Axtarış
The search found 105705 results in 0.073 seconds.
Search results
Baş redaktor barəsində həbs qərarı...
Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun polis tərəfindən tutulduğu məlum olub.
Bu barədə vəkil Nemət Kərimli məlumat verib.Muxalifet - 4-07-2016
Keçmiş məmur vaxtından əvvəl azadlığa buraxıldı - AZƏRBAYCANDA
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseynin vaxtından əvvəl azadlığa buraxılması barədə vəsatətinə baxılıb.
Nizami rayon Məhkəməsi vəsatəti təmin edərək, onu cəzasının çəkilməmiş hissəsindən azad edib. Həmin qərarla razılaşmayan dövlət ittihamçısı isə apellyasiya şikayəti verib.
Şikayətə iyulun 12-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.Muxalifet - 9-07-2016
İlham Əliyev müharibə olmayacağı haqda söz verib…
Uorlik: "Azərbaycan və Ermənistan prezidentləri Kerri ilə görüşdə müharibəni rədd etdilər”
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır".
Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.
O, NATO-nun Varşavada keçirilən sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin ötən gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüyünü xatırladıb: “Görüşdə bütün tərəflər müharibəni rədd etdilər və danışıqlar prosesinə sadiqliklərini bildirdilər”(apa).Muxalifet - 9-07-2016
“Borçalı” Cəmiyyətinin rəhbərliyi nə üçün dəyişdi?
Və yaxud Türkiyə-Gürcüstan-Azərbaycan strateji müttəfiqliyinin inkişafında Borçalının əhəmiyyəti...
Muxalifet - 9-07-2016
Bu gün AÇ-2016-nın final matçı oynanılacaq
Bu gün AÇ-2016-nın final matçı oynanılacaq. Apasport.az saytının məlumatına görə, turnir Portuqaliya – Fransa matçı ilə yekunlaşacaq.
Sayca 15-ci qitə çempionatı olan budəfəki yarışın qalibi həm də tarixə düşmüş olacaq. Belə ki, Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olacaq. İndiyədək buna 9 yığma nail olduğundan Fernandu Santuşun yetirmələri 10-cu Avropa çempionu olacaq.Muxalifet - 10-07-2016
Kreditor gərdəyində gəlin («Borc və Azadlıq» silsiləsindən 1-ci yazı)
Borcunu ödəyə bilməyən insanı azadlıqdan məhrum etmək olarmı? Həqiqətənmi biz iki böyük sivilizasiyaya – İslam dünyası və Avropaya mənsubuq, yoxsa barbarıq? Postneft dövründə nəinki iqtisadi inkişafımızın, ümumiyyətlə, mövcudluğumuzun əsas şərti nədir?
BORCA GÖRƏ AZADLIQDAN MƏHRUMETMƏ PRİZMASINDAN BƏŞƏR TARİXİNƏ BAXIŞ
Muxalifet - 11-07-2016
AVRO-2016: Portuqaliya finalda Fransanı məğlub etdi
Portuqaliya yığması AVRO-2016-nın qalibi olub.
Belə ki, “Stad de Frans” stadionunda keçirilən final matçında Portuqaliya yığması Fransa millisini 1:0 hesabı ilə məğlub edib.
Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində portuqaliyalılar qələbə qolunu vurublar.
Beləliklə, Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionatının qalibi olub.
Avropa çempionatı
Final
10 iyul
Portuqaliya – Fransa
**Muxalifet - 11-07-2016
Kriştiano Ronaldo: “Bu şansı səbrsizliklə gözləyirdim”
“Özümü çox xoşbəxt hiss edirəm. Mən bu şansı 2004-ci ildən səbrsizliklə gözləyirdim. Düşünürəm ki, biz ölkəmizlə birgə bu uğura layiqik. Bu mənim karyeramda ən fantastik məqamlardan biridir”.
Bu sözləri Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo AVRO-2016 final matçını şərh edərkən deyib.
“Daima ölkəmə böyük qələbə bəxş etmək arzusu ilə yaşamışam. Nəhayət, bu an yetişdi. Oyunu vaxtından əvvəl tərk etməyimə çox heyfslənirəm, ancaq mən komandamızla birgə idim və qələbəyə inanmağa davam edirdim”, deyə K.Ronaldo bildirib.Muxalifet - 11-07-2016
İŞİD Azərbaycan polisinə hücum hazırlayır - SENSASİON AÇIQLAMA
Beynəlxalq koalisiyanın və Rusiyanın hava zərbələri nəticəsində Suriyada sıxışdırılan İŞİD terror təşkilatı Avropada intiharçı-terrorçularla yeni hücumlara hazırlaşır. “Milliyet” qəzetinin Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən yazdığına görə, İŞİD intiharçı-terrorçuların Avropaya göndərilməsi üçün yeni marşrut seçib. Belə ki, intiharçı-terrorçular Avropaya Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərilir.
Muxalifet - 11-07-2016
Lavrovun Bakı səfərinin gizlinləri...
Bu gün Rusiyanın xarici işlər naziri S.Lavrov-un Azərbaycana səfəri başlanmalıdır. Səfər, əslində, ötən həftə reallaşmalı idi. Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin xarici işlər nazirlərinin toplantısına qatılan Lavrov-un oradan Bakıya gələcəyi, hətta buradan da Ankaraya yollanacağı deyilmişdi. Amma son anda plan dəyişdi və həmin gün Lavrov Bakıya gəlmədi. Daha sonra bu səfərin iyulun 11-12-də gerçəkləşəcəyini bildirdilər... Di gəl, 2 vacib məqamdan söz açmadılar:
1. Lavrov Ermənistanda hansı nəticələrə gəldi?Muxalifet - 11-07-2016
ABŞ Dağlıq Qarabağa yardım ayırır? – SENATIN TÖVSİYYƏSİ
ABŞ Senatının Təxsisatlar (maliyyə ayırmaları) Komitəsi Dağlıq Qarabağa maddi yardım ayrılması tövsiyəsi ilə çıxış edib.
Muxalifet - 13-07-2016
"Deputatın qardaşı qızı"nın məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Rafiq qızı Əhmədovanın məhkəmə prosesi başlayıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.Muxalifet - 13-07-2016
Qarabağ Putin-Kerri danışıqlarının gündəliyindən çıxarıldı
Rusiya prezidenti Vladimir Putin iyulun 14-də ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla işçi görüş keçirəcək.
Hurriyyet.org TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.Muxalifet - 13-07-2016
Azərbaycan qırıcıları Qarabağ səmasında göründü
Bu gün iyulun 13-də, saat 08:26-da Azərbaycan Hərbi-Hava Qüvvələri cəbhə xəttinin bilavasitə yaxınlığında təlim-məşq uçuşlarına başlayıblar.
Bu barədə Ermənistan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.
“Uçuşlar cənub-şərq istiqamətinin 30 km dərinliyində yerinə yetirilib. Saat 11:00-a olan vəziyyətə görə, uçuşlarda 12 təyyarə və 41 helikopter iştirak edir”, - məlumatda bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi yaxın saatlarda bu barədə ətraflı məlumatın veriləcəyini bildirib(virtualaz.org).
Muxalifet - 13-07-2016
Sabah 36 dərəcə isti olacaq
İyulun 14-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, sabah yağmursuz hava şəraiti olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacağı gözlənilir.Muxalifet - 13-07-2016
Kəfən geyərək düşmən tərəfə keçməyə cəhd etdilər
Cavid Qurbanovun əlindən erməniyə qaçan Kəlbəcər qaçqınları sərhəddə yaxalandılar
Muxalifet - 14-07-2016
“Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru ilə görüşdülər
Cənab Paata Xizanaşvili ilə görüşdə “Elat-Dmanisoba bayramı” ilə bağlı müzakirələr aparılıb
Muxalifet - 14-07-2016
Eyvaz Borçalı:“Zəlimxan Məmmədli “Borçalı”nı siyasiləşdirib”
“Borçalı Cəmiyyətində baş verən proseslər haqqında indi danışmaq istəmirəm. Bir müddətdən sonra danışmaq olar. İş ondadır ki, cəmiyyət adından hər iki tərəf Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyinin bu müraciətə cavabından sonra fikir bildirmək daha məntiqli olardı”.
Bunu Borçalı Cəmiyyətinin təsisçilərindən olan ziyalı Eyvaz Borçalı cəmiyyətlə bağlı yaranan duruma münasibət açıqlayarkən deyib.Muxalifet - 15-07-2016
“Türk dünyasına yeni Üzeyir Hacıbəyov lazımdır”
İlham Əsğəroğlu: “Milli olmayandan sonra ifanın mənası yoxdur”
Muxalifet - 15-07-2016
29 yaşlı Ucar sakini qızı qaçırdı, anasını bıçaqladı
Ucar rayonunda 27 yaşlı qız həmyerlisi tərəfindən qaçırılıb. Hadisə rayonun H.Aslanov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Rüfət Ağarza oğlu Rzayev həmyerlisi, 1989-cu il təvəllüdlü Sevinc Xalif qızı Şükürovanı qaçırıb. R.Rzayev qızının qaçırılmasına müdaxilə edən anası Sevil Şükürova və əmisi arvadı Səlimə Şükürovaya xəsarət yetirib. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktlıa bağlı Ucar Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanıb.
Muxalifet - 15-07-2016