​Səfirliyin avtomobili qəzaya düşdü - BAKIDA

Bakıda səfirlik maşını qəzaya düşüb.
Belə ki, Nəsimi rayonu, Bakıxanov küçəsində Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Nissan Patrul” markalı, 062 D 004 dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayon sakini, 10 NP 318 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır(apa).