​"İncirlik" aviabazası qarşısında etiraz aksiyası

Anadolu gənclər assosiasiyasından olan fəallar Türkiyənin cənubundakı "İncirlik" aviabazasında etiraz aksiyası keçiriblər. “Sabah” qəzetinin yazdığına görə, aksiya iştirakçıları ABŞ-ı dövlət çevrilişi cəhdində əli olmaqda ittiham ediblər.
Bundan əvvəl “Yeni Şafak” qəzeti müəyyən mənbələrə istinadən yazmışdı ki, istefada olan amerikalı general, ABŞ qərargahları rəsislərinin birləşmiş komitəsi sədrinin müavini, Əfqanıstandakı Amerika qüvvələrinin keçmiş komandanı Con Kempbell qiyamçılara kömək edirmiş və İncirlik bazasında onlarla məxfi danışıqlar aparırmış.
Bundan başqa, Türkiyə hakimiyyəti ABŞ-dan Ankaradakı dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin verilməsini tələb edir.
Fəallar antiamerika şüarları səsləndiriblər və ölkə vətəndaşlarını bu aksiyalara qoşulmağa çalışıblar.