Axtarış

The search found 105712 results in 0.035 seconds.

Search results

  1. “ƏRDOĞAN ZELENSKİYƏ PUTİNLƏ GÖRÜŞ TƏKLİF EDƏCƏK” - Türkiyə lideri müharibəni bitirir?

    Putinlə Zelenski “yol xəritəsi”ni müzakirə edə bilərlər”

    “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri zamanı Prezident Volodimir Zelenskiyə Putinlə görüşməyi təklif edəcək”.

    Türkiyənin “A Haber” telekanalının yaydığı bu məlumat Ukraynada geniş müzakirələrə səbəb olub.

    Muxalifet2 - 18-08-2022

  2. İrəvandakı ticarət mərkəzində partlayış qəsdən törədilib? - İstinqat Komitəsi Paşinyana məlumat verdi

    "İrəvandakı "Sürməli" ticarət mərkəzində baş vermiş partlayışla bağlı cinayət işində terror aktını və ya başqa qəsdən cinayət tərkibinin olmasını göstərən faktiki məlumat yoxdur".

    Erməni mediası xəbər verir ki, bunu Ermənistan hökumətinin avqustun 18-də keçirilən iclasında Respublika İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan Baş nazir Nikol Paşinyanın terrorizm və ya belə bir aktın qəsdən törədilməsi versiyalarına baxılıb-baxılmaması sualına cavab verərkən deyib.

    Muxalifet2 - 18-08-2022

  3. Ərdoğanla Zelenskinin görüşü başa çatdı - YENİLƏNİB

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.

    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.

    Qeyd edək ki, V.Zelenskinin BMT Baş katibi Antoni Qutereşlə görüşü də baş tutub.

    ***15:58

    Muxalifet2 - 18-08-2022

  4. AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 7 NƏFƏR ÖLDÜ - Yoluxma sayı sürətlə artır

    Muxalifet2 - 18-08-2022

  5. “Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir!

    Maraqlı vaxt keçirmək və dəyərli hədiyyələr qazanmaq istəyənlər üçün “Nar” bölgələrdə əyləncədolu yay kampaniyasını davam etdirir. Növbəti kampaniya avqustun 19-u Qubada, 21-də isə Mingəçevir şəhərində keçiriləcək.

    Muxalifet2 - 19-08-2022

  6. ABŞ-la İran arasında məxfi anlaşma üzə çıxdı - Müxalifətin iddiasına Vaşinqtondan REAKSİYA

    Müxalifyönlü “İran İnternational” internet saytı ABŞ-ın İranla nüvə sazişinə qayıtmaq üçün razılaşdığını iddia edir.

    Qafqaz.media xəbər verir ki, sayt Vaşinqtonun İslam Respublikasının hakimiyyət orqanlarına etdiyi güzəştlərin siyahısını dərc edib.

    Muxalifet2 - 19-08-2022

  7. ​ŞARL MİŞEL AZƏRBAYCAN PREZİDENTİNƏ ZƏNG VURDU – Sabahkı görüş haqda müzakirələr aparılıb...

    Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
    Muxalifet.az
    xəbər verir ki, telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.

    Muxalifet2 - 30-08-2022

  8. Azərbaycanda istirahət mərkəzində partlayış - XƏSARƏT ALANLAR VAR / YENİLƏNİB

    Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.
     
    Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
     
    Bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzinin qazanxanasında partlayış baş verib. Nəticədə üç nəfər xəsarət alıb.
     
    ***

    Muxalifet2 - 30-08-2022

  9. “Hərbi obyektlərdən uzaq durun, Krımı azad edəcəyik” - KİYEVDƏN KRIM SAKİNLƏRİNƏ XƏBƏRDARLIQ

    Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın Krımın "işğaldan azad edilməsinə" hazırlaşdığını açıqlayıb.
    Muxalifet.az
    xəbər verir ki, o, bu barədə çərşənbə axşamı - avqustun 30-da öz Tvitter səhifəsində yazıb və yarımadanın sakinlərinə mülki əhalinin tələfatının qarşısını almaq üçün evakuasiyaya hazırlaşmağın zəruriliyi barədə xəbərdarlıq edib.

    Muxalifet2 - 30-08-2022

  10. Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olunub - FOTOLAR

    Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilib.

    Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, daha sonra bu ölkənin Azərbaycandakı səfiri Cahit Bağcı çıxış edib.

    Səfir tədbir iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın milli bayram münasibətilə təbrik məktubunu oxuyub.

    Muxalifet2 - 30-08-2022

  11. Paşinyan Əliyev və Mişellə görüşmək üçün Brüsselə gedib

    Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.
     
    Qafqaz.media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
     
    Bundan əvvəl xəbər verilmişdi ki, avqustun 31-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.
     

    Muxalifet2 - 30-08-2022

  12. DTX GÖMRÜKDƏ DAHA BİR ƏMƏLİYYAT KEÇİRDİ - Saxlanılanlar var... / Yenilənib

    Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.

    "Gununsesi.info"-nun əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.

    Bu saatlarda keçirilən əməliyyat Şimal Ərazi Baş Gömrük İdarəsindəki "Azterminal" Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur. 

    *** 17:43

    Muxalifet2 - 30-08-2022

  13. AZƏRBAYCAN VƏ ERMƏNİSTAN RƏSMİLƏRİNİN ÜÇÜNCÜ GÖRÜŞÜ... - Tərəflər arasında razılıq əldə olundu / Yenilənib

    Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin üçüncü görüşü razılaşdırımış vaxtda keçiriləcək.

    Muxalifet2 - 30-08-2022

  14. "Nə qədər lazımdırsa, o qədər hərbi yardım göstəriləcək" - AVROPA İTTİFAQINDAN UKRAYNAYA DƏSTƏK

    Avropa İttifaqı müdafiə nazirləri Ukraynaya nə qədər lazımdırsa, o qədər hərbi yardım göstərmək barədə razılaşıb.

    Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının baş diplomatı Cozep Borrell nazirlərin Praqadakı qeyri-formal iclasında açıqlama verib.

    Muxalifet2 - 30-08-2022

  15. Azərbaycanda daha 568 nəfər koronavirusa yoluxub

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 568 yeni yoluxma faktı qeydə alınıb, 612 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

    Azərbaycanda indiyədək ümumilikdə 812 816 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 799 479 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 532 nəfərdir.

    Muxalifet2 - 30-08-2022

  16. "Azərbaycanı rusiyalı turistlərin ən çox səfər etdiyi 10 ölkə sırasına daxil edəcəyik" - Ruslan Mirsayapov

    "Azərbaycan rusiyalı turistlərin ən çox səfər etdiyi ilk 10 ölkə sırasına daxil ola bilər".

    Bunu Rusiyanın Bakıdakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

    O bildirib ki, rusiyalı turistlərin səfər sayına görə Azərbaycan 14-cü yerdədir.

    "Əminəm ki, birgə səylərlə biz Azərbaycanı rusiyalı turistlərin ən çox səfər etdiyi ilk 10 ölkə sırasına daxil edə biləcəyik", - deyə o bildirib.

    Muxalifet2 - 30-08-2022

  17. RONALDO KOMANDO YOLDAŞINI DÖYÜB - "Yuventus"un sabiq futbolçusundan açıqlama

    "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub".

    "Sport Mediaset" xəbər verir ki, bunu İtaliyanın "Yuventus" klubunun sabiq futbolçusu Massimo Mauro deyib.

    Hazırda siyasətlə məşğul olan 60 yaşlı Mauro bildirib ki, "Napoli"də komanda yoldaşı olmuş argentinalı Dieqo Armando Maradonanı "Yuventus"un sabiq futbolçusu, hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı Kriştianu Ronaldu ilə müqayisə etmək olmaz:

    Muxalifet2 - 30-08-2022

  18. "Mövlam Şıxəliyev dedi ki, Eldar Mahmudov zərəri ödəməyə hazırdır" - "MTN İŞİ"

    Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Muxalifet2 - 30-08-2022

  19. Hulusi Akar ukraynalı həmkarına zəng vurdu - "DƏSTƏYİMİZ DAVAM EDƏCƏK..."

    Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Ukraynanın müdafiə naziri Oleksi Reznikov arasında telefon danışığı olub.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, danışıq zamanı Reznikov 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə təbriklərini çatdırıb.

    Nazir Akar da həmkarına təşəkkür edərək, ölkəsinin Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb.

    Muxalifet2 - 30-08-2022

  20. TAYVAN HƏRBÇİLƏRİ İLK DƏFƏ ÇİNİN PİLOTSUZ APARATLARINA ATƏŞ AÇDI – Gərginlik daha da artır...

    Tayvan hərbçiləri ilk dəfə olaraq Çinin pilotsuz uçuş aparatına atəş açıb. Qafqaz.media xəbər verir ki, bu barədə “Taiwan News” məlumat yayıb.

    Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 30-da üç qrup pilotsuz təyyarə respublikanın hava məkanına daxil olub. Hərbçilər bir neçə fişəng atdıqdan sonra pilotsuz təyyarələr Çinə doğru uçub.

    Muxalifet2 - 30-08-2022

Pages