Paşinyan Əliyev və Mişellə görüşmək üçün Brüsselə gedib
30-08-2022 19:36
Baxış sayı:
2991

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.
Qafqaz.media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl xəbər verilmişdi ki, avqustun 31-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.
Qeyd edək ki, bu gün Moskvada Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş naziri müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Dövlət Komissiyasının ikinci iclası keçirilib.