Türkiyə universitetində kütləvi həbslər
29-07-2016 13:50

Türkiyə polisi Antalyadakı Ağdəniz Universitetində 150 nəfərə yaxın şəxsi həbs edib. “Habertürk” telekanalının məlumatına görə, axtarışlar və həbslər həm təhsil müəssisəsinin özündə, həm də universitetin yataqxanasında keçirilib.
Ağdəniz Universiteti 1982-ci ildə işə başlayıb. O, Türkiyənin aparıcı ali təhsil müəssisələri sırasındadır. Universitetin tərkibində 18 fakültə və 43 tədqiqat mərkəzi fəaliyyət göstərir.