Əfqan Muxtarlının xanımının gürcü nazirə verdiyi 2 tutarlı cavab...

Gürcüstan daxili işlər nazirinin müavini Şalva Xutsişvili azərbaycanlı jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayevaya dövlət mühafizəsinin ayrılmasını təklif edib.
 
Bu barədə L.Mustafayeva DİN-də görüş başa çatdıqdan sonra bildirib. Mühafizənin ayrılması onunla əlaqədardır ki, Ə.Muxtarlının ailə üzvləri özlərini müdafiə olunmuş hiss etmirlər.
L.Mustafayevanın sözlərinə görə, görüş zamanı jurnalistin ailəsinə Gürcüstan vətəndaşlığının verilməsi barədə baş nazirin təklifi haqda danışılıb. L.Mustafayeva bir daha bildirib ki, Gürcüstan vətəndaşlığını qəbul etmək niyyətində deyil.
Xatırladaq ki, dünən baş nazir prezidentə müraciət edərək istisna hal kimi Əfqan Muxtarlının ailəsinə Gürcüstan vətəndaşlığının verilməsini xahiş edib. Prezident Administrasiyası bəyan edib ki xahişi yerinə yetirməyə hazırdır.
Leyla xanımın Gürcüstan vətəndaşlığından imtinasının 2 əsas səbəbi vardır. Birincisi, Azərbaycan Konstitusiyasına görə ikili vətəndaşlıq ölkədə qəbul olunmur. Əgər Gürcüstan vətəndaşlığını qəbul etmiş olsalardı, onda Azərbaycan vətəndaşlığından imtina etmək məcburiyyətində qalacaqdı ki, bunu da görsənir ki, Muxtarlı ailəsi istəmir.
İkincisi də xanım Mustafayevanın Gürcüstan Dİ nazirinə verdiyi cavabda gizlənib. Leyla xanım gürcü nazirin bu şirnikləndirici təklifinə “Mən ərimin oğurlandığı bir dövlətin vətəndaşı olmaram” – deyə cavab verib. Görüşdən sonra açıqlama verən Leyla xanım bunun bir şou olduğunu və daha çox olayı ört-basdır etməyə hesablandığını bildirib. Və əsas da Leyla xanımın göstərdiyi bu iki səbəb Azərbaycanın bəzi media quruluşlarında Muxtarlı ailəsi haqda “antiAzərbaycan şəbəkə”, “ermənipərəst” kimi hədyanlar yazanlara tutarlı bir cavabdır.
Müxalifət.az