalifet - 11-08-2016
Ermənistan KİV: Sarkisyan Nalbandyanı istefaya göndərir
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan vəzifəsindən uzaqlaşdırıla bilər.
Bu barədə Ermənistanın “Qraparak” qəzeti öz mənbəyinə istinadən yazıb.
Bildirilir ki, prezident Serj Sarkisyan yeni kadr dəyişikliyi aparmaq niyyətindədir: “O, xarici siyasət idarəsi rəhbəri vəzifəsini prezident administrasiyası rəhbəri Viqen Sarkisyana həvalə etmək niyyətindədir. Onun XİN rəhbəri təyin ediləcəyi ilə bağlı əvvəllər də xəbərlər yayılırdı”.
Qəzetin məlumatına əsasən E. Nalbandyan isə Fransaya səfir göndəriləcək. O, artıq 1999-2008-ci illərdə bu vəzifəni icra edib.Muxalifet - 11-08-2016
Gürcüstan ikinci ildir "Oscar"a film göndərir
Gürcüstan Amerika Film Akademiyasının təşkil etdiyi 89-cu film festivalında bu il də iştirak edəcək. Gürcü Milli Film Mərkəzi uzun müzakirələrdən sonra 2017-ci ildə xarici dildə ən yaxşı film nominasiyasında Oscar mükafatına namizəd kimi Rusudan Glurjidzenin “Başqalarının evi” filmi göndərəcəyini öz facebook səhifəsində açıqlayıb.
Muxalifet - 11-08-2016
Vitse-admiralın işini aparan müstəntiqin məhkəməsi başlayır
Yaxın günlərdə dələduzluqda ittiham olunan Hərbi Prokurorluğun sabiq müstəntiqi Vüqar Məmmədlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.
Bu barədə virtualaz.org saytına vəkil Adəm Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, cinayət işi üzrə materiallar hakim Rafiq Abbasovun icraatındadır. Məhkəmənin hazırlıq iclası avqistun 23-ə təyin edilib.
Qeyd edək ki, V.Məmmədli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.Muxalifet - 12-08-2016
Ərdoğan: “Türkiyə və Rusiya ticarətdə milli valyutalardan istifadə edə bilər”
Türkiyə və Rusiya ticarət zamanı milli valyutalarından istifadə edə bilər.
"Haberturk" qəzeti məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərinin yekunları barədə danışarkən jurnalistlərə deyib.
Ərdoğanın fikrincə, ticarət edərkən dollar əvəzinə Rusiya və Türkiyə milli valyutasından istifadə etmək daha sərfəli olar.
Muxalifet - 12-08-2016
Fətulla Gülənin qardaşı oğlu saxlanılıb
FETÖ rəhbəri Fətullah Gülənin qardaşı oğlu və vəkili Kamal Gülən saxlanılıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, bir vaxtlar bağlanmış STV kanalında aparıcılıq edən Kamal Gülən Araç rayonunda yol nəzarəti zamanı bir avtomobildə saxlanılıb. Qayınatasının evinə getdiyini bildirən Gülən, Kastamonu Polis İdarəsinə aparılıb.Muxalifet - 12-08-2016
Ağalarovun şirkətinə qarşı müflisləşmə iddiası qaldırıldı
Rusiyada məşhur azərbaycanlı oliqarx Araz Ağalarovun “Crocus İnternational” şirkətinə qarşı müflisləşmə iddiası qaldırılıb.
Virtualaz.org xəbər verir ki, bu barədə RAPSİ (Rusiyanın Məhkəmə və Hüquqi İnformasiyalar Agentliyi) xəbər verir.Muxalifet - 12-08-2016
Ukrayna ilə Rusiya diplomatik əlaqələri kəsə bilər
“Moskva Ukrayna kəşfiyyatının Krımda təxribat cəhdinə cavab olaraq iki ölkə arasında diplomatik münasibətləri pozmaq variantını nəzərdən keçirir”.
Bu barədə “İzvestiya” qəzeti Rusiya xarici siyasət idarəsindən olan mənbəyə istinadən yazıb.
Belə ki, rəsmi Moskva Kiyevdəki səfirliyini bağlaya və bütün diplomatları geri çağıra bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Müdafiə Nazirliyi kəşfiyyatının Krımda təxribat törətmək cəhdi barədə məlumat yayıb. Cəhdin qarşısı alınarkən iki rusiyalı hərbçinin öldüyü bildirilir.Muxalifet - 12-08-2016
ABŞ Dövlət Departamenti Gülənin ekstradisiyasi məsələsinə münasibət bildirdi
ABŞ Türkiyə ilə əməkdaşlıq və müxalifətçi türk siyasətçisi Fətullah Gülən arasında seçim etməyə lüzum görmür. Virtualaz.org "RİA Novosti"yə istinadən bildirir ki, bunu bu gün Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, ABŞ Ankara və Gülən arasında seçim etməlidir. Xatırladaq ki, Türkiyə hökuməti Güləni çevriliş cəhdinin təşkilində günahlandırır.
"Bizim buna ehtiyacımız yoxdur", - Trüdo belə deyib.Muxalifet - 12-08-2016
MÖVCUD REJİMİN SONU YAXINLAŞIR - 2018-də hakimiyyət dəyişikliyi labüddür
Azərbaycanda 2018-ci il prezident seçkiləri ilə bağlı müzakirələr indidən başlayıb. Xüsusən də sentyabrın 26-da keçiriləcək referendum zamanı Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər cəmiyyətdə ciddi mülahizələrə yol açıb. İstər siyasi partiyalarda, istər də əhali arasında bu seçkilərlə bağlı fərqli fikirlər mövcuddur. İnsanların böyük əksəriyyəti hesab edir ki, mövcud rejimin məqsədi hakimiyyəti yenidən uzun müddətə zəbt etməkdən ibarətdir.
Muxalifet - 12-08-2016
Azərbaycanda borc içində batan şirkət Özbəkistana getdi
Özbəkistan hökuməti strateji əhəmiyyətli avtomobil yolunun tikintisini həyata keçirmək üçün yeni podratçını seçib.
Bu, Azərbaycanda bir sıra iri yol-nəqliyyat layihələrini həyata keçirən, ancaq son vaxtlar ciddi maliyyə böhranı ilə üzləşən “Evrascon” şirkətidir.Muxalifet - 12-08-2016
DƏFN OLUNAN TƏHSİL SİYASƏTİMİZ - TƏHLİL
Azərbaycanda təhsil siyasəti “tünlük bazarı” anlayışından da aşağı səviyyədə durur
Muxalifet - 12-08-2016
"Bu dəyişiklik Azərbaycan prezidentinin taleyini şübhə altına alır" - SENSASİON MÜSAHİBƏ
Sərdar Cəlaloğlu: “Bu, prezidentlərin taleyini müəyyən cinayətkar qrupların əlinə verməyə istiqamətlənmiş bir yoldur”
“Hakimiyyətdəki hər bir klan öz namizədini vitse-prezident görmək istəyir”
“Əgər doğrudan da Azərbaycanda prezident üsul-idarəsinə keçiriksə, konkret olaraq ali icra hakimiyyəti dəyişidirilməlidir, baş nazir postu ləğv edilməlidir”
“Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsinin demokratiyaya nə aidiyyatı var?!”
Muxalifet - 12-08-2016
Natiq Cəfərli həbs edildi – REFERENDUM ƏLEYHİNƏ TƏBLİĞAT HÖKUMƏTİ NARAHAT EDİR
Ələsgər Məmmədli: “Hökumət bir müddət əvvəl QHT-lərlə bağlı işi dayandırdığını və ləğv edəcəyini bildirmişdi. Ancaq Natiqin həbsi onu göstərir ki, yeni bir həbsdalğası başlayır”
Muxalifet - 13-08-2016
Həbsdə olan keçmiş MTN generalları nəzarətə götürüldü
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan yüksək rütbəli sabiq əməkdaşları Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında nəzarətə götürülüblər.
“Trend”in əldə etdiyi məlumata görə, bir neçə gün öncə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 1 saylı Bakı İstintaq Təcridxanasında intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlardan sonra həbsdə olan sabiq MTN əməkdaşları ciddi nəzarətə götürülüblər.Muxalifet - 13-08-2016
Şəmkir sakini özünü güllələdi – İNTİHAR
Şəmkir şəhərində kişi həyətində odlu silahdan açdığı atəşlə özünü öldürüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Avqustun 12-də Şəmkir şəhərində yaşayan Qafqaz İsgəndərov həyətində odlu silahdan açdığı atəşlə özünü öldürüb.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən nömrəsi silinən “Revolver” tipli tapança, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 13-08-2016
Bakıda maskalı şəxslər jurnalistin evinə hücum ediblər
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə basqın olub.
Bu barədə APA-ya məlumat verən S.Bayramov bildirib ki, ki, təxminən saat 01 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S.Bayramovu gördükdən sonra qaçıblar. Hadisədən sonra evdən bir neçə qiymətli əşyanın aparıldığı məlum olub.Muxalifet - 13-08-2016
Müsəlman qadın nazir sükan arxasında sərxoş vəziyyətdə saxlanıldı
İsveçin ali təhsil naziri, 29 yaşlı müsəlman Aida Hadzialiç sükan arxasında sərxoş vəziyyətdə saxlanıldığı üçün istefa verməyə məcbur olub.
Virtualaz.org "Associated Press" agentliyinə istinadən xəbər verir ki, Hadzialiç istefa qərarı barədə mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, sükan arxasına əyləşməzdən əvvəl iki qədəh şərab içibmiş.
Nazir sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün 6 ay müddətinə azadlıqdan məhrum oluna bilər.Muxalifet - 13-08-2016