Axtarış
The search found 105712 results in 0.057 seconds.
Search results
RUSİYA BU YOLLA TURİST CƏLB ETMƏYƏ ÇALIŞIR... - "Gözəl qızlar, vodka üçün gəlin" / VİDEO
Sosial şəbəkələrdə yayımlanan “Rusiyaya köçmək vaxtıdır” adlı video klip böyük müzakirələrə səbəb olub.
İspaniyadakı Rusiya səfirliyinin rəsmi "tviter" hesabından edilən paylaşımda, Rusiyaya turist cəlb etmək üçün "Gözəl qızlar və ucuz qaz üçün gəlin" ifadələri işlədilib.
Muxalifet2 - 2-08-2022
Nensi Pelosinin təyyarəsi bu saatlarda Tayvana enəcək…
ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin göyərtəsində olduğu təyyarənin Tayvan yarımadasına Bakı vaxtı ilə saat 18.20-də enəcəyi gözlənilir.
Muxalifet.az CNN-ə istinadən xəbər verir ki, tanınmayan Tayvanın hökumət təmsilçisi və ABŞ-ın dövlət məmurlarından birinin məlumatına görə, siyasətçinin Asiya səyahəti çərçivəsində adanı da ziyarət edəcəyi gözlənilir.
Muxalifet2 - 2-08-2022
Özünü İmam Mehdi kimi təqdim edən şəxsin insanları necə aldatdığı məlum olub
Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib.
İttiham aktına əsasən, A.Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün İmam Mehdi Sahib əz-Zaman olmasına inandırıb.
Muxalifet2 - 2-08-2022
ÜZEYİR BƏYƏ ATILAN ÇAMUR – Və yaxud Farsdandönmə Mirfayazın millətimizə atdığı “erməni atəşi”
Mirfayaz Likməkani adında təzə bir "araşdırmaçı" meydana çıxıb. Mən tanımıram bu nakəsin kimliyini, ancaq bir şey mənə gün işığı qədər aydındır ki, adam Azərbaycanın düşmənidir. İndi deyim niyə!?
Muxalifet2 - 3-08-2022
Erməni silahlı dəstələri Laçını atəşə tutdu, Azərbaycan əsgəri ŞƏHİD OLDU
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 3-08-2022
İSTİRAHƏT MƏRKƏZİ, YOXSA İSLAH KOLONİYASI? - Nabrandakı “Təhsil” İstirahət Mərkəzindən qazilərə qarşı ayrı-seçkilik
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( AHİK ) və eyni zamanda təhsil işçiləri həmkarlar komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin həmkarlarının istirahətlərini yüksək səviyyədə təmin etməsini danmaq, ən azı, insafsızlıq olar. Özəlliklə, əlil və şəhid ailələrinə diqqət və qayğı, onların pulsuz yollayışlarla təchiz edilməsi belə fikirləşməyə əsasdır. Di gəl, yollayış verilməsinin hələ istirahət yerində normal dincəlməyə əsas vermədiyini də vurğulayaq.
Muxalifet2 - 5-08-2022
Tacikistan hərbçiləri Əfqanıstanla sərhədə yerləşdirildi - “TALİB”AN BU ÖLKƏNİ BİR HƏFTƏYƏ ƏLƏ KEÇİRƏCƏYİNİ İDDİA EDİR
Tacikistanın sərhəd bölmələrindən biri Əfqanıstan sərhədinə yaxın yerdə yerləşdirilib.
“ASIA-Plus”-un məlumatına görə, Şəmsiddini Şoxin (keçmiş Şuroabad) ərazisində yerləşən sərhəd naryadı Əfqanıstanla sərhədə yaxınlaşaraq, Tacikistan-Əfqanıstan sərhədindən 12 km aralıda yerləşdirilib.Muxalifet2 - 5-08-2022
TAYVAN MÜDAFİƏNİ GÜCLƏNDİRİR - Çinin təlimlərinə cavab olaraq…
Tayvan ordusu Çin hərbi təlimlərini izləmək üçün təyyarə və gəmilər göndərib. Adada yerüstü raket sistemləri yerləşdirilib. Qafqaz.media xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarə Çin ordusunun hava və dəniz təlimlərini “son dərəcə təxribatçı” hesab edir. Tayvanın baş qərargah rəisi Tsai İnq-ven Çinin ada ətrafındakı təlimlərini “məsuliyyətsiz addım” adlandırıb. O, video-müraciətində Pekini sağlam düşüncə və təmkinli olmağa çağırıb.Muxalifet2 - 5-08-2022
İRAN NÜVƏ OBYEKTLƏRİNDƏKİ KAMERALARI İŞƏ SALACAQ – Tehran şərtlərini açıqladı
İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bildirib ki, ölkəsi İslam Respublikasına qarşı bütün ittihamların götürülməsi şərti ilə bütün nüvə obyektlərində MAQATE-nin kameralarını işə salacaq.
Muxalifet.az xəbər verir ki, bunu “Mehr News” yazır.
Məlumata görə, Eslami bunu Birgə Hərtərəfli Fəaliyyət Planı adlanan 2015-ci il nüvə sazişinin yenidən başlanmasına dair razılaşma əldə olunarsa, İranın kameraları işə salıb-açmayacağı ilə bağlı suala cavab olaraq deyib.Muxalifet2 - 5-08-2022
Ünvanlı sosial yardım verilməsindən imtinanın İLGİNC SƏBƏBİ - Valideynləri ayrılmış uşaqlar anaları ilə görüşüb…
Ağdamdakı yurd – yuvasından didərgin düşmüş , Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 86b saylı komada məskunlaşan 2-ci dərəcəli əlil İbrahimov Elçin Əfqan oğluna iki tələbə oğlu ilə birlikdə ödənilən ünvanlı dövlət sosial yardımının müddəti bu ilin martında bitib.
Muxalifet2 - 6-08-2022
Liviyada girovluqda olmuş azərbaycanlı Bakıya qayıtdıqdan sonra İNTİHAR ETDİ
Bakıda intihar hadisəsi baş verib.
Məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əliyev Fərid Hüseyn oğlu yaşadığı evin həyətində özünü asıb.
Fərid Əliyev Türkiyə şirkətinə məxsus gəmidə mühərrik ustası vəzifəsində çalışıb.
Muxalifet2 - 8-08-2022
Babadağda həlak olduğu deyilən şəxsin axtarışları davam etdirilir - FHN-dən AÇIQLAMA
Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalaraq sonradan sağ tapılan şahidlərin - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və Xudaverdiyev Emil Aqil oğlunun göstərdikləri buzlu yarğanların içinə və ətrafına xilasedicilər tərəfindən baxış keçirilib və orada həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti aşkar olunmayıb.
Muxalifet2 - 8-08-2022
Sabunçuda 61 nəfər saxlanıldı - FOTO, VİDEO
Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən iyul ayında rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, soyğunçuluq törədən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 61 nəfər saxlanılıb. Həmin şəxslərdən 40-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub.
Muxalifet2 - 8-08-2022
125 İLLİK DƏVA – Həsrət Rüstəmov yazır
Alman kimyaçısı Feliks Hoffman onu 1897-ci ilin 10 avqustunda elan etmişdi. 125 il əvvəl. Düzdür, onun tərkibindəki bir maddə - salisil turşusu, söyüd ağacının qabığından alınaraq minillərlə (bəzi mənbələrə görə iki min il) istifadı olunurdu. Amma bu təklikdə həm az effektli və yan təsirləri olmasına, əsasən də mədə-bağırsaq qanaxmaları verdiyinə görə məhdud istifadə olunurdu. Söhbətin indi hamının yaxşı tanıdığı Aspirindən getməsi yəqin ki, aydın oldu. F.Hoffmanın atasının da aspirinin kəşfində özünəməxsus rolu vardır.
Muxalifet2 - 8-08-2022
“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi
“Nar” mobil operatorlar arasında ilk üztanıma texnologiyasının tətbiq edildiyi eSIM xidmətini təqdim etdi.
Muxalifet2 - 8-08-2022
Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - FOTOLAR
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub.
Kiçik araşdırmamız nəticəsində məlum olub ki, Səfər Mehdiyev hələ Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sonradan isə sədr vəzifəsində çalışarkən Balkan yarımadası və Alp dağları ətəklərindəki kurort ərazilərdə onlarla daşınmaz əmlak biznesinə milyonlarla sərmayə yatırıb.
Muxalifet2 - 8-08-2022
BİR GECƏDƏ 140 İŞĞALÇI MƏHV EDİLDİ - Ukrayna Silahlı Qüvvələri Rusiyanin itkilərini açıqladı / SİYAHI
Ukrayna ordusu gün ərzində Rusiyanın daha 140-a yaxın hərbçisini məhv edib. Rusiya hər gün itkilər verir, Silahlı Qüvvələr torpağımıza müharibə ilə gələn düşməni cəhənnəmə göndərir.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilib.
Baş Qərargahın məlumatına, fevralın 24-dən bəri Rusiya ordusu Ukraynada təxminən 42 340 nəfər canlı qüvvəsini itirib.
Muxalifet2 - 8-08-2022
“QİSAS”, YAXUD ANTİTERROR ƏMƏLİYYATI – Müxalif partiya ordumuzu düşmən təxribatlarına layiqli cavab verməyə səslədi
ADP dünya dövlətlərini Ukraynaya hərbi, siyasi, humanitar yardım durmadan artırmağa çağırıb
Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi müdaxilənin acı nəticələrinə münasibət bildirib.Muxalifet2 - 8-08-2022
HÖKUMƏT PORTALI “ÇAT VERİR”... - 30 ilin müharibə əlili pensiyaçılarının, prezident təqaüdçülərinin adı e-sistemdə yoxdur?!
1997-ci ilin avqustun 2-dək Qarabağ savaşı ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə sosial sığorta ödəmələrinin verilməsinə başlanılması ilə qaranlıq məqamların üzə çıxması da qeydə alınıb. Ən başlıca məqam 30 ilə yaxındır müharibə əlili kimi pensiya alanların heç də hamısının illərdir həsrətində olduqları “qanpulu”nu ala bilmədiyi barədədir.
Muxalifet2 - 8-08-2022
SƏLİM MÜSLÜMOVUN MƏHKƏMƏSİ BAŞLADI - Sabiq nazirin üzərinə həbs qoyulan əmlaklarının siyahısı və dövlətə ödədiyi vəsaitin həcmi açıqlandı
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası başlayıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs özü barəsində anket məlumatları verib.
Daha sonra S.Müslümovun vəkilləri - Toğrul Vəliyev və Ayxan Rüstəmzadə vəsatət qaldırıblar. Onlar məhkəmə iclaslarının qapalı keçirilməsini istəyiblər: "Vəsatət Səlim Müslümovun pedaqoji fəaliyyəti və cinayət işində kommersiya sirri ilə əlaqələlidir".
S.Müslümov da vəkillərin vəsatətini dəstəkləyib.Muxalifet2 - 8-08-2022