"Azərbaycanı rusiyalı turistlərin ən çox səfər etdiyi 10 ölkə sırasına daxil edəcəyik" - Ruslan Mirsayapov

Baxış sayı:
2792

"Azərbaycan rusiyalı turistlərin ən çox səfər etdiyi ilk 10 ölkə sırasına daxil ola bilər".

Bunu Rusiyanın Bakıdakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

O bildirib ki, rusiyalı turistlərin səfər sayına görə Azərbaycan 14-cü yerdədir.

"Əminəm ki, birgə səylərlə biz Azərbaycanı rusiyalı turistlərin ən çox səfər etdiyi ilk 10 ölkə sırasına daxil edə biləcəyik", - deyə o bildirib.