Axtarış
The search found 105706 results in 0.031 seconds.
Search results
“Sağlıq durumum olduqca ağırdır, təcili qospitalizasiyaya ehtiyacım var” – QARABAĞ QAZİSİ ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ
DİN-in pensiyada olan zabiti, Qarabağ qazisi, jurnalist Bədəlsoy Məğrur Ağamalı oğlu Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili işlər naziri Vilayət Eyvazova və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə müraciət ünvanlayıb.
Muxalifet.az həmin müraciəti olduğu kimi dərc edir:Muxalifet2 - 19-09-2022
ADP Zakir Həsənovu istefaya çağırdı... – PARTİYA BƏYANAT YAYDI
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Ermənistanın sərhədlərimizdə törətdiyi təxribat nəticəsində ordumuzda olan canlı itkilərdən ciddi narahat olduğunu bildirib və şəhid ailələrinə bir daha dərin hüznlə baş sağlığı ünvanlayıb.Muxalifet2 - 19-09-2022
Həbsdə olan partiya sədrinə növbəti dəfə cinayət işi açıldı
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində yeni cinayət işi başlanıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, partiya sədri Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə təqsirləndirilir.
İttihama görə, Əli Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyüb, ona xəsarət yetirib.
Sözügedən cinayət işi üzrə istintaq Sabunçu rayon Polis İdarəsində aparılır.
Muxalifet2 - 19-09-2022
SABİQ NAZİR İFŞA OLUNDU: “Otkat” əməliyyatlarının xəritəsi...
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.
Muxalifet2 - 19-09-2022
MƏNTİQ NƏ DEYİR? - İdris Abbasov yazır
"Şaftalı"dan qurtarmamış keçmişik "səbr"ə. "Səbr", yoxsa "səbir"? Dövlət pul ayırsın, deyim, hansı düzdür. Dəhşətdir, vallah! 40 il bundan əvvəl sinxron olaraq dövlət büdcəsinin və dilin anasını ağladan bu qədər dil qurumları, dil institutları, kafedraları, şöbələri, monitorinq təşkilatları-filan yox idi, amma dilimizin yazı qaydaları, orfoqrafiya və orfoepiyası sabit və mükəmməl idi.
Muxalifet2 - 21-09-2022
“Putinin gözəl yumor hissi var” – UKRAYNADAN RUSİYADAKI QİSMƏN SƏFƏRBƏRLİYƏ REAKSİYA
“Ukraynaya qarşı müharibənin 210-cu günündə Rusiyada qismən səfərbərlik elan edilməsi Moskvanın “plan üzrə necə getdiyini” göstərir”.
Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak Twitter-də yazıb.Muxalifet2 - 21-09-2022
Almaniya polisi Əlişir Usmanovun evlərində axtarış aparır – MİLYARDER “ÇİRKLİ PULLAR”IN YUYULMASINDA İTTİHAM OLUNUR
Almaniya polisi və ölkənin vergi orqanları Bavariyada rusiyalı milyarder Əlişir Usmanova məxsus evlərdə axtarış aparır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, alman hüquq-mühafizə orqanlarının əməkdaşları Usmanovun vergidən yayınması və “çirkli pullar”ın yuyulmasında şübhəli bilirlər.Muxalifet2 - 21-09-2022
NYU-YORKDA ƏRDOĞANLA GÖRÜŞƏ AXISXA TÜRKLƏRİ DƏ QATILDI - Fotolar
Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən prezident Rəcəb Tayyib Ərdoğan məşhur “Turkish House”da (Türkevi) Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan Türkiyə və Amerika vətəndaşları olan türklərlə görüşüb.
Muxalifet2 - 21-09-2022
Qazi ilə kobud davranan direktor CƏZALANDIRILDI
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Vətən müharibəsi qazisi, polkovnik Elşən Umarovun övladının təhsili ilə bağlı 227 nömrəli tam orta məktəbə müraciəti zamanı direktorun ona qarşı kobud rəftarı məsələsinə münasibət bildirib.
BŞTİ-dən bildirilib ki, Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilməsi ilə bağlı idarə tərəfindən araşdırma aparılıb:
Muxalifet2 - 21-09-2022
Səfir: “Erməni radikallar Brüsseldə Azərbaycan səfirliyinə hücuma hazırlaşırlar”
Bu gün erməni diasporunun radikalları Brüsseldə Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar.
Bu barədə Azərbaycan Respublikasının Belçikada fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov özünün “Twitter” hesabında xəbərdarlıq edib.
Muxalifet2 - 21-09-2022
Məhkəmə zalından həbs edilən MTN zabitinin müsadirə olunan əmlakları - SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi polkovnik Yasin Məmmədovun müsadirə olunan əmlaklarının siyahısı məlum olub.
Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Yasin Məmmədovun öz adına və qohumu Fərid Məmmədovun adına rəsmiləşdirilmiş ümumilikdə 278 min 600 manatlıq əmlakı müsadirə olunub.
Həmin əmlaklar:- Bakı şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 102 min 200 manatlıq ev;
- Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən 104 min manatlıq mənzil;
Muxalifet2 - 21-09-2022
Qarabağ qazisi Türkiyədən sığınacaq istəyir - "Yaşamım güvənlikdə deyil”
Yaşadığım Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanındakı marketdən körpə nəvələrimlə çıxanda, 10 nəfərdən çox polisin qabağımı kəsib, körpə uşaqlara stress yaşadaraq, qoluqandalı 24-cü Polis Şöbəsinə aparıb, ölümümə döyüb, işgəncə ilə 9 qabırğamı sındırmalarından 20 gün keçir. Əcəb hüquqdur, əcəb azadlıqdır, polis istənilən şəxsi axtarış adına tutub işgəncə kamerasında 48 saat saxlamaq hüququna malikdir! Tibbi yardım göstərilməsinə də qadağa qoyublar. Təsəvvür edin, qara paltarlı cəlladlar ağ paltarlı qəssablara təcili yardımdan imtinaya göstəriş verib!
Muxalifet2 - 23-09-2022
QARABAĞ SAVAŞINDA ƏSİR VƏ İTKİN DÜŞMÜŞ AXISXA TÜRKLƏRİ... – Onlarla bağlı toplanılan materiallar beynəlxalq dillərə tərcümə ediləcək
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi (ATVİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Axısxa Türkləri ilə bağlı materialların toplanması və beynəlxalq dillərdə hazırlanaraq yayılması” layihəsinin icrasına başlayır.
Muxalifet2 - 23-09-2022
RUSİYA QARABAĞDAKI AGENTİNİ İRƏVANA NİYƏ GÖNDƏRİB? - Bakıya qarşı hiyləgər ssenari var...
İrəvanda və Xankəndidə anti-Rusiya mitinqlərinin olduğu bir vaxtda Qarabağdakı saxta “rus icması”nın rəhbəri Aleksandr Bordov Ermənistana gedib.
Muxalifet2 - 23-09-2022
Vanqanın 2023-cü il üçün fəlakət proqnozu və Putinin nüvə açıqlaması: DOĞRU ÇIXACAQMI?
“Balkanların Nostradamusu” adlandırılan Vanqa adlı bolqarıstanlı görücü 2023-cü il üçün beş proqnoz verib.
Vanqanın Çernobıl nüvə fəlakəti, şahzadə Diananın ölümü, Sovet İttifaqının dağılması, 11 sentyabr hücumları, “Brexit” (Britaniyanın Avropa İttifaqından çıxışı) və bir çox proqnozlarının 85 faiz doğru çıxdığı iddia edilir.
Vanqanın ölümündən əvvəl verdiyi 2023-cü il proqnozları da qorxu doğurur.
Muxalifet2 - 23-09-2022
Ukraynanın bu ərazilərində "referendum" keçirilir - RUSİYAYA BİRLƏŞMƏK ÜÇÜN
“Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı referendum başlayıb.
Qafqaz.media Rusiya KİV-ə istinadən xəbər verir ki, referendum 5 gün davam edəcək.
Muxalifet2 - 23-09-2022
PUTİN RUS MİLLƏTÇİLƏRİNİ QƏZƏBLƏNDİRİB – Kadırov və Qirkin nəyə etiraz edirlər?
“Rusiya hakimiyyəti geniş miqyaslı əsir mübadiləsini səfərbərliyin elan edilməsilə eyni günə ona görə saldı ki, əsir mübadiləsinin əhəmiyyətini azaltsın”.
Bunu ABŞ Müharibə Təhqiqat İnstitutu(ISW) özünün son hesabatında bildirib.
Muxalifet2 - 23-09-2022
SON DƏQİQƏ: Əflatun Amaşova yeni vəzifə verildi
Mətbuat Şurasının sədri Əflatun Amaşova vəzifə verilib.
Qafqaz.media xəbər verir ki, o, “Xalq” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.
Ə.Amaşov artıq kollektivə təqdim edilib.
Qeyd edək ki, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov sentyabrın 21-də vəzifəsindən azad edilib.
Muxalifet2 - 23-09-2022
“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir - VİDEO
Ünsiyyəti hər kəs üçün daha əlçatan etməyi hədəfləyən “Nar”, BMT tərəfindən qəbul olunmuş 23 Sentyabr Beynəlxalq Jest Dili gününə öz dəstəyini ifadə edir. Belə ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasının önəmini dərk edərək mobil operator KSM strategiyası çərçivəsində bu istiqamət üzrə mühüm sosial əhəmiyyətə malik layihələr həyata keçirir.
Muxalifet2 - 23-09-2022
İkiuşaqlı əlil-məcburi köçkün ataya yenə ünvanlı yardım ayrılmayıb
“Eyni dalğa, eyni koordinat”: ana öz evində uşaqları ilə görüşüb! (?)
Muxalifet2 - 24-09-2022