Axtarış

The search found 105705 results in 0.006 seconds.

Search results

  1. Ərdoğanın yavəri ordudan xaric edildi

    FETO terror təşkilatına üzv olmaqda şübhəli sayılan daha 1389 hərbçi Türkiyə ordusundan uzaqlaşdırılıb.
    Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bununla bağlı qərar bu gün “Resmi qazete”də dərc edilib.

    Muxalifet - 31-07-2016

  2. İsmayıllıda “BMW” aşıb, ölən və xəsarət alan var

    İsmayıllı rayonu ərazisində bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
    Hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Külüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Muxalifet - 31-07-2016

  3. Putin Əliyevin Qarabağ haqqında söylədiklərini şərh etməkdən boyun qaçırdı

    Rusiya prezidenti Vladimir Putin Azərbaycan pezidenti İlham Əliyevin Ermənistanın Dağlıq Qarabağdakı bir neçə rayona nəzarəti Azərbaycana qaytarması barədə öhdəlik götürməsi haqqında bəyanatını şərh etməkdən boyun qaçırıb.

    Muxalifet - 10-08-2016

  4. Türkiyənin Yunanıstandakı hərbi attaşeləri qaçıb

    Türkiyənin Yunanıstandakı hərbi attaşeləri ailələri ilə birlikdə qaçıb.
     
    “Hürriyet” qəzetinin verdiyi məlumata görə, Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi, polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi, polkovnik Halis Tunçun ailələri ilə birlikdə harada olması barədə rəsmi Afinada hər hansı məlumat yoxdur.
     

    Muxalifet - 10-08-2016

  5. ​Almaniyada hicab qadağan olunur

    Almaniyada hicab qadağan olunur.
     
    Bu barədə Almaniyanın ən böyük nəşr şirkətlərindən olan “Redaksiyalar şəbəkəsi” məlumat yayıb.
     
    Bildirilir ki, Xristian Demokratik İttifaqı / Xristian Sosialist İttifaqı Koalisiyası son zamanlar baş verən terror hücumlarının qarşısını almaq məqsədilə bəzi qanunların sərtləşdirilməsini nəzərdə tutan paket hazırlayıb. Paketə polislərinin sayının artırılması, çarşabın qadağan olunması, məscidlərə edilən maddi yardımların izlənilməsi, ikili vətəndaşlığının ləğv olunması daxildir.
     

    Muxalifet - 10-08-2016

  6. Qürbətdəki gerçəkliklər və Azərbaycandakı avtoritar düzən

    Ürəklərə süzülən həzin göz yaşları

    Muxalifet - 10-08-2016

  7. Putin: "Azərbaycan istədiyi yerdən istədiyi silahı ala bilər"

    Rusiya Ermənistana silah təchizatı üzrə öhdəliklərini yerinə yetirir. Bunu avqustun 10-da Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında erməni jurnalistin Ermənistana və Azərbaycana silah satışı ilə bağlı sualına cavab verərkən deyib.
    TASS agentliyi xəbər verir ki, Putin suala cavab olaraq deyib: "O ki qaldı silahlara, bizim Ermənistanla iş proqramımız var. Ermənistan KTMT üzvü və müttəfiqimizdir, bizim qarşılıqlı öhdəliklərimiz var və Rusiya hər zaman öhdəliklərini yerinə yetirir".

    Muxalifet - 10-08-2016

  8. NATO rəsmisi: “Türkiyə alyansa əhəmiyyətli töhfə verən dəyərli müttəfiqdir”

    "NATO-da dövlət çevrilişi cəhdindən sonra Türkiyənin üzvlüyünün şübhə altına alınması məsələsi müzakirə mövzusu deyil".
    Türkiyə KİV xəbər verir ki, bu barədə NATO-nu rəsmi təmsilçisi bildirib.
    Məlumata görə, rəsmi nümayəndə kütləvi informasiya vasitələrində yayılan bu məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.

    Muxalifet - 10-08-2016

  9. Rusiya ilə Türkiyə Suriya üzrə komissiya yaradıblar

    Rusiya ilə Türkiyə Suriya böhranının nizamlanması üzrə komissiya yaradıblar.
    "RİA Novosti" xəbər verir ki, komissiyanın ilk iclası avqustun 11-də Moskvada keçiriləcək.
    Məlumata əsasən, komissiyaya diplomatlar, hərbçilər, kəşfiyyat nümayəndələri daxildir.
    Komissiyanın yaradılmasına dair qərar avqustun 9-da Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburqdakı görüşü zamanı verilib.
     

    Muxalifet - 10-08-2016

  10. Ermənistan Türkiyənin Qarabağ münaqişəsinin həllində iştirakının əleyhinədir

    "Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində edə biləcəyi heç nə yoxdur".
    “Ermənistan xəbərləri” portalı xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun münaqişənin həllinə töhfə verməyə hazır olduqları ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
    “Azərbaycanyönümlü Türkiyənin verə biləcəyi yeganə fayda həll prosesindən mümkün qədər uzaq qalmaqdır”, - deyə o əlavə edib.

    Muxalifet - 10-08-2016

  11. Ukrayna Krıma hücum etdi, RUSİYA ORDUSU İTKİ VERDİ

    Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri Rusiyanın nəzarətində olan Krım yarımadasına həmlə edib.

    Muxalifet - 10-08-2016

  12. ​Bolqarıstan sığınacaq istəyən FETÖ üzvünü Türkiyəyə təhvil verdi

    "Fətullahçı terror təşkilatının (FETÖ) fərarilərindən Abdullah Böyük adlı şəxsin sığınacaq istəyini Bolqarıstan rədd edib". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlıu "Anadolu" agentliyinə müsahibəsində deyib.
    "Bolqarıstan hakimiyyəti onun Türkiyəyə verilməsi haqda qərar çıxarıb. Hazırda onu Türkiyəyə gətiririk", - deyə M.Çavuşoğlu vurğulayıb.

    Muxalifet - 10-08-2016

  13. ​Abdulatipov Putinlə Ərdoğanı barışdırmasından danışdı: “Biz kimik ki...”

    Xəbər verdiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında barışığın əldə olunmasında Dağıstan rəhbəri Ramazan Abdulatipovun və türkiyəli biznesmen Cavid Çağların vasitəçiliyi olub. Bu haqda detalları “Hürriyet” qəzeti yazıb. (http://virtualaz.org/bugun/76304)

    Muxalifet - 10-08-2016

  14. Hökumət ipotekaya pul tapmır

    Azərbaycan Ipoteka Fondunun (AIF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi bu ilin ilk yarısında 1,1 milyon manat təşkil edib. Bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 51,4 dəfə azdır.
    Bu barədə Mərkəzi Bankdan verilən məlumatda deyilir ki, bu ilin ilk altı ayında Ipoteka Fondu 28,5 milyon manat krediti təkrar maliyyələşdirib, bu da 24,6 faiz azalma deməkdir. Fond yanvar-iyun aylarında sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 23,1 milyon manat alıb.

    Muxalifet - 10-08-2016

  15. Mikayıl Cabbarov Məleykə Abbaszadəni “susdurdu”

    Qəbul imtahanlarının nəticələri təhlil edilməyəcək

    Muxalifet - 10-08-2016

  16. Gəncədə 160 evin sökülməsinə başlanıb

    Gəncə şəhər icra hakimiyyəti söküntünü bəndçəkmə işləri ilə əlaqələndirib

    “Səhər sübhdən daraşıblar evlərə, deyirlər, “əşyalarınızı götürün, çıxın”. Texnika da qapıda dayanıb. Səbəb deyən yoxdur, bu evlər niyə sökülür?”

    “NƏ EV VERİRLƏR, NƏ KOMPENSASİYA”

    Muxalifet - 10-08-2016

  17. ​Hökumət AZƏRTAC-ı da saxlaya bilmədi

    Ölkə başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əsasnaməsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən AZƏRTAC-ın saxlanma xərcləri və fəaliyyəti bundan sonra təkcə dövlət büdcəsi hesabına yox, həm də büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.

    Muxalifet - 10-08-2016

  18. ​Bakı Fond Birjasının dövriyyəsi 3.2 dəfə azalıb

    Bu ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 2 239 282 054,89 manat təşkil edib.
    “Report”un BFB-yə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə BFB-da kəskin azalma (-3,2 dəfə) müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 7 078 178 248,10 manat olub.

    Muxalifet - 10-08-2016

  19. ​ Ali Məhkəmədə “mini yubka” qadağası

    Ali Məhkəmənin Aparat rəhbərinin imzası ilə bu strukturda çalışan xanımların qısa ətək geyinməsinin qadağan edilməsinə dair əmr imzalanıb. Ali Məhkəmə Aparatında çalışan şəxslərdən birinin verdiyi məlumata görə, bu qərar xüsusi ilə məhkəmə iclası katibi işləyən xanımlara görə verilib. Belə ki, onlar həddinən artıq gödək geyimləriylə diqqəti çəkiblər. Olduqca qısa ətək geyinən xanımlar Aparat rəhbərinin əmrinə əsasən bundan sonra dizdən 5 sm yuxarı olmamaq şərti ilə geyinə biləcək.

    Muxalifet - 10-08-2016

  20. Məhkəmə zamanı oğlumun üzünə baxa bilmirdim…

    Azərbaycanın hər bir guşəsi  mənim üçün əziz və qiymətlidir. Bu gündən sonra isə vətənin bir parçası olan cənub zonası, xüsusilə Lənkəran şəhəri dünyaya göz açıdğım İrəvan mahalı qədər doğma və unudulmaz torpağa çevrildi. Oğlum Rüfətin burada keçirilən məhkəməsi  zamanı insanların səmimiyyətini, ömrümdə üzünü görmədiyim ,salam-sabah etmədiyim adamların  məhkəmə zalına gəlmələri məni çox duyğulandırdı.

    Muxalifet - 10-08-2016

Pages