Dostunu əvvəl bıçaqladı, sonra xəstəxanaya apardı
7-06-2017 09:24

Hadisə mübahisə zəminində baş verib
Bakının Qaradağ rayonunda 57 yaşlı kişi dostu tərəfindən bıçaqlanıb.
1960-ci il təvəllüdlü Məhərrəmov Nadir Xıdır oğlu Lökbatan qəsəbəsində dostu ilə yeyib içdikdən sonra mübahisə edib və nəticədə bıçaq xəsarəti alıb.
Hadisəni törədən şəxs N.Məhərrəmovu xəstəxanaya yerləşdirib.
Faktla bağlı araşdırma aparılır.