“Hərbi obyektlərdən uzaq durun, Krımı azad edəcəyik” - KİYEVDƏN KRIM SAKİNLƏRİNƏ XƏBƏRDARLIQ

Baxış sayı:
3061

Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın Krımın "işğaldan azad edilməsinə" hazırlaşdığını açıqlayıb.
Muxalifet.az
xəbər verir ki, o, bu barədə çərşənbə axşamı - avqustun 30-da öz Tvitter səhifəsində yazıb və yarımadanın sakinlərinə mülki əhalinin tələfatının qarşısını almaq üçün evakuasiyaya hazırlaşmağın zəruriliyi barədə xəbərdarlıq edib.
“Aydındır ki, Ukrayna üçün vətəndaşların həyatı qeyd-şərtsiz prioritetdir. Buna görə də biz artıq işğal olunmuş Krımın aktiv işğalı zamanı yarımadanı tərk etmək istəyən sakinləri üçün təxliyə marşrutlarını hazırlayırıq. Bu arada, biz hamını hərbi obyektlərdən uzaq durmağa və sığınacaqları yoxlamağa çağırırıq”, - deyə Ukrayna prezidentinin ofisinin nümayəndəsi bildirib.