İrəvandakı ticarət mərkəzində partlayış qəsdən törədilib? - İstinqat Komitəsi Paşinyana məlumat verdi

Baxış sayı:
1797

"İrəvandakı "Sürməli" ticarət mərkəzində baş vermiş partlayışla bağlı cinayət işində terror aktını və ya başqa qəsdən cinayət tərkibinin olmasını göstərən faktiki məlumat yoxdur".

Erməni mediası xəbər verir ki, bunu Ermənistan hökumətinin avqustun 18-də keçirilən iclasında Respublika İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan Baş nazir Nikol Paşinyanın terrorizm və ya belə bir aktın qəsdən törədilməsi versiyalarına baxılıb-baxılmaması sualına cavab verərkən deyib.

“Cinayət işi çərçivəsində müxtəlif versiyalar, o cümlədən sizin dediyiniz versiyalar müzakirə olunur. Cinayət işi çərçivəsində dəlillər daha çox ehtiyatsızlıqdan baş verən cinayətin sübutudur”, - Kyaramyan bildirib.

Xatırladaq ki, avqustun 14-də İrəvandakı "Sürməli" ticarət mərkəzinin ərazisində baş vermiş partlayış nəticəsində 16 nəfər ölüb. Onlardan birinin kimliyi hələlik məlum deyil. 62 nəfər isə yaralanıb.