TAYVAN HƏRBÇİLƏRİ İLK DƏFƏ ÇİNİN PİLOTSUZ APARATLARINA ATƏŞ AÇDI – Gərginlik daha da artır...

Baxış sayı:
3053

Tayvan hərbçiləri ilk dəfə olaraq Çinin pilotsuz uçuş aparatına atəş açıb. Qafqaz.media xəbər verir ki, bu barədə “Taiwan News” məlumat yayıb.

Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 30-da üç qrup pilotsuz təyyarə respublikanın hava məkanına daxil olub. Hərbçilər bir neçə fişəng atdıqdan sonra pilotsuz təyyarələr Çinə doğru uçub.

Bir müddət sonra daha bir PUA peyda olub, lakin əvvəlkilərdən fərqli olaraq hərbçilərin xəbərdarlığına əhəmiyyət verməyib. Nəticədə hərbçilər xəbərdarlıq atəşi açıblar.

Tayvan Çin PUA-larına qarşı müdafiə sistemi quracaq

Xatırladaq ki, Çin və Tayvan arasında gərginlik ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun 2-də adaya səfəri səbəbindən artıb. Çin Tayvanı özünün ayrılmaz hissəsi hesab edir. Pelosinin səfərini daxili işlərinə müdaxilə adlandıran Pekin Tayvan sahillərində genişmiqyaslı hərbi təlimlər keçirəcəyini açıqlayıb.