Axtarış
The search found 105705 results in 0.007 seconds.
Search results
Nitsadakı teraktda yaralanmış 52 nəfərin vəziyyəti ağırdır
Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində 10 uşaq və yeniyetmə ölüb.
«RİA Novosti» xəbər verir ki, bunu Parisin prokuroru Fransua Molens deyib.
Prokuror qeyd edib ki, 50-dən çox şəxs terror hücumundan sonra ağır vəziyyətdədir:
"İki yüz insan xəsarət alıb, onlardan 52-nin vəziyyəti ağırdır, o cümlədən 25 nəfər reanimasiyadadır".
Muxalifet - 15-07-2016
Türkiyənin Baş Qərargah rəisi girovluqdan azad edilib
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edən hərbçilərin girovluğundan azad edildiyi bildirilir.
Bu barədə Hurriyyet.org CNN Türk-ə istinadən xəbər verir.
Məlumata əsasən girov götürülmüş Baş Qərargah rəisi Akınçı hərbi bazasına aparılıb.
Hazırda onun səhhətinin normal olduğu və davam edən əməliyyata rəhbərliyi üzərinə götürdüyü qeyd olunur.Muxalifet - 16-07-2016
Ərdoğan Gülənə səsləndi: "Bacarırsansa, gəl!"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava limanında xalq qarşısına çıxıb. Türkiyə mediasının məlumatına görə, ölkə başçısı çıxışında qiyam cəhdinin “paralel yapı” adlandırılan qüvvə tərəfindən törədildiyini bir daha təsdiqləyib.
Muxalifet - 16-07-2016
Türkiyə Baş Qərargahına yeni rəhbər təyin edildi
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə Ümit Dündar təyin edilib. Bu məlumatı Türkiyənin baş naziri Binəli Yıldırım verib.
Xəbər verdiyimiz kimi ki, Türkiyə SQ Baş Qərargahının qiyamçılar tərəfindən əsir götürülmüş rəisi Hulusi Akar xüsusi əməliyyat nəticəsində azad edilmişdi.
Ümit Dündarın bu gün prezident Ərdoğanın Atatürk hava limanında verəcəyi mətbuat konfransında iştirak edəcəyi gözlənilir.Muxalifet - 16-07-2016
Qiyamçıların daha bir vertolyotu vuruldu – TÜRKİYƏDƏ
Bu gün Türkiyə respublikasında dövlət çevrilişi etməyə cəhd göstərən qiyamçıların daha bir vertolyotu vurulub. “Röyters” informasiya agentliyi yazır ki, insident, “Türksat” peyk yayımı binasına hücum zamanı baş verib.
Birinci vertolyot iyulun 16-na keçən gecə, F-16 qırıcısı ilə Ankara səması üzərində vurulub. Xəbər verildiyinə görə, çevriliş tərəfdarları bir neçə vertolyotdan istifadə edirlər. Dövlətə sədaqətli qüvvələr onları məhv etməyə hazır olduqlarını bəyan ediblər.Muxalifet - 16-07-2016
Dövlət çevrilişinə cəhdin acı nəticəsi – 90 ŞƏHİD, 1154 YARALI
Türkiyədə 90 nəfər şəhid oldu, 1154 nəfər yaralandı, 1563 nəfər tutulduHurriyyet.org “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, silahlı terror təşkilatı “FETÖ”-nün hücumu nəticəsində Türkiyədə baş verən hadisələrdə ümumilikdə 90 nəfərin şəhid olduğu, 1154 nəfərin isə yarlandığı bildirilir.
“Anadolu agentliyi” onu da bildirir ki, Türkiyədə dövlət çevrilişinin 200 nəfərdən artıq iştirakçısı hakimiyyətə təslim olub. Onların hamısı Türkiyə SQ Baş Qərargahının binasında olublar.
Beləliklə, hərbi çevrilişə cəhdə görə həbs edilənlərin sayı 1563 nəfərə çatıb.Muxalifet - 16-07-2016
“İlham Əliyev bütün gecəni çox narahat olub” - Novruz Məmmədov
“Biz bu prosesləri narahatlıqla izlədik. Dövlət başçımız, prezident də bütün gecəni çox narahat olub. Bunu bütün Azərbaycan edib və bu da təbiidir. Bu, dövlət çevrilişinə cəhddir, Türk xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir”.
Bu sözləri Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov APA-ya açıqlamasında bildirib.Muxalifet - 16-07-2016
“Zorakılqla hakimiyyət dəyişikliyinə cəhd yolverilməzdir”
“Türk xalqının dəyanətinə inanıram. Əminəm ki, Türkiyə xalqı bu sarsıntılardan çıxmağa, ölkədə demokratik, dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”.
Hurriyyet.org xəbər verir ki, bu sözləri Müsavat başqanı Arif Hacılı bildirib.
A.Hacılı hesab edir ki, qardaş Türkiyədə ölkənin çıxarlarına ciddi zərbə vuran toqquşmalara səbəb olan hərəkətlər pislənməli, zorakılqla hakimiyyət dəyişikliyinin yolverizməliyi prinsipi birmənalı dəstəklənməlidir:Muxalifet - 16-07-2016
Türkiyədə darbə Ərdoğanın özü tərəfindən təşkil olunub?
Fazil Mustafa: “Bu qədər bəsit düşüncə ilə siyasət yorumu təqdim etməkdən usanmadılar, utanmadılar”
Muxalifet - 16-07-2016
Rus təyyarəsini də Gülən tərəfdarları vurub? – TÜRKİYƏDƏN RƏSMİ İDDİA
Türkiyənin rəsmiləri Rusiyanın hərbi təyyarəsinin də məhz hazırki çevrilişçilər tərəfindən vurulduğunu bildirirlər. İddia olunur ki, hərbi çevrilişi planlayanlar əvvəlcə Ankara ilə Moskvanın əməkdaşlığını pozmaq istəyiblər və buna Ərdoğan Putindən üzr istəyənə qədər nail olublar.
Politoloq Elxan Şahinoğlunun fikrincə, bu iddiada həqiqət payı odur ki, Türkiyədə çevrilişin əsas qüvvəsi məhz hərbi hava qüvvələrində cəmləşmişdi:Muxalifet - 16-07-2016
250 nəfərə “bir qrup şəxs” demək olarmı, Zəlimxan bəy? – MÜSAHİBƏ
Tanınmış yazıçı-publisist, "Borçalı” İctimai Cəmiyyətinin həmtəsisçisi, Cəmiyyətin sədr müavini Şərif Kərimli ilə təşkilatda yaranan dəyişikliklər, çıxış yolları və perspektivlə bağlı Mia.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Şərif müəllim, iyun ayının 25-də siz təsisçılərin təşəbbüsü ilə "Borçalı” İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağındaCəmiyyətin rəhbərliyində və idarə heyətinin tərkibində dəyişiklik olundu. Bu dəyişiklik zərurəti nədən yaranmışdı?Muxalifet - 19-07-2016
ANS-lə bağlı qərar - Telekanalın yayımı bir ay müddətinə dayandırıldı
Hurriyyet.org Milli Televiziya və Radio Şurasına (MTRŞ) istinadən məlumat verir ki, iyulun 18-də MTRŞ-nin növbəti iclası keçirilib. İclasın nəticəsi olaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımı bir ay müddətinə dayandırılıb.
Muxalifet - 19-07-2016
Keçmiş nazir hakim qarşısında ağladı... – MƏHKƏMƏ SƏDRİ: “AYIB OLSUN, ƏYLƏŞ”
Nizami Ağasiyev: “Hələ də orduda Vəli Ələsgərovun adamları var”
Muxalifet - 19-07-2016
Çevriliş cəhdi Türkiyəni iflic edə bilər?
Ölkədə qiyamın kim tərəfindən təşkil olunması ilə bağlı bir sıra suallar cavabsız qalır...
Türkiyədə cümə günü baş verən uğursuz çevriliş cəhdi ölkəni xaosa qərq edib. Üzə çıxan yeni təfərrüatlar göstərir ki, qiyamın miqyası, hökumətin ilk bəyanatında deyildiyi kimi, “kiçik qrupun” fəaliyyətilə məhdudlaşmır.Muxalifet - 19-07-2016
Ərdoğan ölüm cəzasını bərpa edir – “ƏGƏR XALQ BUNU TƏLƏB EDİRSƏ...”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, “əgər xalq bunu tələb edirsə”, ölüm cəzasını bərpa etməyə hazırdır.
O, bunu İstanbuldakı evinin qarşısında edamın qaytarılmasına çağırış edən şüarlar səsləndirən tərəfdarlarına deyib.
Aİ rəsmiləri xəbərdarlıq ediblər ki, Ankara ölüm cəzasını bərpa edərsə Türkiyənin bu birliyə qoşulmaq üçün gördüyü işlər heçnə olacaq.Muxalifet - 19-07-2016
Oğru elə bağırdı ki...
Təxminən bir ay öncə, iyun ayının 25-də “Borçalı” Cəmiyyətinin növbədənkənar ümumi yığıncağından sonra qurumun keçmiş rəhbərlərinin məntiqsiz davranışını anlayıram. Yeddi il ərzində hüdudsuz “hökmranlıq”larına, xalqın hesabına özünüreklam imkanlarına, maddi və mənəvi təminatlarına bir andaca son verildi. Əslində gözlənilən idi, illərdi düz yolda olmadıqları, xalqın etimadından sui-istifadənin və insanlıq duyğusunu istismarının gec-tez pis sonuclanacağı barədə dəfələrlə xəbərdarlıq edilmişdi. Amma qulaq asmadılar.
Muxalifet - 20-07-2016
“Zəlimxan Məmmədli bundan sonra Borçalıda hər hansısa tədbir keçirməkdən çəkinməlidir”
Əli Babayev: “Onun bu günə kimi keçirdiyi tədbirlər xeyirdən çox zərər verib”
“Gürcüstanın yerli hakimiyyət orqanları iyulun 26-da, Dmanisinin Armudlu yaylasında Azərbaycan-Gürcüstan Dostluq bayramı keçirməsi ilə bağlı qərar verib”
Muxalifet - 20-07-2016
Tovuzda iki avtomobil toqquşub, 5 NƏFƏR XƏSARƏT ALIB
Tovuzda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Hdisə Tovuz – Əlibəyli yolunda qeydə alınıb. İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlar 1990-cı il təvəllüdlü Orxan Sadıqov, 1988-ci il təvəllüdlü Nəbi Həsənov, 1979-cu il təvəllüdlü Elanrə Məmmədova, onun uşaqları 2003-cü il təvəllüdlü Fərid, və 1999-cu il təvəllüdlü Kəmalədir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır(apaMuxalifet - 20-07-2016
ABŞ Gülənə görə Türkiyədən əlavə sənədlər istəyir
Dövlət Departamenti: “Gülənin Türkiyəyə ekstradisiyasına dair sorğu üçün əlavə materiallar gərəkdir”
ABŞ Türkiyədən hərbi çevrilişə cəhdin təşkilində ittiham olunan Fətullah Gülənə dair sənədləri qəbul edib, lakin ekstradisiyaya dair rəsmi sorğu üçün əlavə materiallar gərəkdir.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.Muxalifet - 20-07-2016
Ərdoğan Təhlükəsizlik Şurasını toplayır - ÇEVRİLİŞƏ CƏHD MÜZAKİRƏLƏRİ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Ankarada ölkənin Təhlükəsizlik Şurasının toplantısını keçirəcək.
Türkiyənin “Yeni Şafaq” qəzeti xəbər verir ki, Prezident iqamətgahında yerli vaxtla saat 11.00-da keçiriləvcək toplantıda dövlət çevrilişinə cəhddən sonra ölkədəki durum müzakirə olunacaq.Muxalifet - 20-07-2016